Kəvar şəhristanı— İranın Fars ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Kəvar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 72,423 nəfər və 15,570 ailədən ibarət idi. Bölgənin əhalisi Qaşqay Türkləri və Farslardan ibarətdir. Qaşqay Türkləri şəhər əhalsinin 50%-ni təşkil etməklə yanaşı bir çox kənddə də yaşayırlar.

İstinadlar

Kateqoriya:Fars ostanının şəhristanları