Vidadi İsayev () — Bərdə Rayon İcra Hakimiyyətinin başçısı (3 mart 2011 tarixindən).
Həyatı İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib.
1980–1985-ci illərdə Ağdaş rayon Qaradeyin kənd orta məktəbində tarix müəllimi, 1986–2004-cü illərdə Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri, 2004–2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005–2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 3 mart 2011-ci il tarixli Sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvü, tarix elmləri namizədidir.
Ailəsi Ailəlidir, dörd övladı var.
Əsərləri "Hardan gəlir bu köç?", "Yevlax sənədlərdə və yaddaşlarda", "503-cü eşalon". "Ağ işıq" (povest), "Ədəbi İrəvan-2007", Bakı, "Nurlan", 2008. səh.205–234.
Təltifləri Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə "Əmək" ordeni ilə təltif edilmişdir.V. İ. İsayevin "Əmək" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı — president.az saytı
Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2019-cu il tarixli Sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli,1205 nömrəli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli 4289 nömrəli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
İstinadlar
Kateqoriya:Tərtər Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Bərdə Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Yevlax Şəhər İcra Hakimiyyətinin başçılarının müavinləri Kateqoriya:Tarix üzrə fəlsəfə doktorları