Taras Qriqoryeviç Şevçenko (; ) — Ukrayna şairi, yazıçısı, rəssamı.

Həyatı Ukrayna şairi, rəssam, mütəfəkkir, inqilabçı-demokrat, Ukrayna ədəbiyyatı və təsviri sənətində tənqidi realizmin və inqilabi-demokratik cərəyanın banisi, T. Şevçenko 9 mart 1814-cü ildə təhkimli kəndli ailəsində doğulmuşdur. İlk təhsilini kənd keşişindən almış, 1831-ci ildə sahibi ilə Peterburq şəhərinə gəlmişdir.

İlk kitabı "Kovzar" 1840-cı ildə nəşr olunmuşdur. "Kor qadın", (1842), "Muzdur qadın", (1845), "Marina" (1848) və s. romanlarında, "Taras gecəsi" (1838) tarixi poemasında Şevçenko milli azadlıq mübarizəsinə toxunmuşdur.

Əsərləri Ukrayna ədəbiyyatında siyasi lirika və satira janrlarının inkişafında mühüm rol oynamışdır. 1847-ci ildə xəyanət nəticəsində həbs edilmiş, Orsk qalasına sürgün edilmişdir. 10 il (1847–1857) sürgündə qalan Şevçenko yalnız I Nikolayın ölümündən sonra azad edilmişdir. Sürgün illərində rus dilində avtobioqrafik səciyyəli "Çalğıçı" (1854–1855), "Bədbəxt", "Kapitan arvadı", "Əkizlər", "Rəssam" (1856) və s. realist povestlərini yazmışdır.

Ukrayna ədəbiyyatının inkişafında Şevçenkonun müstəsna xidmətləri olmuşdur. Əsərləri dünya xalqları dillərinə tərcümə edilmişdir.

Taras Şevçenko rəssam kimi də məşhurdur. O, 1838–1845-ci illərdə Peterburq Rəssamlıq Akademiyasında oxumuş, K. P. Brullovdan dərs almışdır.

Realist meyillər Şevçenkonun erkən yaradıcılığında meydana gəlmiş, sürgündə yaratdığı rəsmlərində kəskin ifşaedici qüvvə kəsb etmişdir.

Sürgündən qayıtdıqdan sonra Şevçenko çoxlu qravyüralar yaratmış, 1860-cı ildə mis üzərində qravürlərinə görə akademik adı almışdır. Şevçenkonun "Çimən Virsaviya" (1860) əsəri R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.

1861-ci ilin mayında Şevçenkonun vəsiyyətinə görə Kaver yaxınlığında, Dnepr sahilindəki Çerneçyada dəfn edilmişdir.

Xatirəsi SSRİ-də Şevçenko adına Respublika Mükafatı təsis edilmişdir.

Bakıda adına küçə və məktəb vardır. Həmçinin Nəsimi rayonunda, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində ukraynalı heykəltəraş İqor Qreçanikin müəllifi olduğu, 3,5 metr hündürlüyündə bürünc Taras Şevçenko abidəsi yerləşir və abidənin yerləşdiyi meydana onun adı verilib.

İstinadlar

Kateqoriya:Ukrayna ədəbiyyatı Kateqoriya:Ukrayna şairləri Kateqoriya:Ukrayna rəssamları Kateqoriya:Ukrayna yazıçıları Kateqoriya:Taras Şevçenko Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:Rusiya imperiyası rəssamları Kateqoriya:Rusiya imperiyası etnoqrafları Kateqoriya:XIX əsr şairləri Kateqoriya:İncəsənət filosofları Kateqoriya:Rusiya rəssamları Kateqoriya:Ukraynalı yazıçılar