Qriqori Zaxaroviç Yeliseyev (, ) — Rusiya jurnalisti, publisisti.

Həyatı O, "Sovremennik" jurnalında çalışmışdı. "Sovremennik" – 1836-66-cı illərdə Peterburqda işıq üzü görən ictimai-siyasi və ədəbi jurnal. 1843-cü ilə qədər ildə 4 dəfə, sonra isə hər ay çıxıb. Jurnalda şeir, nəsr, tənqidi məqalə, tarixi, etnoqrafik və s. dərc olunub.

Jurnalın təsisçisi A.S. Puşkin olub. İşləmək üçün cəlb olunanlar arasında Qoqol, Vyazemski, Odoevski və başqa imzalar olub. Puşkinin vəfatından sonra jurnal tənəzzülə uğradı, 1838-ci ildən onu nəşr edən P.A. Pletnyov 1847-ci ildə "Sovremennik"i N.A. Nekrasov və İ.İ. Panevə verdi.

Nekrasov "Sovremennik"ə Turgenev, Qonçarov, Qertsen və Oqaryovu cəlb etməyi bacardı. Ç. Dikkensin, J. Sandın və başqa Avropa yazıçılarının tərcümələri jurnalda yer aldı. 1847-48-ci illərdə rəsmi redaktor A.V. Nikitenko, ideoloji rəhbər V.Q. Belinski oldular.

İstinadlar

Kateqoriya:Rusiya publisistləri Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:Rusiya imperiyası jurnalistləri Kateqoriya:Jurnal redaktorları Kateqoriya:Qəzet redaktorları