Morbid Angel — 1984-cü ildə Floridada yaranmış death metal qrupu.

Qrup haqqında Morbid Angel 1984-cü ildə Floridada yaranmış death metal qrupudur. Qrupun 1989-cu ildə hazırladığı Altars of Madness adlı albomu Böyük Britaniyanın Terrorizer musiqi jurnalının "Top 40 ən böyük death metal albomu" siyahısında ilk sırada yer almışdır. Decibel jurnalı isə "ən yaxşı death metal gitaristi" siyahısında Trey Azagthoth'u birinci sıraya layiq görmüşdür. Morbid Angel ABŞ'da albomları ən çox satan üçüncü (445.000, Cannibal Corpse və Deicide'dan sonra) death metal qrupudur. Qrupun üçüncü albomu "Covenant" 127.000 satış ilə bütün dövrlərin ən çox satan death metal albomu olmuşdur.

Qrupun orijinal musiqi bəstələri Satanizm, akkultizm və Anti-Xristian mövzusu üzərində qurulmuşdur.

1991-ci ildə alman jurnalı Rock Hard-ın keçirdiyi sorğuda, qrupun "Altars of Madness" albomu bütün dövrlərin ən yaxşı metal albomları siyahısında 12-ci yeri tutmuşdur.

Diskoqrafiya

Tam format albomları 1989 — Altars of Madness 1991 — Blessed are the Sick 1993 — Covenant 1995 — Domination 1996 — Entangled in Chaos (tam albom) 1998 — Formulas Fatal to the Flesh 2000 — Gateways to Annihilation 2003 — Heretic 2005 — Ignominious (toplu) 2011 — Illud Divinum Insanus

Demo, sinql və minialbomlar 1986— Abominations of Desolation (demo) 1986 — Scream Forth Blasphemies (demo) 1986 — Bleed for the Devil (demo) 1987 — Thy Kingdom Come (demo) 1993 — Rapture (sinq) 1994 — Laibach Remixes 1995 — Domination Promo 1999 — Love of Lava (sinql)

Xarici keçidlər

Rəsmi saytı Morbid Angel of ReverbNation Morbid Angel Morbid Angel Morbid Angel Morbid Angel mahnılarının sözləri

Kateqoriya:ABŞ metal musiqi qrupları Kateqoriya:Kvartetlər Kateqoriya:1984-cü ildə yaranan musiqi qrupları