Hind-Çin — Asiyanın Cənub-Şərqində yerləşən yarımada. Sahəsi 2 mln km² — dir. Yarımadanın ən böyük çayları: Mekonq, İravadi, Saluin, Menam-Çao-Praya. Yarımadada 7 ölkə: Banqladeş, Vyetnam, Kamboca, Laos, Malayziya, Myanma və Tailand vardır.
Etimologiya Yarımadanın adı avropalıların (fransızların) bura verdiyi addan qaynaqlanır. Belə ki, avropalılar yarımadada həm Çinə, həm də Hindistana aid xüsusiyyətləri birlikdə görürdülər.Краткий топонимический словарь. — Москва: Мысль, 1966. — 32 000 экз.
İqlimi Yarımadanın iqlimi subekvatorial musson iqlimidir, yalnız Malakka yarımadasında iqlim ekvatorialdır. Yarımadanın düzənlik hissəsində temperatur ilboyu 20 dərəcədən aşağı düşmür, yazda və yayda temperatur 28–30 dərəcəyə çatır. Dağlarda temperatur 15 dərəcə və daha aşağı düşür.
Təbii sərvətləri Malakka yarımadasında böyük həcmdə qiymətli metallar olan qalay və volframın ehtiyatları vardır.
İstinadlar
Xarici keçidlər Rəsmi olmayan sayt
Kateqoriya:Asiya yarımadaları Kateqoriya:Hind-Çin Kateqoriya:Asiya tarixi Kateqoriya:Tarixi vilayətlər Kateqoriya:Avrasiya regionları