Boris Nikolayeviç Polevoy (1908-1981) - rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı. Böyük Vətən müharibəsi haqqında yazdığı əsərləri (“Əsl insan dastanı”) və gündəlikləri ona şöhrət qazandırmışdır. SSRİ Dövlət mükafatı laureatı.

Həyatı

Rus yazıçısı Boris Nikolayeviç Polevoy 1908-ci il martın 17-də Moskvada anadan olmuşdur. 1940-cı ildən Sov.İKP-nin üzvü, Böyük Vətən müharibəsində “Pravda”nın hərbi müxbiri olmuşdur. “Bit basmış adamın xatirələri” (1927), ”İsti sex”(1939) povestlərinin müəllifidir.

1946-cı ildə yazdığı A.P.Meresyevdən bəhs edən “Əsil insan dastanı” romanı məşhurdur. 1948-ci ildə çap olunan “Biz sovet adamlarıyıq” hekayə və oçerklər kitabı, 1949-50-ci illərdə yazdığı “Qızıl”, 1962-ci ildə yazdığı “Çılpaq sahildə”, 1966-cı ildə yazdığı “Həkim Vera” romanları müharibə və dinc quruculuq mövzularındadır. Polevoyun bir sıra əsəri ekranlaşdırılmış, S.Prokofyev “Əsil insan dastanı” romanı əsasında eyni adlı opera bəstələmişdir.

Yazıçı 12 iyun 1981-ci ildə Moskva şəhərində vəfat etmişdir.

Mükafatları

Boris Polevoy 1959-cu ildə Beynəlxalq Sülh mükafatına, 1974-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Üç dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni, 2 Qırmızı Bayraq ordeni, başqa orden və medallarla, 2 dəfə Qızıl Sülh medalı, habelə bir sıra xarici ölkələrin orden və medalları ilə təltif edilmişdir.

Onun ölümündən sonra 1982-ci ildə adına ədəbi mükafat təsis edilmişdir.

Xarici keçidlər «Повесть о настоящем человеке» (www.lib.ru) «Золото» (www.lib.ru) «Полевой Б. Н. До Берлина — 896 километров (третья книга мемуаров)» (militera.lib.ru) Могила писателя

İstinadlar

Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:RSFSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ-Finlandiya müharibəsi (1939-1940) iştirakçıları Kateqoriya:XX əsr Rusiya yazıçıları