Ədən (ərəb. عدن) — keçmişdə Yəmənin paytaxtı olmuşdu.
Yəmənin cənubunda yerləşən liman şəhəri və ölkənin iqtisadi mərkəzi. Yəmən Respublikasının konstitusiyasına görə iqtisadi və ticarət paytaxtı hesab olunur. 2015-ci ildən etibarən Yəməndə davam edən vətəndaş müharibəsi səbəbindən Səna şəhəri husilərin nəzarətində olduğu üçün Aden beynəlxalq səviyyədə tanınan hökumətin müvəqqəti paytaxtı funksiyasını yerinə yetirir.
Şəhər Qırmızı dənizin cənub girişində, Bab əl-Məndəb boğazının yaxınlığında yerləşməsi səbəbindən tarixi boyu böyük strateji əhəmiyyətə malik olmuşdur.
Tarixi Ədənə və Əsənə adı ilə antik dövrlərdən məlumdur.
1839-cu ildə Böyük Britaniyanın müstəmləkəsi olmuşdu.
İstinadlar
Kateqoriya:Yəmən coğrafiyası Kateqoriya:Yəmən şəhərləri Kateqoriya:Asiyanın liman şəhərləri Kateqoriya:Ədən körfəzi Kateqoriya:Asiya dövlətlərinin paytaxtları