Böyük Boss (, mandarincə: 唐山大兄 — Tang shan da xiong) — 1971-ci ildə Brüs Linin iştirakı ilə çəkilən Honkonq filmi.

Məzmun

Çenq (Brüs Li) kasıb, işsiz bir gəncdir. Dayısı ilə birlikdə Çində yerləşən Quandun vilayətindən Tailanda gəlir. Dostu çalışdığı buz fabrikində ona iş tapır. Fabrikdəki baş usta və onun adamları digər bütün çalışanlara pis davranmaqdadır. Bir gün çalışanlardan iki şəxs yoxa çıxır. Onları axtarıb tapmaq üçün fabrikada işləyənlərdən Hsu Çien və Ah Pei fabrikin sahibi olan "Böyük Boss" ləqəbli Hsiao Minin evinə gedirlər. Hsiao Mi bu hadisədən xəbəri olmadığını bildirsə də, onlar şübhə ilə yanaşırlar. Bu zaman Hsiao Minin heyəti ilə döyüşərək, öldürülürlər. Çenq bu ölümlərdən şübhələnməyə başlayır. Bir gün Hsiao Mi vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə Çenqi usta təyin edir. Gecə vaxtı isə alkoqolun təsirilə Çenqi aldatmaq istəyirlər. Sabahısı gün dostları onu düşdüyü vəziyyətə görə tənqid edirlər.

Bir müddət sonra Çenq fabrikaya gizli olaraq girir. Burada Çenq böyük buz qəliblərinin içində narkotik paketlərinin olduğunu aşkar edir və ölmüş dostlarının bədənlərini görür. Lakin bu zaman qəflətən banda heyəti peyda olurlar. Çenq onların hamısına qalib gəlir. Lakin evə qayıdan zaman Çenq dostlarının öldürüldüyünü müşahidə edir. Çenq qisas almaq üçün Hsiao Minin evinə gedir. Bu zaman onun heyəti ilə mübarizə aparır və onları məğlub edir. Nəhayət, Çenq Hsiao Mi ilə vuruşmağa başlayır və qalib gələrək onu öldürür. Bu müddətdə Hsiao Minin evindəki qadınlardan biri Çenqin dostu olan Çiao Meyi azad edir və ona bu haqda bildirir. Bu zaman polislər gəlirlər. Çenq onlara müqavimət göstərmək istəyən zaman Çiao Mey onun qarşısını alır. Çenq polislərə təslim olur.

Rollarda Ad Rol Qeydlər Brüs Li Çenq Çao An Taylandda yaşayan dayısının yanında qalmağa gəlir Mariya Yi Çiao Mey Çenqin əmisi qızı Yin-çieh Han Hsiao Mi Böyük Boss Ma La Lene rolu yoxdur Əxlaqsız qadın Nora Myao rolu yoxdur yerli soyuq içkilər satıcısı Ceyms Tien rolu yoxdur Hsu Çienin əmisi oğlu Piter Yanq rolu yoxdur Ah Çenin əmi oğlu

Xarici keçidlər

Complete filmography of Bruce Lee's career

Kateqoriya:Honkonq filmləri Kateqoriya:Döyüş incəsənət filmləri Kateqoriya:Brüs Li Kateqoriya:Qanunsuz narkotik ticarəti haqqında filmlər Kateqoriya:Tailand haqqında filmlər Kateqoriya:Banqkok haqqında filmlər Kateqoriya:Mandarin dilində filmlər Kateqoriya:Mütəşəkkil cinayətkarlıq haqqında filmlər Kateqoriya:Golden Harvest filmləri Kateqoriya:Honkonqun döyüş filmləri Kateqoriya:1971-ci ilin filmləri