Üfüqü ötənlər — rejissor Şamil Nəcəfzadənin sənədli filmi.Reyhan. “Üfüqü ötənlər” sənədli filminə baxış: [Dövlət Film Fondunda rejissor Şamil Nəcəfzadənin eyni adlı tammetrajlı sənədli filminə baxış keçirildi] //Mədəniyyət.- 2011.- 30 dekabr.- S. 2.
Məzmun Film Mircavad, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev kimi böyük Azərbaycan rəssamlarının yaradıcılığından bəhs edir.
Film haqqında Yazıçı, sənətşünas Sara Oğuz Nəzirovanın xatirələri əsasında çəkilmiş bu film, onun yaxından tanıdığı, yaradıcılıqları XX əsrin ikinci yarısına təsadüf edən 5 Azərbaycan avanqard rəssamından bəhs edən iki hissəli ekran əsəridir.
Film "Torpaqdan qaynaqlanan təməl", "Qardaşımdan yaxşısı yox idi", "Qaranlıqdan qopan çığırtı", "Əbədiyyətə sıçrayış", "Mümkün olmayan axtarış" adlanan 5 bölümdən ibarətdir.
Filmdə "Bu, Mircavaddır" sənədli filminin və "Abşeron bağları" verilişinin kadrlarından və kinoxronikadan istifadə olunmuşdur.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Sara Oğuz Nəzirova Rejissor: Şamil Nəcəfzadə Operator: Nizami Abbas Əlaqələndirici prodüser: Cavid İmamverdiyev Rəssam: Tural Məmmədov Musiqilərindən istifadə edilən bəstəkarlar: Qara Qarayev, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rafiq Babayev, Filip Qlass, Maykl Lourens Nayman, Sergey Kuryoxin, Aleksey Aygi, Kaneda Şigenari, Kobayaşi Arata, Nakamura Noriko Səs rejissoru: Teymur Abdullayev İcraçı prodüser: Əbdülnəsir Kutiyev (Abdulnasir Kutiyev kimi) Koordinator: Şirin Məlikova Montaj: Elmir Həsənov Redaktor: Toğrul Cuvarlı İkinci operator: Üzeyir Abbas Qrim: İlqar Cəfərov İşıqçı: Fuad Nuriyev İnzibatçı: İlqar Musayev (II) Sürücülər: Rafiq Cəfərov, Gündüz Cəfərov
Rollarda Sara Oğuz Nəzirova – səyyah Mayak Kərimov Manaf Dadaşov Hikmət Rəhimov Hacıbaba Məmmədov Sərdar Rüstəmov Elmar Əhmədov Bəyim Hacıyeva Fövziyyə Əfəndiyeva Ramiz Abutalıbov Fazil Nəcəfov Sürəyya Mikayılova Nailə Muradova Maisə Hüseynova Əliheydər Mikayılov Səidə Babayeva Elnur Babayev Çingiz Babayev Şirin Babayeva
Sponsor Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Çəkilişə köməklik edən qurumlar R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyi Müasir İncəsənət Muzeyi Azərbaycan Dövlət Rəsm Qalereyası Müasir İncəsənət Qalereyası Azərbaycan Rəssamlar İttifaqı
Çəkilişə kömək edənlər Tofiq Ağababayev Müseyib Əmirov Fövziyyə Əfəndiyeva Elçin Hami Axundov Elçin Orucov Ağahüseyn Hüseynov Aleksandr Melqumov Aytən Əhmədova Fərhad Əliyev Ağaəli İbrahimov Rafael Gülməmmədli Rəşad Babayev Fərid Əşrəfoğlu Əli Əmirli Mehman Əliyev
İstinadlar
Xarici keçidlər Filmi izlə
Həmçinin bax
Kateqoriya:2011-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Tammetrajlı bədii-sənədli filmlər Kateqoriya:"Yaddaş" Studiyası Kateqoriya:Rəssamlar haqqında filmlər