Təbil boşluğu () — orta qulağın bir hissəsi, 1sm2 həcmində olub gicgah sümüyünün daşlıq hissəsində daxili qulaqla xarici qulaq arasında yerləşmişdir. Təbil boşluğunun ön divarını - yuxu kanalının divarı təşkil edir. Bu divarın yuxarı hissəsində eşitmə borusunun daxili dəliyi - açılır. Təbil boşluğunda 3 ədəd qulaq sümükcükləri, əzələlər və bağlar yerləşmişdir. Qulaq sümükcükləri

Orta qulaq əzələləri Təbil boşluğunda iki kiçicik əzələ vardır. Üzəngi əzələsi () təbil boşluğunundal divarında yerləşir.

Quruluşu Daxildən selikli qişa () ilə örtülüdür. Əsasını birləşdirici toxuma qatı təşkil edir, üzəri qulaq pərdəsi və sümükcüklər sahəsində yastı təkqatlı epitellə və başqa sahələrdə silindrşəkilli kirpikli, ya kub epitellə örtülüdür. Selikli qişanın ardı ındə eşitmə borusuna, dal tərəfdə məməyəbənzər çıxıntı mağarasına və hüceyrələrə keçir; bəzi sahələrdə büküşlər: ön və arxa çəkic, zindan, üzəngi - və ciblər: əmələ gətirir. Təbil boşluğu hava ilə doludur; öndə eşitmə borusu vasitəsilə udlaqla və dalda vasitəsilə məməyəbənzər çıxıntı mağarası və hüceyrələləri ilə birləşir. Bunun böyük əhəmiyyəti ondadır ki, təbil boşluğundakı havanın təzyiqi daima xarici atmosfer təzyiqi ilə bərabərləşir; bununla da qulaq pərdəsinin azad surətdə vibrasiya etməsinə (ehtizaza gəlməsinə) imkan yaradır. Mənbələr İnsanın Normal Anatomiyası, K. Balakişiyev, 1980, Maarif, III cild, səh. 337-338, UB-999,

Kateqoriya:Orta qulaq Kateqoriya:Anatomiya Kateqoriya:Eşitmə üzvü Kateqoriya:İnsan başı və boynu Kateqoriya:Otologiya