Mütə () və ya siğə () — Cəfəri məzhəbi tərəfindən leqal hesab edilən müvəqqəti nikah. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir.
Etimologiya Ərəb dili lüğətlərində "mənfəət, faydalanma" mənasını verən mütə (mitə) fiqh terminologiyasında talaq, nikah və həcc sözlərinə əlavə olunaraq müxtəlif mənalarda işlədilir. Mütətüt-talaq, boşanmış qadınlara, xüsusilə də mehr müəyyən edilmədən bağlanmış nikahdan sonra ər-arvad münasibəti baş vermədən boşanan qadına veriləcək maddi yardımı ifadə edir. Mütətül-həcc, aradakı müddətdə ehramsız qala bilmək üçün həcc aylarında əvvəlcə ümrə, daha sonra isə həcc üçün iki dəfə ehrama girilərək yerinə yetirilən həcci ifadə edir. Mütətün-nikah isə müvəqqəti olaraq bağlanan nikah, yəni müvəqqəti evlilik növünü ifadə edir.
Tarixi Mütə İslamdan əvvəl mövcud olan ərəb adəti idi. Aişənin verdiyi məlumata görə mütə İslamdan əvvəlki dövrdə mövcud olan dörd nikah formasından biri idi. Məhəmmədin sağlığında isə mütə ehtiyacla bağlı olaraq iki dəfə halal edilmiş və sünni mənbələrinə görə iki dəfə də qadağan edilmişdir. Müslümün bildirdiyinə görə mütə Xeybər döyüşündə üç günlüyünə icazəli olsa da sonradan qiyamətə qədər qadağan edilmişdir. Sünni mənbələrinə görə, Məhəmməd tərəfindən qadağan edilən mütə, ikinci dəfə xəlifə Ömər tərəfindən də qadağan edilmişdir.
Sünnilikdə mütə Sünnilikdə mütə yekdilliklə haramdır, amma mütənin qadağan edilmə tarixi haqqında müxtəlif fikirlər vardır. Buxariyə görə mütə Xeybər günü, Müslümə görə Məkkənin fəthində, başqa bir rəvayətdə Huneyn müharibəsinin bir döyüşü olan olan Əvtas döyüşündə, İbn Macəyə və Əbu Davuda görə isə Vida həccində qadağan edilmişdir. Sünnilər mütənin haram olması haqqında aşağıdakı hədisləri dəlil olaraq qeyd edirlər. Onlara görə Məhəmməd demişdir:
Əli ibn Əbu Talib belə demişdir:
Səid ibn Cübeyr demişdir:
Nəticə olaraq, sünnilərə görə mütə Məhəmməd tərəfindən qiyamətə qədər qadağan edilmişdir və bunun çoxlu dəlili vardır.
Cəfərilikdə mütə Cəfərilərə görə bu nikah haqqında Məhəmmədin icazəsi vardır və digər İslam məzhəblərinin əksinə Məhəmməd peyğəmbər tərəfindən qadağan edilməmişdir. Onların iddiasına görə səhabədən Əli, Həsən, Hüseyn, İbn Abbas və İbn Məsud kimi tanınmış şəxslərin rəyi də bu istiqamətdədir. Cəfərilər bu şəxslərə əlavə olaraq Zeynəlabidin, Məhəmməd Bağir, Cəfəri Sadiq, Tavus və Mücahid kimi alimlərin də bu fikri müdafiə etdiklərini iddia edirlər və Cəfəri imamlar da bu fikir üzərində həmfikirdirlər. Onlara görə mütə nikahı Allah və Peyğəmbəri tərəfindən halal edilmiş, lakin xəlifə Ömər tərəfindən qadağan edilmişdir. Cəfərilər görə mütə nikahı sünnədir. Cəfəri-Sadiqdən rəvayət olunan aşağıdakı hədislər, cəfərilikdə mütənin sünnə olduğunu təsdiq edir.
Cəfəri-Sadiq demişdir:
Başqa bir rəvayətdə Cəfəri-Sadiq demişdir:
Yuxardakı rəvayətə görə isə mütənin cəfərilərdə ibadət olduğu başa düşülür.
Yuxardakı rəvayətdə deyildiyi kimi cəfərilikdə bu nikah, insanın bağışlanmasında və imanının kamilliyində mühüm rol oynayan amildir.
Zeydilərdə mütə Zeydilərə görə mütə nikahı haramdır. Mütənin haram olduğu məsələsində zeydi fəqihlərin icması vardır. Hadi, şahidi olduğu Əhli-Beyt şeyxlərindən heç birinin mütəni icazəli görmədiklərini bildirir. Hafiz Əbu Abdillah əl-Ələvi də mütənin qadağan olması haqda Əhli-Beytdəkilər arasında icmanın olduğunu vurğulayıb. Zeydiyyə məzhəbinin banisi Zeyd öz atası vasitəsilə Əlidən mütənin qadağan olması haqda aşağıdakı hədisləri rəvayər etmişdir:
Yenə Əli vasitəsilə:
Zeyd ibn Əliyə görə mütə nikahı icazəli deyildir. Zeyd ibn Əlinin nəql etdiyi bu hədislərə Zeydiyyə məzhəbinin ən mühüm mühəddis və fəqihlərindən olan Əhməd ibn İsanın "əl-Əmali" adlı əsərində və daha sonra yazılmış digər Zeydi hədis mənbələrində də yer verilir. "əl-Əmali" adlı əsərdə mütə nikahının qadağan olunmasına dair Zeyd ibn Əli vasitəsilə yuxarda verilmiş hədislərdən başqa mövzu haqqında bir çox hədisə də yer verilmişdir: "Peyğəmbər gizli nikahı (nikahüs-sir) qadağan etmişdir", "Əli mütə nikahı ilə bağlı fitva verən İbn Abbasa dedi ki, (fətvada) tələsmə. Peyğəmbər Xeybər günü mütə nikahı ilə eşşək ətini haram buyurmuşdur", "Əli, İbn Abbasa: "Məgər bilmirsən ki, Peyğəmbər Xeybər günü mütə nikahını qadağan etmişdir…", "Bir kişi İbn Ömərin yanına gəlib mütə nikahı haqqında soruşdu. İbn Ömər "haramdır" dedi, kişi dedi ki, filankəs halaldır deyir. İbn Ömər kişiyə dedi ki, filankəs mütə nikahının Xeybər günü haram edildiyini bilir dedi. O kişi də: "mütə haramdır və biz də zina edən deyilik" dedi." "Peyğəmbər Hüdeybiyyənin fəthi zamanı üç günlüyünə mütə nikahını əmr etdi, sonra isə onu qadağan etdi. Ondan əvvəl və ondan sonra heç kəslə mütə nikahına halallıq vermədi". Eləcə də Zeydiyyə məzhəbinin ilk fəqih və hədis alimlərindən Əhməd ibn İsa, Məhəmməd ibn Mənsur və əl-Hadi də mütə nikahının haram olması haqqında həmfikirdirlər. Əli vasitəsilə mütənin qadağan edildiyini nəql edən əl-Hadi, Əhli-Beyt imamlarının mütəni icazəli saymadıqlarını, sonradan zühur edən azğın insanların Əhli-Beytin adından yalan uyduraraq bu nikahı icazəli etdiklərini bildirir. Öz babası Qasım ər-Rəsidən mütə nikahının Quran və sünnəyə zidd olduğunu və bu izdivacla haramların halal edildiyini nəql edən əl-Hadi, mütə məsələsində cəfəriləri tənqid də etmişdir. Əl-Hadi, İmamiyyə şiələrinin mütə nikahını halal hesab etməklə, Allahın hökmlərini rədd edərək bu hökmlərə müqavimət göstərdiklərini və insanın qoyduğu şərtin Allahın qoyduğu şərtdən daha zəruri olduğunu dediklərini bildirir.
İsmaililikdə mütə İsmailiyyə məzhəbinin banisi hesab olunan Qazı Numan mütə nikahını peyğəmbər tərəfindən qadağan edildiyini bildirir. Mütənin qadağan olduğunu qeyd edən Qazı Numan, aşağıdakı hədisi nəql edir:
Mütənin haram olduğunu bəyan edən ismaililər aşağıdakı rəvayəti dəlil olaraq gətirirlər:
Qazı Numan Quranda mütə nikahının batil olduğunu bildirən ayələrin də olduğunu qeyd edir və bu məsələyə dair dəlil kimi Muminun surəsinin 5–7 ayələrini zikir edir.
Digər məzhəblərdə mütə Nuseyrilikdə, İbadilikdə, Ələvilikdə, Sələfilikdə və Anadolu ələviliyində mütə qadağandır. Zahirilikdə də qadağan olan mütə haqqında zahirilərin imamı İbn Həzm bunları deyir:
Mütə ilə Nikah arasındakı fərqlər Mütə ilə nikah arasında 26 ədəd fərq vardır: SiğəAdət-ənənə ilə edilən nikah (qeyri-rəsmi)Boşanma niyyəti ilə bağlanan nikahŞəriət nikahıFərqlər№Müddət qoyulur hətta bir dəfə cinsi əlaqəyə girməklə də müəyyən edilə bilər.
Zurara rəvayət edir ki, bir dəfə İmamdan soruşdum: Kişi qadınla qısa müddətə siğə edə bilərmi? O dedi: "Xeyir, lakin bir və ya iki dəfə cinsi əlaqəyə girməklə və yaxud bir-iki günlük siğə edə bilər"MüddətsizMüddətsizMüddətsizMüddət1Boşanma yoxdur.
Əbu Cəfərdən rəvayət olunur ki, o demişdir: "Siğə edilən qadınla boşanma olmur."Boşanma varBoşanma varBoşanma varTalaq (boşanma)2Vəlinin olması şərt deyil.
Əbu Abdullah demişdir: "Bakirə qızın razılığı varsa atasının izni olmadan evlənə (siğə edə) bilər."Vəlinin olması şərtdirVəlinin olması şərtdirVəlinin olması şərtdirVəli (qız atasının və ya qardaşının izni)31000-ə qədər icazəlidir.
Əbu Abdullah demişdir: "İstəsən onlardan (qadınlardan) mini ilə siğə et, həqiqətən onlar icarəyə götürülmüş qadınlardır."Dörddən artıq olmazDörddən artıq olmazDörddən artıq olmazZövcələrin sayı4Şahidlərin olması şərt deyil.
Əbu Abdullah demişdir: "Onlarla (qadınlarla) istədiyin kimi vəli (ata və ya qardaşın izni) və şahidlər olmadan siğə edə bilərsən."Şahidlərin olması şərtdirŞahidlərin olması şərtdirŞahidlərin olması şərtdirŞahidlərin olması5Evlilik sayılmır.
Musa əl-Kazımdan soruşdular: "Yanında siğə etdiyi qadın olan kişi evli sayılırmı?" O dedi: "Evlilik daimi yanında olana aiddir."Evlilik sayılırEvlilik sayılırEvlilik sayılırEvlilik sayılması6Təsdiqlənmir.
Musa ibn Cəfərdən soruşdular: "Qadın sübutsuz-dəlilsiz siğə edilə bilərmi?" O dedi: "Əgər hər ikisi müsəlman və etibarlıdırlarsa olar."Dövlət tərəfindən təsdiqlənmirTəsdiqlənirTəsdiqlənirTəsdiqlənməsi7Davamiyyətli deyil.
Çünki müvəqqətidir.DavamiyyətlidirDavamiyyətli deyilDavamiyyətlidirDavamiyyətli olması8Qadın evlə təmin olunmur.
Bu səbəbdən bir cinsi əlaqə üçün də siğə etmək olar.Qadın evlə təmin olunurQadın evlə təmin olunurQadın evlə təmin olunurQadının evlə təmin olunması9Arvadlarla onlar arasında ədalətli olmaq şərt deyil.
Çünki siğə edilmiş qadın icarəyə götürülmüş qadındır, heç bir haqqı yoxdur.Arvadlar arasında ədalətli olmaq şərtdirArvadlar arasında ədalətli olmaq şərtdirArvadlar arasında ədalətli olmaq şərtdirƏdalətli rəftar etmək10Ailə qurmaq məqsədi güdülmür.
Çünki siğə etməkdə məqsəd nikah adı ilə cinsi ehtirası ödəməkdir.Ailə qurmaq məqsədi güdürAilə qurmaq məqsədi güdülmürAilə qurmaq məqsədi güdürAilə qurulması11Muzd haqqı verilir.
Əbu Abdullah deyir: "Həqiqətən onlar (siğə edilən qadınlar) icarəyə götürülmüş qadınlardır."Mehr vermək vacibdirMehr vermək vacibdirMehr vermək vacibdirMehr12Cinsi əlaqədə iştirak etməsə ona müəyyən edilmiş haqqdan kəsilir. Haqqı yubadılır.
Əbu Abdullah demişdir: "Heyz günləri istisna olmaqla qadın kişinin haqqını ödəməyənə qədər siğə haqqı gecikdirilir (əskildilir)."Nikah bağlanmaqla mehr qadının haqqı olurNikah bağlanmaqla mehr qadının haqqı olurNikah bağlanmaqla mehr qadının haqqı olurMehr haqqı13Ayrıldıqda qadının iddə (gözləmə) müddəti bitənə qədər xərcləri ödənilmir.
Əbu Abdullah demişdir: "Siğəlik qadının iddə (gözləmə) müddəti ərzində ona heç bir xərc çəkilmir."Boşandıqda qadının iddə (gözləmə) müddəti bitənə qədər xərcləri ödənilirBoşandıqda qadının iddə (gözləmə) müddəti bitənə qədər xərcləri ödənilirBoşandıqda qadının iddə (gözləmə) müddəti bitənə qədər xərcləri ödənilirİddə (gözləmə) müddətində xərclərin ödənməsi14Ayrıldıqdan sonra iddə (gözləmə) müddəti iki heyz və ya 45 gündür.
Əbu Cəfər demişdir: "Siğəlik qadının iddə (gözləmə) müddəti 45 gün və ya iki heyzdir."Boşandıqdan sonra iddə (gözləmə) müddəti üç heyz və ya üç aydırBoşandıqdan sonra iddə (gözləmə) müddəti üç heyz və ya üç aydırBoşandıqdan sonra iddə (gözləmə) müddəti üç heyz və ya üç aydırBoşandıqdan sonra iddə (gözləmə) müddəti15Siğə olunduğu kişi ölsə iddə (gözləmə) müddətini gözləmir.
Əbu Abdullah siğə edilmiş qadın barədə demişdir: "(Siğə edilən qadın) iddə gözləmir."Əri öldükdə iddə (gözləmə) müddətini başa vururƏri öldükdə iddə (gözləmə) müddətini başa vururƏri öldükdə iddə (gözləmə) müddətini başa vururƏri ölmüş qadının iddə (gözləmə) müddəti16Üç dəfə boşanmış qadını siğə birinci ərinə halal etmir.
əl-Baqirdən soruşurlar: Bir kişi arvadını üç dəfə boşayır, sonra başqa bir kişi o qadınla siğə edirsə bu qadln birinci ərinə halal olurmu? O: "Xeyir"- deyə cavab verir.Üç dəfə boşanmış qadını birinci ərinə hala edirÜç dəfə doşanmış qadını birinci ərinə hala edirÜç dəfə boşanmış qadını birinci ərinə hala edir(Üç dəfə) Boşanmış qadının ərinə halal olması17Heç biri digərinin mirasına sahib olmur.
Əbu Cəfər demişdir: "Siğəlik qadın (kişi ölərsə) miras əldə etmir."(Ər-arvaddan hər hansı biri öldükdə) biri digərinin mirasına sahib olur(Ər-arvaddan hər hansı biri öldükdə) biri digərinin mirasına sahib olur(Ər-arvaddan hər hansı biri öldükdə) biri digərinin mirasına sahib olurMirasa sahib olma18Qadının dini şərt deyil, hətta məcusi (atəşpərəst) qadınla da olar.
Əbu Abdullah demişdir: "Kişinin məcusi (atəşpərəst) qadınla siğə etməsində heç bir maneə yoxdur."Yalnız müsəlman və ya kitab əhlindən olan qadınla bağlanırYalnız müsəlman və ya kitab əhlindən olan qadınla bağlanırYalnız müsəlman və ya kitab əhlindən olan qadınla bağlanırQadının dini inancı19Qadının ərdə olmamasını əminliklə bilmək şərt deyil.
Meysər deyir: Əbu Abdullaha dedim: "Heç kəsin olmadığı səhrada bir qadınla rastlaşıram və ona: "Ərin varmı?"-deyə soruşuram. O da: "Xeyir"- deyirsə (bu qadınla siğə edə bilərəmmi)? O dedi: "Bəli, o özü-özünün doğru söylədiyini bildirdi."Kişi qadının ərdə olmamasını əminliklə bilməyənə qədər onunla evlənmirKişi qadının ərdə olmamasını əminliklə bilməyənə qədər onunla evlənmirKişi qadının ərdə olmamasını əminliklə bilməyənə qədər onunla evlənmirQadına aid şərtlər20Zinakar qadınla siğə edə bilər.