Biznesmen qısametrajlı sənədli filmi rejissor Aydın Dadaşov tərəfindən 1989-cu ildə çəkilmişdir. "Ay-Al" Müstəqil Studiyasında istehsal edilmişdir.
Məzmun Film varlanmış şəxsin həqiqət axtarışı yolunda müxtəlif dinləri qəbul etməsi və bunun nəticəsində mənəvi təcavüzə məruz qalması haqqında söhbət açır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 273
Film SSRİ-də ilk rəsmi milyonçu olan Cənnət Əliyev haqqındadır. Filmdəki kadrların hamısı realdır. Rejissor filmin qəhrəmanını 1985-1989-cu illər ərzində müşahidə etmiş və hadisələri kinolentə köçürmüşdür. Film boyu Cənnət Əliyev öz tərcümeyi-halını müxtəlif məkanlarda nəql edir.
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1989-cu ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Xarici keçid Filmi izlə
Kateqoriya:1989-cu ilin filmləri Kateqoriya:1989-cu ilin Azərbaycan filmləri