Master of Reality – İngilis heavy metal qrupu Black Sabbath-ın 1971-ci ildə çıxardığı üçüncü albomudur. Bəzən albomu ilk stauner rok albomu kimi də qiymətlənirirlər. Albom 2 milyon satandan sonra 2 platinium sertifikat almışdır.

Bu albomda Toni Ayommi, ilk dəfə elektrogitarada de-tuning üsulundan istifadə etməyə başlamışdır. Bu yeni üsul, gitara tellərini daha elastik buraxaraq, 3 yarı-nota aşağısında çalmağı mümkün edirdi. Ayominin bunu tətbiqinin səbəbi sol əlindəki barmaqlarındakı problemdir. Albomun mahnı sözləri daha çox yalnızlıq, narkotika, müharibə və dini əhatə edir.

Albom Billboard Pop Albums sıralamasında o dövrdə 8-ci sıraya qədər yüksəlmiş, 2003-cü ildə Rolling Stone jurnalının ən yaxşı 500 albom sıralamasında isə 298-ci sıradadır.

Albomun Mahnıları "Sweet Leaf" – 5:05 "After Forever" (Iommi) – 5:27 "Embryo" (Iommi) – 0:28 "Children of the Grave" – 5:17 "Orchid" (Iommi) – 1:30 "Lord of This World" – 5:25 "Solitude" – 5:02 "Into the Void" – 6:12

Kateqoriya:Black Sabbath albomları Kateqoriya:1971-ci ilin musiqi albomları