Antonio Karlos Brazileyro de Almeyda Jobim (, Tom Jobim kimi də tanınır; 25 yanvar 1927, Rio-de-Janeyro, Braziliya – 8 dekabr 1994, Nyu-York, ABŞ) — Braziliyalı bəstəkar, aranjmançı, müğənni, şair, piano və gitara ifaçısı. Bossa-nova musiqi stilinin ortaya çıxmasında əsas rolu olan şəxslərdən biri. Onun mahnıları Braziliyanın və dünyanın bir çox məşhur müğənniləri, o cümlədən Astrud Gilberto, Stan Getz, Frenk Sinatra, Endi Vilyams tərəfindən ifa edilmişdir.

Bütün dövrlərin ən çox ifa edilən mahnılarından sayılan "İpanemadan olan qız" (, ) mahnısının bəstəkarı kimi tanınan Antonio Jobimin bir çox mahnıları hazırda standard caz və pop repertuarlarına daxildir.

Jobimin ingilisdilli ölkələrdə tanınmasında onun 1960-cı illərdə ABŞ caz saksofonçusu Stan Getz, Joao Gilberto və onun xanımı Astrud Gilberto ilə birgə fəaliyyəti mühüm rol oynamışdır. Bu fəaliyyətin nəticəsində 2 albom — "Getz/Gilberto" (1963) və "Getz/Gilberto Vol. 2" (1964) ortaya çıxdı.

"Getz/Gilberto" albomu ABŞ-də bossa-nova çılğınlığına səbəb oldu, bu musiqi stili ABŞ-nin ardınca bütün dünyada geniş populyarlıq qazandı. Getz daha əvvəl Çarli Bördlə "Jazz Samba" (1962) və Luiz Bonfa ilə "Jazz Samba Encore!" (1964) albomlarını yazdırmışdı. Jobim ən çox satılan caz albomlarından sayılan "Getz/Gilberto" albomundakı bir çox mahnıların bəstəkarı idi və albomdakı "The Girl from Ipanema" və "Corcovado" mahnılarını ifa edən Astrud Gilberto musiqi dünyasında sensasiya yaratmışdı. 1965-ci il Qremmi mükafatının təqdimetmə mərasimində "Getz/Gilberto" albomu "İlin albomu", "Ən yaxşı caz-instrumental albomu" və "Ən yaxşı səs keyfiyyətinə malik qeyri-klassik albom" nominasiyalarında Qremmi mükafatına layiq görüldü. "The Girl from Ipanema" mahnısı isə "İlin mahnısı" elan edildi.

Antonio Jobim keçirdiyi cərrahiyə əməliyyatından sonrakı ağırlaşmalar nəticəsində baş verən ürək dayanması nəticəsində 1994-cü il 8 dekabrda Nyu-Yorkun "Maunt Sinay" xəstəxanasında vəfat etmiş, 20 dekabr 1994-cü ildə Rio-de-Janeyroda Sao-Joao Batista qəbiristanlığında dəfn edilmişdir.

Diskoqrafiyası 250px|right|thumb|Tom Jobim və Chico Buarque Beynəlxalq Şarkı Festivalı (FIC) 1968 Studiya albomları 1963: The Composer of Desafinado, Plays 1965: The Wonderful World of Antonio Carlos Jobim 1967: Wave 1967: A Certain Mr. Jobim 1970: Stone Flower 1970: Tide 1972: Look to the Sky 1973: Matita Perê 1973: Jobim 1974: Elis & Tom (Elis Recina ilə) 1976: Urubu 1977: Miúcha & Antonio Carlos Jobim – Vol. 1 (Miuça ilə) 1979: Miúcha & Antonio Carlos Jobim – Vol. 2 (Miuça ilə) 1980: Terra Brasilis 1981: Edu & Tom (Edu Lobo ilə) 1987: Passarim 1987: Inédito 1989: Echoes of Rio 1994: Miúcha e Tom Jobim (Miuça ilə) 1994: Antonio Brasileiro 1998: Tom Jobim 2000: Dwee Do Da Bop

Kompilyasiyalar 1999: The Best of Tom Jobim 2000: The Tom Jobim Sessions (müxtəlif sənətçilərlə autteyklər) 2002: The Outtakes (solo ifaçı kimi autteyklər) 2006: Sinatra-Jobim (Frenk Sinatra ilə autteyklər) 2009: The Complete Tom Jobim (boks-set)

Canlı albomlar 1977: Gravado ao vivo no Canecão (Vinisius, Tokvinyo, Miuça ilə) 1986: Jazzvisions: Rio Revisited (Gel Kosta ilə) 1993: Antonio Carlos Jobim and Friends (Co Henderson, Şirli Horn, Con Hendriks, Herbi Henkok, Qonzalo Rubalkaba ilə) 2001: Tom Canta Vinicius: Ao Vivo (1990) 2004: Em Minas Ao Vivo: Piano e Voz (1981) 2015: Um encontro no Au bon gourmet (1962)

Saundtreklər 1959: Black Orpheus 1970: The Adventurers 1983: Gabriela, Cravo e Canela 1986: Moments of Play

Birgə albomlar 1958: Canção do Amor Demais – Elizet Kardozo 1959: Amor de gente moça – Silvia Telles 1959: Chega de Saudade – Joao Gilberto 1959: Por tôda a minha vida – Lenita Bruno 1960: O Amor, o Sorriso e a Flor – Joao Gilberto 1965: The Swinger from Rio – Serjio Mendes 1966: Love, Strings and Jobim

Stan Getzlə birgə 1962: Jazz Samba 1963: Getz/Gilberto 1963: Jazz Samba Encore! 1964: Getz/Gilberto Vol. 2 2007: Greatest Hits

Frenk Sinatra ilə birgə 1967: Francis Albert Sinatra & Antonio Carlos Jobim 1971: Sinatra & Company 1979: Sinatra-Jobim Sessions 1994: Duets II

Kompozisiyalar "A Felicidade" "Agua de Beber" "As Praias Desertas" "Águas de Março/Waters of March "Chega de Saudade/(No More Blues)" "Corcovado/Quiet Nights of Quiet Stars" "Desafinado/Slightly Out of Tune" "Dindi" "Favela" "Garota de Ipanema/The Girl From Ipanema" "Insensatez/How Insensitive" "Inútil Paisagem/If You Never Come to Me" "Look to the Sky" "Meditação/Meditation" "O Amor Em Paz/Once I Loved" "Passarim" "Sabia" "Samba de Uma Nota Só/One Note Samba" "So Danço Samba" "Só Tinha De Ser Com Você" "Se Todos Fossem Iguais A Você/Someone to Light Up My Life" "Triste" "Vivo Sonhando/Dreamer" "Wave/Vou te Contar"

Konsert filmləri 2002: Antonio Carlos Jobim: An All-Star Tribute (Co Henderson, Şirli Horn, Con Hendriks, Herbi Henkok, Qonzalo Rubalkaba ilə) 2007: Antonio Carlos Jobim In Concert 2007: Live at Montreal Jazz Festival 2009: Tom Jobim: The Waters of March;

İstinadlar

Xarici keçidlər Nos Bastidores do legendario concerto da bossa nova no Carnegie Hall in 1962 Jobim Guitar Tab Archives & Song Lyrics Page Antônio Carlos Jobim page at The Brazilian Sound Antônio Carlos Jobim at Find-A-Grave Interview, 1988 Antônio Carlos Jobim: Clube do Tom Remembering Antonio Carlos Jobim Tribute to Tom Jobim Website

Kateqoriya:Braziliya bəstəkarları Kateqoriya:Braziliya müğənniləri Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Braziliyada doğulanlar Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XX əsr pianoçuları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Musiqi