Məzmun Filmdə əsrin nəhəng tikintisi Baykal-Amur magistralında (BAM) çalışan həmyerlilərimizin fədakar əməyindən söhbət gedir; azərbaycanlıların əməyi ilə bərabər məişəti, gündəlik qayğıları da lentə alınmışdır. Burada eyni zamanda qarşıya çıxan problemlərə də toxunulmuşdur.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Elxan Əliyev Səs operatoru: Vladimir Savin

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 358.

Kateqoriya:1988-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər