Ceyn Eyr () — 1970-ci ildə məhəbbət janrında çəkilmiş film. Film Ceyn Eyr əsərinin mövzusu əsasında çəkilmişdir. Film 1972-ci ildə Emmi mükafatına layiq görülmüşdür.
Məzmun Ceyn Eyr valideynləri itirən bir uşaqdır. Ceyn Eyr internat məktəbində oxuyur və buranı bitirdikdən sonra Roçester ailəsində mürəbbiyə kimi işləməyə başlayır. Br müddət Roçester ondan xoşlanmasa da zaman keçdikcə Ceyn Eyr Roçesterin bəraətini qazanmağa başlayır. Onlar arasında sevgi münasibətləri başlayır. Roçester Ceyn Eyr ilə evlənməyə hazırlaşır. Lakin bu zaman Roçesterin gizli saxladığı mövzu haqqında Ceyn Eyr xəbər tutur. Bir müddət keçdikdən sonra o, Roçesterin evini tərk edir...
Rollarda Ad Rol Suzanna York Ceyn EyrCorc Skott Edvard Roçester
Mükafatlar 1972: Emmi mükafatı: Musiqi Tərkibində Görkəmli Nailiyyət (Con Vilyams).
Novelladan kəsilmiş hissələr Filmin əvvəli əsərdən fərqli olaraq Ceyn Eyrin Lovud məktəbinə gəlməsi ilə başlayır. Lovud məktəbində hadisələr qarışıq göstərilir. Xanım Rid, Eliza, Rozamond Oliver, Con və Corcianna filmdə göstərilmir. Cənab Roçester qonaq zalında şarada ifa etmir və qaraçı görkəmini almır. Əsərdən fərqli olaraq filmdə Ceyn Eyr mirasa sahib deyildir.
Xarici keçidlər
Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Ceyn Eyr Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Pinewood Studios filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:İngilis dilində dram filmləri Kateqoriya:Bəstəkar Con Vilyamsın filmləri Kateqoriya:XIX əsr haqqında tarixi filmlər Kateqoriya:1970-ci ilin filmləri