Bünab-i Mərənd (Mərənd Binabı) (həmçinin Bünab-i Cədid (Yeni Bunab) və sadəcə Binab) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhər.

2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,430 nəfər və 1,236 ailədən ibarət idi.

Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.

Tarixi thumb|273x273px|Şəhərin qərb tərəfdəki girişi 2004-ədək sadəcə Bünab adlanan bu yaşayış məntəqəsi yalnızca iri bir kənd sayılırdı, lakin həmin il şəhər statusu qazanmış və adı Bünab-i Cədid (yəni "Yeni Bünab") olaraq dəyişdirilmişdi. Bu ad isə 2012-də (Mərənd şəhristanında yerləşdiyinə görə) Bünab-i Mərənd (yəni "Mərənd Bünabı, Mərənddə yerləşən Bünab") olaraq təkrarən dəyişdirildi.

Coğrafiyası thumb|295x295px|Bünab-i Mərənd şəhərinin su anbarı Bünab-i Mərənd öz ətraf ərazisinin füsunkar təbiəti ilə seçilir — Aladar və Ağcaqapı dərələrinin adlarını misal gətirmək olar. Şəhərin yaxınlığında həmçinin su anbarı yerləşir.

İstinadlar

Kateqoriya:Şərqi Azərbaycan ostanının şəhərləri