Bolivarianizm () — Cənubi Amerika müstəmləkələrinin İspaniyadan azad olması uğrunda mübarizəsinin başçısı Simon Bolivarın adına uyğun adlandırılmış siyasi hərəkat. Hərəkat qarşısına Latın Amerikası ölkələrini xəlqi-demokratik və antikapitalist dəyərləri (demokratik sosializm) əsas götürərək bir dövlətdə birləşdirməyi məqsəd qoyub. Hərəkatın əsas ideoloqu Venesuelanın prezidenti Uqo Çaves hesab edilir.
Demokratik sosializm ideologiyasının əsas prinsipləri aşağıdakılardan ibarətdir: antiimperializm (ABŞ-nin və Amerika korporasiyalarının qlobal təzyiqlərinə qarşı mübarizə, iqtisadi müstəqilliyin bərqərar olması); birbaşa demokratiya (bütün qərarların referendumlar və ya xalqın iradəsini əks etdirən digər vasitələr əsasında qəbul edildiyi idarəetmə forması); iqtisadi özünüdolandırma; korrupsiya ilə mübarizə; xalqın rifahı naminə təbii ehtiyatlardan ədalətli istifadə.
Kateqoriya:Siyasi hərəkatlar Kateqoriya:Siyasi ideologiyalar Kateqoriya:Antiimperializm Kateqoriya:Bolivarçı inqilab Kateqoriya:Eponim siyasi ideologiyalar