Mürafiə vəkillərinin hekayəti — Rejissor Ramiz Həsənoğlunun filmi.Həsənoğlu, R. "Mürafiə vəkilləri" hazırdır, "Sübhün səfiri"nə isə start verildi: [Xalq artisti, rejissor Ramiz Həsənoğlu ilə eyni adlı filmlər barədə söhbət] //Mədəniyyət.- 2011.- 21 sentyabr.- S. 10.
Məzmun Hacı Qafur təbrizli varlı tacirdir. O öldüyü təqdirdə vəsiyyətində var-dövlətinin bacısı Səkinə xanıma çatacağını bildirir. Onun siğə arvadı Zeynəb isə bununla razılaşmır və adə keçən var-dövlətə yiyələnmək məqsədilə məhkəməyə şikayət edir. Bu məsələdə Zeynəbi müdafiə edən vəkil Ağa Mərdan Halvaçı oğlu rüşvətə baş vuraraq yalançı şahidlər tutur. Vəkil yalançı şahidlər tutaraq sübut etmək istəyir ki, Hacı Qafurun Zeynəbdən 7 aylıq oğlu var. Amma məhkəmə sona çatanda yalan üzə çıxır. Film Səkinə xanımın qələbəsi ilə sona yetir.
Film haqqında Film görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin eyniadlı komediyası əsasında çəkilmişdir.Aydınoğlu, T. Televiziyanın yeni tamaşası: [AzTV M.F.Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə "Mürafiə vəkillərinin hekayəti" pyesi əsasında film-tamaşa hazırlamışdır] //Xalq qəzeti.- 2011.- 12 oktyabr.- S. 8.
İki hissədən ibarətdir.
Film-tamaşa Azərbaycan Respublikası prezidenti İlham Əliyevin "Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında" 13 aprel 2010-cu il tarixli sərəncamı əsasında çəkilib.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi: Mirzə Fətəli Axundzadə Ssenari müəllifləri: İlham Rəhimli, Ramiz Həsənoğlu Quruluşçu rejissor: Ramiz Həsənoğlu Quruluşçu operator: Eldar Məmmədov Quruluşçu rəssam: Rafael Əsədov Bəstəkar: Ramiz Mirişli Mahnıların mətni: Fikrət Qoca Rejissor: Teymur Quliyev Səs rejissorları: Rəşad Əflatunoğlu, Vaqif İmanquliyev Geyim üzrə rəssam: Rəfail Əlizadə Montaj: Həsən Quliyev Rejissor qrupu: Elnurə Kazımova, Sərxan Əhmədov, Bəhram Yaqublu Operatorlar: Elşən Rzayev, Qədir Hüseynov Musiqi rəhbəri: Firudin Allahverdi Mahnıların ifası: Heydər Anatollu Redaktor: İlham Alışanov Bədii tərtibat kompleksi: İ.Cabbarov, M.Hüseynov, Fərhad Mayılov (F.Mayılov kimi) Kostyumların tikilişi: R.Əliyeva Kostyumer: İradə Həyatova (İ.Həyatova kimi) Qrim ustaları: İ.Gülbabayeva, Z.Cəfərova Dekorçu rəssamlar: S.İbrahimov, Rəşad Məlikov (R.Məlikov kimi), Əliağa Xəlilov (Ə.Xəlilov kimi), E.İmanov, A.Vəliyev Dekorların quruluşu: R.Babayev, R.Səfərov, Ş.Həsənov, Z.Ağacamalov, V.Məhərrəmov, A.İsmayılov, E.Cəfərov, E.Tağıyev Əlbəsəçilər: N.Qurbanəliyev, E.Ağabəyov, V.Məmmədov, Ş.Aslanova, M.Ramazanova ASB sexinin rəisi: V. Baxşıyev Videomühəndislər: El.Baxşəliyev, Em.Baxşəliyev Səs operatoru: M.Məhərrəmov İşıqçılar: M.Əhmədov, A.İslamzadə, F.Zaidov İnzibatçılar: S.Orucov, F.Baxşəliyeva, M.Dadaşova Direktor: Mirzə Əliyev
Rollarda Ramiz Əzizbəyli – Ağa Mərdan Dilarə Əliyeva – Zeynəb Dəniz Tacəddin – Səkinə xanım Səyyar Rüstəmov – Əziz bəy Məhərrəm Bədirzadə – Ağa Kərim Loğman Kərimov – Ağa Səlman Tofiq Hüseynov – şəriət hakimi Azad Şükürov – Ağa Rəhim Rahib Əliyev – Ağa Cabbar Ağaxan Salmanov – Ağa Bəşir Vahid Əliyev – Ağa Səttar Mətanət Atakişiyeva – Zübeydə Mətləb Abdullayev – Ağa Həsən Aslan Şirin – Ağa Abbas Cəmilə Əzimova – Gülsəba Elman Rəfiyev – Bədəl Sərdar Rüstəmov – Qəhrəman Rəşad Bəxtiyarov – Qaffar Ceyhun Dadaşov – Nəzər Azər Mirzəyev – Hacı Rəcəbəli Şahmar Qəribli – Həpo Məzahir Cəlilov – Şeyda Cümşüd Zeynalov – Qurbanəli Firuz Xudaverdiyev – Hənifə Elnar Qarayev – fərraşbaşı Ramin Şıxəliyev – fərraş Elxan Məmmədov – nökər Kənan Oruclu – yeddi aylıq tifil
İstinadlar
Xarici keçid Filmi izlə
Həmçinin bax
Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Azərbaycanda nümayiş olunan teatr tamaşaları Kateqoriya:Komediya filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Ramiz Həsənoğlunun filmləri Kateqoriya:2011-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycan xanlıqları dövrünə aid filmlər