Living Things — Amerikalı rok qrupu Linkin Parkın 5-ci studiya albomudur. Albom 2011-ci ilin mart ayından 2012-ci ilin yanvarınadək lentə yazılmışdır. Albomun ilk sinqlı Burn It Down 16 aprel 2012 tarixində çıxmışdır. İkinci sinql Lost in the Echo 6 avqust 2012 tarixində çıxacaqdır. Linkin Park, Minutes to Midnight və A Thousand Suns-da olduğu kimi bu albomda da Rik Rubin və Mayk Şinodanın rəhbərliyi altında işləmişdir.

Albomun hazırlanması və yayımlanması

A Thousand Suns-ın uğursuzluğundan sonra qrup yeni albom hazırlamaq qərarına gəldi. Qrupun prodüseri Rik Rubin qrupa keçmiş tərzə qayıtmağı məsləhət verdi. Ancaq qrup üzvləri A Thousand Suns-dakı melodik səs effektlərini istifadə etməkdə davam etmək qərarına gəldilər yalnız əvvəlki tərz olan alternativ rok ilə səs effektlərinin qarışığı bir albom hazırlamağı düşünürdülər. Sonralar Mayk Şinoda verdiyi müsahibədə bu albomun nu-metal tərzdə olmayacağını söylədi. 2011-ci ilin martından başlayan mahnı yazma prosesi 2012-ci ilədək davam etdi və qrup fevral ayında yeni albomun çıxacağını açıqladı ancaq tarix verilmədi. Nəhayət, Martın 28-də qrup albomun ilk sinqlı olan Burn It Down-un 16 aprel tarixində çıxacağını elan etdi. Sinql çıxmadan əvvəl qrup rəsmi saytlarında azarkeşlər üçün sinqlın qapaq rəsmi olan bir tapmaca yerləşdirdilər və bu tapmacanı uğurla başa vurana sinqldan bir hissəni dinləmək hüququ verilirdi. Aprelin sonlarına doğru qrup albomun çıxma tarixini də açıqladı. Albomun 26 iyun 2012 tarixində ABŞ-də satışa çıxarılması nəzərdə tutulmuşdu. Albomun satışa çıxdığı ilk iki həftədə 223.000 satış rəqəminə çatdı və Amerikada 1 nömrə oldu. Albomdan Powerless parçası Abraham Lincoln:Vampire Hunter filminin rəsmi mahnısı oldu. Albomun ikinci sinqlı Lost in the Echo 6 avqust 2012 tarixində çıxacaqdır. Albom hazırlamaqla yanaşı, Linkin Park, Formula 1 komandası Lotus Reno ilə birlikdə iPad platformaları üçün Linkin Park GP adlı bir formula 1 oyunu hazırladı.

Mahnı siyahısı

Albom üzərində işləyənlər

Linkin Park Çester Benninqton – Əsas vokalist Rob Burdon – Baraban Bred Delson – Əsas gitara, "Until It Breaks" parçasında əlavə vokalist, "Lies Greed Misery" parçasında vokal dəstək Deyv Farrell – Bass gitara, "Lies Greed Misery" parçasında vokalist Co Han – DJ, Klaviatura Mayk Şinoda – Vokalist, Ritm gitara, klaviatura,piano

Əlavə musiqiçi Ouen Pallet – "I'll Be Gone" parçasında vokalist.

Hazırlama Rik Rubin – Prodüser Mayk Şinoda – Prodüser, Səs mühəndisi, yaradıcı direktor Co Han – Yaradıcı direktor Ethan Meyts – Səs mühəndisi Endri Heys – Köməkçi, mühəndis, redaktor Bred Delson – Əlavə hazırlama Ceri Conson – Baraban texniki Rayn DeMarti – Hazırlama, koordinasiya, A&R koordinasiyası Meni Marrokuin – Qarışdırma (köməkçilər: Kris Qalland və Del Bouers) Brayn Qardner – Səsin mənimsənilməsi Rob Kavalyo – A&R Liza Cozef – A&R koordinasiya Peter Standiş – Satıcı direktor Brendon Parvini – İncəsənət, yaradıcı direktor "The Uprising Creative" – Cild direktoru, dizayn Frenk Meddoks – Linkin Park işarə dizayneri

Reytinq cədvəlləri

Albomun reytinq cədvəli Reytinq (2012)VəziyyətAvstraliya 2Avstriya 1Belçika (Flanders) 4Belçika (Valloniya) 2Kanada 1Çexiya 1Danimarka 2Hollandiya1Finlandiya 1Fransa 2Almaniya1Honq Konq 2Macarıstan1İrlandiya 2İtaliya 1Yaponiya 2Meksika 5Yeni Zelandiya 1Norveç 3Polşa 1Portuqaliya 1Rusiya 18Şotlandiya 2Slovakiya 1Cənubi Korea 7İsveç 6İsveçrə 1İspaniya 2Tayvan 1Böyük Britaniya albom siyahısı 1Billboard 200 1ABŞ Rok albomları 1ABŞ Alternativ rok albomları 1ABŞ Hard Rok albomları 1

Sinqlların reytinq cədvəli İlMahnıReytinq VəziyyətiABŞABŞ RokUSAlt. RockYAPALMKANB. B.B. B. RokAVSYZLAVSTBELDANFRAITAIRLHOLPORISV2012"Burn It Down" 30 1 3 7 2 33 27 1 41 13 10 58 37 55 12 43 59 7 12"Lost in the Echo" 95 — — — 68 — 175 4 — — — — — 150 — — — — —

İstinadlar

Həmçinin bax

Kateqoriya:Linkin Park albomları Kateqoriya:2012-ci ilin musiqi albomları