Cakomo Cirolamo Kazanova () şevalye de Senqalt — zadəgan titulunu özünə vermiş, 2 aprel 1725-ci ildə Venesiyada anadan olmuş, 4 iyun 1798-ci ildə Çexiya respublikasındakı Duxsov qəsrində vəfat etmiş, məşhur italyan məcaraçı səyyahı və yazıçısı. Böyük Sovet Ensiklopediyasına görə Çovani Çakomo
Həyatı Kazanova XVII əsrin 28 noyabr 1742-ci ildə Padua universitetində dünyəvi və kilsə hüququnu öyrənərək doktor titulu alır. Neapol, Roma, Konstantinopol, Paris şəhərlərinə səyahət etdikdən sonra Venesiyaya dönən Kazanova küfürlikdə günahlandırılaraq 1755-ci ildə həbsxanaya atılır. Memuarına əsasən onun həbs edilməsi üçün əsas dəlil onda tapılmış Zoqar kitabı olmuşdur. 1756-cı ildə o, Parisə qaçaraq, orada yerli içtimayi və şəxsi həyat tərzlərini öyrənməyə başlayır. Memuarında yazmış olduğu kimi, yeni imiclə Avropada peyda olan Kazanova Berlinə gələrək Böyük Fridrixin pərəstişini qazanır. 1760-cı ildə XIII Kliment Roma papası elan olunur. Elə bu vaxt Kazanova "Qızıl şpor" ordeninə layiq görülür. 1764–1765-ci illərdə Rusiyaya gələrək Sankt Peterburqda II Yekaterina ilə görüşür. Daha sonra o, Avstriya, Almaniya, Fransa, İspaniya, İtaliyada səyyah və sərgərdan həyat sürür. Onun tanışlarının içində Volter, İohann Volfqanq Göte və Volfqanq Amadey Mosart kimi mütəfəkkirlər olmuşdur. 1775-ci ildə Venesiyaya dönmək üçün icazə alan Kazanova şəhəri daxili işlər xidmətinin inkvizisiya tribunalının gizli agenti olur. 1782-ci ildə alleqorik romanında zadəgan Grimaldini təhqir etdiyinə görə Venesiyanı tərk edərək Çexiyaya gələrək əlkimya və Kabbala ilə məşğul olan qraf Valdşteyn gəsrinə yerləşir.
Memuarı 235px|right|thumb|Memuarın I səhifəsinin əlyazması 1789-cu ildə fransız dilində ona ölümündən sonra şöhrət qazandırmış "Mənim həyat tarixim" adlı memuarını () yazmağa başlamışdır. 1822–1828-ci ildə memuarın alman dilində müxtəsər tərcüməsi dərc olunur. 1826–1838-ci illərdə J. Laforqa tərəfindən redaktə olunmuş fransız nəşrləri dərc olunur. J. Laforqa redaktəsində seksual mövzular (xüsusilə homoseksual epizodlar) ixtisarlarla verilmişdir. Katoliklər və inqilab əleyhdarlarının gözündə Kazanova sərbəst siyasi və dini görüşlü opponentə çevrilmiş olur. Kazanovanın memuarının orijinal mətni tam şəkildə 1960-cı ildə işıq üzü görmüş olur. thumbnail|left|Cakomo Cirolamo Kazanovanın memuarının fransız dilindəki nəşri O öz memuarına belə başlayır;
Cakomo Cirolamo Kazanova öz memuarında Luiza O`Merfi belə xatırlayırGiacomo Casanova, Histoire de ma vie, F. A. Brockhaus, Wiesbaden et Plon, Paris 1960–1961.:
Xarici keçidlər Eduard und Elisabeth bei den Megamikren (PDF; Fraktur-Reprint in der Arno-Schmidt-Referenzbibliothek der GASL) (20,29 MB) Die Memoiren vollständig in sechs Teilen, Übersetzer Conrad Casanova Memoiren in englisch, 1902, mit Zusatzband über seine Zeit nach dem Ende der Memoiren Schloss Duchcov Casanova Memoiren in französisch: Original (PDF-Datei; 17,55 MB) Иллюстрации Сальвадора Дали к рассказам Джакомо Казановы
İstinadlar
Kateqoriya:Çexiyada vəfat edənlər Kateqoriya:İtalyanlar Kateqoriya:Venesiyada doğulanlar Kateqoriya:İtalyan yazıçılar Kateqoriya:İtaliya yazıçıları Kateqoriya:Avtobioqrafiyalar