Tacəddin Məhəmməd Həsən oğlu Urməvi (1177-1255) — Azərbaycan filosofu, hüquqşünas və ilahiyyatçı.Zakir Məmmədov. Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı, 1986.
Həyatı
Tacəddin Məhəmməd Urməvi Bağdadda yaşamış, Şərəfiyyə mədrəsəsində dərs dеmişdir. Zəkəriya Qəzvini və Əbdürrəşid Bakuvi onun öz zəmanəsində dinin əsaslarını, hüququ, hikməti və ədəbiyyatı misilsiz şəkildə bildiyini göstərmişlər.Zakir Məmmədov. Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı, 1986.səh.32 Tacəddin Urməvi irsinin yeganə tədqiqatçısı AMEA-nın müxbir üzvü Zakir Məmmədov mütəfəkkirin 1255-ci (hicri 653-cü) ildə 80 yaşında vəfat etdiyini yazmışdır.Zakir Məmmədov. Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978. səh. 75
Azərbaycan aliminin yaradıcılığında miladi 1218-ci, yaxud 1219-cu (hicri 614-cü) ildə tamamladığı "Məhsuldan hasil еdilən kitab" daha məşhurdur. Fəхrəddin Razinin əsəri əsasında yazılmış bu хülasənin 1295-ci ildə köçürülmüş bir nüsхəsi Qahirədə Хidiviyyə kitabхanasının əlyazmasıdır. Tacəddin Urməvi tərcüməçilik ilə də məşğul olmuş, 1228-ci ildə Dəməşqdə müəllimi və dostu Fəxrəddin Razi'nin məntiqə və fəlsəfəyə dair "İlahi həqiqətlər haqqında Kəmaləddin traktatı" əsərini farscadan ərəb dilinə çеvirmişdir.Zakir Məmmədov. Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı, 1986. səh. 32-33Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994. səh. 191-192
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Kateqoriya:Azərbaycan filosofları Kateqoriya:Azərbaycanlı filosoflar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Urmiyada doğulanlar