Emmanuel () – 1974-cü ildə çəkilmiş fransız erotik filmidir. Film fransız yazarı Emmanuel Arsanın eyni adlı romanı əsasında çəkilmişdir.
Məzmun Hadisələr Banqkokda baş verir. Emmanuel adlı cavan qız əri Jan ilə Tailanda dincəlməyə gəlir. Emmanuel dərin məhəbbət hissləri keçirmək üçün başqaları ilə görüşmək istəyir. Lakin yaşca ondan böyük olan əri isə ona icazə vermir. Onun Mario ilə tanışlığı məhəbbətə qarşı hisslərini tamamilə dəyişdirir...
Rollarda Ad Rol Silviya Kristel EmmanuelAlen Küni MarioMarika Qrin BiJanna Kolleten ArianaKristin Buasson Mari-Anj
Digər ölkələrdə Filmin davam etmə müddəti 110 dəqiqədir. Bəzi ölkələrdə filmin bir çox hissələri qısaldılmışdır. Cənubi Koreyada filmin davam etmə müddəti 85 dəqiqədir. Keçmiş SSRİ-də bu filmin yayılması qadağan edilmişdir. Lakin bu qadağaya baxmayaraq daha da çox yayılmışdır.
Xarici keçidlər
Kateqoriya:Erotik filmlər Kateqoriya:Fransa filmləri Kateqoriya:1974-cü ilin filmləri Kateqoriya:LGBT mövzulu Fransa filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:Tailand haqqında filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:Biseksual filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Dramlar Kateqoriya:Fransız romanlarının ekranlaşdırılması