"Zənbur" jurnalı ( — arı) — 1909–1910-cu illərdə Bakıda nəşr olunan həftəlik ədəbi, ictimai satirik jurnal.ЗƏНБУР // Азәрбајҹан Совет Енсиклопедијасы. 10 ҹилддә. Баш редактор Ҹ.Б. Гулијев. IV ҹилд. сәһ. 316
Haqqında "Zənbur" türkcə müsəvvir həftəlik məzhəkə məcmuəsi idi. Jurnal "Molla Nəsrəddin" jurnalının satira ənənələrindən bəhrələnirdi. Jurnalın ilk nömrəsi 1909-cü il martın 13-də cümə günü işıq üzü görüb.
"Zənbur"un sahibi və naşiri həkim, yazıçı, ictimai xadim Mirzə Əbdülxalıq Axundov, birinci ildə 21-ci nömrəyədək məsul müdiri isə Rza bəy Səlimxanov olmuşdur. Jurnala ilin yarısında 22-ci nömrədən sonra Əzim Əzimzadə müdirlik etmişdir. O, həmçinin jurnalın əsas rəssamı idi. Birinci il "Zənbur" 42 nömrə nəşr edilmişdir. İkinci ildə birinci nömrədən etibarən "Zənbur"un müdiri Murtuza bəy Palavandov, naşiri isə həkim Əbdülxalıq Axundov olmuşdur. İyul ayının 25-dən 1910-cu ildən, "Zənbur"da (22-ci nömrədən) Əliabbas Müznib baş mühərrirliyi qəbul etmişdir. 1910-cu il oktyabrın 15-nə kimi 28 nömrəsi çıxmışdır.
Fəaliyyəti Jurnalın ilk nömrəsindəki "Aydınlıq" başlıqlı məqaləsində "Zənbur" hansı məramnamə ilə başlamışdı, onun nəşrində məqsəd nə idi?" sualına belə cavab verilir:
Jurnalda Azərbaycan teatrına, səhnə sənəti ustalarına, o cümlədən Ü.Hacıbəyova qarşı haqlı-haqsız hücumlar edilirdi. Ü.Hacıbəyov "Zənbur" jurnalı haqqında rəy yazmışdı:
O, həm də mətbuatda "Zənburçu"lara açıq məktubla çıxış etmişdir.
Əməkdaşlar Jurnalda Mirzə Ələkbər Sabir, Mirzə Mehdi Ələsgərzadə, Əli Nəzmi, Abbas Səhhət, Əliqulu Qəmküsar, Əliabbas Müznib, Səməd Mənsur, Əli Razi Şəmçizadə, Bayraməli Abbaszadə (Hammal), Hacı Qasım Səyyah və başqaları fəal iştirak etmişlər.
Həmçinin bax Şeypur (jurnal) Bəhlul (jurnal) Molla Nəsrəddin (jurnal) Azərbaycan (jurnal, 1906)
Mənbə
Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı,2007. səh.213. Vəliyev Akif Abdüləzim oğlu (Aşırlı). "Azərbaycan mətbuatı tarixi" (1875–1920), Bakı "Elm və Təhsil", 2009 – 130 səh. N.N.Zeynalov "Azərbaycan mətbuat tarixi", I hissə. Bakı, 1973, ADU-nun nəşriyyatı
İstinadlar
Xarici keçidlər Azərbaycan uşaq mətbuatı
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətində jurnallar Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:1909-cu ildə yarananlar Kateqoriya:Satirik jurnallar Kateqoriya:Mollanəsrəddinçi jurnallar
Kateqoriya:Satirik jurnallar