Baybican bəg — dastanda işlənən antroponimlərdən biri. III boyda işlədilən "Baybican" Dəli Qarçar və Banıçiçəyin atasıdır.
"HA-da "Baybecan", Er-də "Pay Piçen", D və V-də "Baybican" variantındadır.S. Əlizadə. "Nüsxə fərqləri və şərhlər" "Kitabi-Dədə Qorqyd", Bаkı, 1988, s.235 Ş. Xətai dövründə yaşamış "Becan",А. Paşa. Azərbaycan şəxs adları. Bаkı, 1990, s.25 "Abbas və Gülgəz" dastanındakı "Becan" müasir Azərbaycan antroponimləri sistemindəki "Becan", Azərbaycan toponimləri sistemindəki "Bico//Bicoy (Ağsu), "Biçənək" (Şahbuz) adları "Kitabi-Dədə Qorqud"dakı "Baybican" antroponimi ilə səsləşir. Bu sistemə Cənubi Azərbaycan ərazisindəki "Baybecan" və Borçalıdakı "Bejanoğuzaran" toponimlərini də əlavə etmək olar.H. Məmmədli. Dədəm Qorqyd gəzən yerdi by yerlər. Bаkı, 1999, s.277
Qədim türk dilində hökmdar, rəhbər, knyaz və s. mənalarda olan, müasir ədəbi dilimizdə isə rəsmi və qeyri-rəsmi müraciət forması kimi işlədilməyə başlayan bəy (bəg) titulu "Baybican bəg" antroponimık vahidində həm titul, həm də mürəkkəb quruluşlu adın I komponenti kimi iştirak etmişdir. S. Əlizadə göstərir ki, "Baybican" Bay Bıçan (Biçən) şəklində təsəvvür edilməlidir.S. Əlizadə. "Kitabi-Dədə Qorqyd" antroponimiyasının etimoloji əsasları. Azərbaycan onomastiкası problemləri, I, Bаkı, 1986, s.29 Bu isə, yəni "Baybican" adındakı Bıçan//Biçən "peçeneq" etnonimini xatırladır. "Peçeneq" Heredotda pavsik (pavçik), Strabonda pasian (paçian), Ptolemeydə bastarna (baçtarna) şəklindədir.3Г. Гейбуллаев. "К этногенезу азербайджанцев", Баку, "Элм", 1991, с259 Həmin etnonimə "Kartlis Tsxovreba"da V əsrədək təsadüf edilən türk etnonimləri sırasında "paçLanikLni", toponimləri sırasında isə "paçLanikLeti" şəklində rast gəlinir.Əliyeva. "Кartlis Tsxovreba"da (Gürcüstan salnaməsi) bəzi türk mənşəli adlar haqqında. Azərbaycan onomastiка problemləri, III, Bаkı, 1990, s.126
Ə. Dəmirçizadə bir sıra türk tayfalarının IX əsrdəki vəziyyətlərini izah edərkən "becənək" tayfasının da adını çəkir: "…xəzərlərin Xəzər dənizinin şimalında Volqaboyunda və şimal-qərbində məğlub edilmələri nəticəsində, Orta Asiyanın Şimal hissəsindən bir çox türkdilli tayfalar, xüsusən, "quman", "becənek", "suvar", "qıpçaq" və s. köçüb gələrək, əvvəllər Volqaboyundan ta Dərbənd səddinə qədər uzanan torpaqlarda, sonralar isə bunlardan bəziləri daha aşağılarda, yəni Aranda, Azərbaycanda məskən salmışlar".Ə. Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. Bаkı, 1979, s.51
İstinadlar
Həmçinin bax Kitabi-Dədə Qorqud
Kateqoriya:Dədə Qorqud Kateqoriya:Türk mifologiyası