Mattias Hetsenauer () — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş avstriyalı snayper. Mattiasın hesabında 345 nəfər öldürülmüş düşmən əsgəri var. Onunla eyni polkda Vermaxtın ikinci ən məshuldar snayperi Yozef Allerberger xidmət etmişdi.

Həyatı Hetsenauer 1944-cü ildə martın 27-dən iyulun 16-na kimi snayper kurslarında hazırlıq keçib. 6 dəfə yaxınlaşdırma optikası olan Mauser 98k və 4 qat yaxınlaşdırma optikası olan Gewehr 43 snayper tüfənglərindən istifadə edib. O ən uzaq məsafədən öldürdüyü düşmən əsgərini 1.100 metr məsafədən vura bilib. 1944-cü il noyabrın 6-da artilleriya mərmisinin onun yaxınlığında partlaması nəticəsində kontuziya alıb. Döyüşlərdə göstərdiyi yüksək məhsuldarlığa və sərrastlığa görə Mattias 17 aprel 1945-ci ildə Dəmir Xaç Cəngavər Ordeninə layiq görülüb. Mattias müharibənin son günlərində Sovet Ordusuna əsir düşüb və QULAQda beş il məhbus həyatı yaşadıqdan sonra vətəni Avstriyaya geri dönüb.

İstinadlar

Kateqoriya:Snayperlər Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Yefreytorlar