Məzmun Film institut işçisi Şamil müəlimin (Fərhad İsrafilov) başına gələn yarı gülməli, yarı faciəli əhvalatdan bəhs edir.

İnstitutun şöbə müdiri Abdulla müəllimin xəstələnməsi xəbəri ildırım sürəti ilə bütün instituta yayılır. Onun vəziyyətinin tamamilə pis olduğunu doktor Məmişdən eşidən Şamil başlayır Abdulla müəllim üçün nekroloq hazırlamağa, hətta, özünü onun vəzifəsinə təyin etdirmək üçün digər vəzifəli adamlara müraciət edir. Film qəribə sonluqla tamamlanır…

Film haqqında Filmdə müğənni Aygün Kazımovanın "Tı i ya" klipindən istifadə edilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Aqşin Babayev Quruluşçu rejissor: Ramiz Həsənoğlu Quruluşçu operator: Adil Abbasov Quruluşçu rəssam: Rəfael Əlizadə Bəstəkar: Ramiz Mirişli Montaj: Rövşən Vaqifoğlu Televiziya rejissoru: Anaxanım Abdullayeva İkinci rejissor: Əliqulu Səmədov Səs rejissorları: Firudin Hüseynov, Akif Xəlilov, Vaqif Quliyev Operator: Qafur Sədiyev Fotoqraf: Xəyyam Piriyev Rejissor-referent: Vüsalə Mirzəyeva Rejissor assistenti: Anar Həşimzadə Məsləhətçi: Şəfəq Sultan Əlixanlı Redaktor: Şəfəq Sultan Əlixanlı Kompüter qrafikası: İlkin Rəşidov, Camal Əsgərov Musiqi tərtibatçısı: Minurə Əfəndiyeva Qrim ustası: Firuzə İsmayılova (Firuzə Vahidova kimi) Səs effektləri: Həmid Rəsulov Videotəminat mühəndisləri: Ağazər Həşimov, Rasim Yusifzadə, Coşqun Qasımov, Sənan Cəfərov, Samir İzzətov, Soltan Əliyev (Soltan Oqtayoğlu kimi) Videoyazı mühəndisləri: Natiq Həsənov, Canpolad Abbasov, Elşən Məmmədov İşıq ustası: Ramiz Axundzadə Rekvizit ustası: Eldar Ramazanov Geyim ustaları: Elmira Quliyeva, İradə Həyatova E. H. M. operatoru: Mehriban Dadaşova Sürücülər: Kamil Davudov, Mürsəl Zəkiyev, Akif Hüseynov Filmin direktoru: Arif Həkimoğlu Prodüser: Ramiz Həsənoğlu Mahnı ifa edən: Yaşar Nuri (titrlərdə yoxdur)

Rollarda Afaq Bəşirqızı — Gülya Yaşar Nuri — Əkrəm İlham Namiq Kamal — Sadıqov Hacı İsmayılov — Xəlil Fərhad İsrafilov —Şamil Səidə Quliyeva — Elmira Azər Mirzəyev — Sərdar Vahid Əliyev — Eldar Rafael İsgəndərov — alverçilər Hacıbaba Məmmədov — Murad Afət Ağayeva — katibə Qurban Məsimov — Məcid Elman Rəfiyev — Ruslan Arif Qasımov — Gülyanın əri (şəkil) Arif Kərimov — skelet daşıyan Anaxanım Abdullayeva — institut işçisi Əliqulu Səmədov — jurnalist Firudin Hüseynov — institut işçisi Firuzə Vahidova Ramiz Axundzadə Samir İzzətov Coşqun Qasımov

Arxiv kadrlarda iştirak edən Aygün Kazımova (titrlərdə yoxdur)

Çəkilişə köməklik edən qurumlar Bakı Şəhəri 2 Saylı Baza Tibb Məktəbi "Smartkom" şirkəti

Çəkilişə kömək edən Sabir Mikayılov (Bakı Şəhəri 2 Sayli Baza Tibb Məktəbinin direktoru)

Xarici keçidlər Filmi izlə

Kateqoriya:2001-ci ilin Azərbaycan filmləri Kateqoriya:Faciəvi komediya filmləri Kateqoriya:Ramiz Həsənoğlunun filmləri