"Velosiped oğruları" () — rejissor Vittorio de Sikanın filmi.

Məzmun Filmdəki hadisələr 1940-cı illərdə baş verir və İtaliyanın müharibədən sonrakı dövrünü əks etdirir. Ailə başçısı, iki uşaq atası Antonio Riçi işsizdir. Uzun axtarışlardan sonra o, nəhayət, afişaları yapışdırmaq işinə qəbul olunur. İşə başlamaq üçün ona təcili velosiped lazımdır. Əmək birjasının məmuru ona "Velosiped yoxdursa, iş də yoxdur" – deyir. Antonionun əvvəl velosipedi var idi. Lakin onu yemək üçün az miqdarda pul əldə etmək üçün lombarda vermişdi. Velosipedi lombarddan almaq üçün arvadı Antonioya sonuncu qiymətli şeyi verir. Bu, onun cehizi olan altı döşəkağı idi.

Birinci iş günündə Antonio üstündə Rita Heyvortun şəkli olan afişanı yapışdırır. Bu vaxt velosipedi oğurlayırlar. Antonio balaca oğlu Bruno ilə ümidsiz halda axtarışa çıxır. Tamaşaçılar ata-oğulun gözü ilə varlı və kasıb Romanı gəzirlər. Bu axtarışlar filmin süjet xəttini təşkil edir. Bəzən Antonioya elə gəlir ki, velosipedi tapmağa lap az qalıb, amma o, hər dəfə fikrində yanılır.

Axırda o, bu vaxt ərzində özünün işsiz, ailəsinin ac olduğunu düşünüb özü bir velosipedi oğurlamağa cəhd edir. Ancaq onu tuturlar. Bunların hamısı balaca Brunonun gözünün qarşısında baş verir. Ona görə də velosipedin sahibi Antonionu bağışlayır və düşünür ki, onu tutanların etdiyi təhqirlər kifayətdir.

Film faciəli sonluqla başa çatır. Antonio heç nəyi olmadan, oğru damğası altında, sabahkı günə inamsız vəziyyətdə oğlu ilə yoluna davam edir.

Film haqqında Film Fəxri "Oskar" mükafatı (1950), BAFTA mükafatı, Lokarno kinofestivalının xüsusi mükafatını qazanmışdı. 1995-ci ildə isə Vatikanda tərtib edilmiş "Bütün zamanların 45 ən böyük filmi" siyahısına bu filmin də adı daxil edilmişdi. Bu siyahı dünya kinosunun yaranmasının 100 illiyi münasibətilə hazırlanmışdı.

Mükafatlar və nominasiyalar

Mükafatlar

1950-ci ilin "Oskar" mükafatı: Fəxri Oskar

1950-ci ilin "BAFTA" mükafatı: Ən yaxşı film

1950-ci ilin "Qızıl Qlobus" mükafatı: Ən yaxşı xarici film

1950-ci ilin Buxarest Film Festivalı: "Qızıl Canavar" mükafatı

Nominasiyalar

1949-cu ilin "Oskar" mükafatı: Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə – Çezare Zavattini

Filmin heyəti

Film üzərində işləyənlər Əsərin müəllifi : Luici Bartolini Ssenari müəllifləri : Çezare Zavattini Rejissor : Vittorio de Sika Operator : Karlo Montuori Bəstəkar : Alessandro Çikonyini Prodüser : Vittorio de Sika

Rollarda Lamberto Makorani – Antonio Riççi Entso Stayola – Bruno Riççi Lianella Karell – Mariya Riççi Yelena Altyeri Cino Saltamerenda – Bayokko Culio Kyari Vittorio Antonuççi – oğru Mikele Sakara Fausto Querzoni Karlo Yakino

İstinadlar

Xarici keçidlər

Bicycle Thieves essay at Criterion Collection by Godfrey Cheshire ("Bicycle Thieves: A Passionate Commitment to the Real") Bicycle Thieves essay at Criterion Collection by Charles Burnett ("Bicycle Thieves: Ode to the Common Man") by A. O. Scott (The New York Times) at YouTube

Kateqoriya:İtaliya filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Vittorio de Sikanın filmləri Kateqoriya:1948-ci ilin filmləri Kateqoriya:Roma haqqında filmlər Kateqoriya:Katolisizm haqqında filmlər Kateqoriya:Ata-oğul münasibətlərindən bəhs edən filmlər Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:İtalyanca filmlər Kateqoriya:İtaliyanın dram filmləri Kateqoriya:Oğurluq haqqında filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Aclıq haqqında filmlər Kateqoriya:Romada çəkilmiş filmlər