Georgi Poltavçenko () — Sankt-Peterburqun qubernatoru (2011–2018).
Həyatı Georgi Sergeyeviç Poltavçenko 23 fevral 1953-cü ildə Bakıda hərbi dənizçi ailəsində anadan olub. 7 yaşında ikən ailəsi ilə birlikdə Leninqrada köçüb. Buna səbəb Nikita Xruşşovun təşəbbüsü ilə Sovet ordusunda aparılan ixtisarlar nəticəsində Sergey Poltavçenkonun işsiz qalması olub.
1976-cı ildə Leninqradda ali təhsili başa vuran Poltavçenko öncə yerli hərbi müəssisələrdə çalışıb, daha sonra isə Dövlət Təhlükəsizlik Komitəsində işə qəbul olunub və uzun illər bu sistemdə çalışıb.
Yeni təyinatından öncə Poltavçenko Rusiya prezideninin Mərkəzi Federal Dairədə səlahiyyətli nümayəndəsi olub. Rusiya mətbuatına görə, Poltavçenko hazırkı Rusiya rəhbərliyinin ən etibarlı şəxslərindən biridir.
İstinadlar
Xarici keçidlər Bakılı Georgi Poltavçenko Sankt-Peterburqun qubernatoru oldu Bakılı Georgi Poltavçenko Sankt-Peterburqun qubernatoru təyin olunub
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Sankt-Peterburq Kateqoriya:Rusiya generalları Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:SSRİ mühəndisləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Mərkəz Federal Dairəsi Kateqoriya:Azərbaycan mühacirləri