Qladiator ( latın sözü olan "qladius"dan götürülmüşdür, mənası qılınc oynadan adam deməkdir.Elliot, J. Gladiadores: La muerte como espectáculo. Historia y Vida.Nº452, str. 64-73) — Qədim Romada tamaşaçıları əyləndirmək üçün başqa bir qladiatorla, vəhşi heyvanlarla və ya cinayətkarlarla ölüncəyə qədər vuruşan döyüşçüdür. Bəzi qladiatorlar öz həyatlarını təhlükəyə ataraq könüllü döyüşə qatılırdılar. Ancaq qladiatorların əksəriyyətini qullar, əsirlər və cinayətkarlar təşkil edirdi.
Qladiator, yaxşı döyüşməsindən və ya ölməsindən asılı olmayaraq, Roma hərb etikasını nümayiş etdirməlidir. Bununla o alqış qazanır. Qiymətləndirmə tamaşaçılardan asılıdır. Bu yüksək də ola bilər, aşağı da.
Qladiator döyüşlərinin əsl mənşəyi mübahisəlidir. E.ə. III əsrdə Pun müharibələri dövründə bir yas ayini kimi keçirildiyi məlumdur, daha sonra Roma dünyasında siyasi və ictimai həyatın bir növünə çevrilmişdir. Oyunun kütlə tərəfindən sevilməsi oyunlara daha çox pullar xərclənməsinə gətirib çıxarırdı.
Oyun öz pik nöqtəsinə e.ə. I və eramızın II ikinci əsrləri arasında çatıb. Roma İmperiyasının böhran yaşadığı dövrdə belə oyun öz əhəmiyyətini qoruyub saxlamışdır. Xristian imperatorları qladiator döyüşlərini eramızın V əsrinədək mühafizə etmişlər. Bundan sonra qladiator oyunları rəsmi olaraq təşkil edilməyib.
Mənşə thumb|400px|Qladiator oyunlarını əks etdirən mozaika Eramızdan əvvəl I əsrdə tarixçi Dəməşqli Nikolas oyunun mənşəyinin etrusklardan gəldiyinə inanırdı. Bir nəsil sonra Roma tarixçisi Livi ilk qladiator mərasiminin kampaniyalılar tərəfindən e.ə. 310-cu ildə samnitlər üzərində qələbəni qeyd etmək üçün keçirildiyini yazmışdır. Eramızın VII əsrində Seviliyalı İsidor lanista (qladiatorların rəhbəri) sözünün etrusk dilində cəllad mənasını verən sözdən törədiyini sübut etdi.. Roma tarixçiləri qladiator oyunlarının kənardan gəlmə olduğunu (ən böyük ehtimal etrusklara verilir) qeyd etmişlər.
Ancaq bütün dəlillər Kampaniya mənşəyini təsdiqləyir.; Bilinən ən ilkin qladiator məktəbi (ludi) Kampaniyada yerləşmişdir.; . Kampaniyada yerləşən türbə freskalarında dəbilqə taxmış, nizəli və qalxanlı döyüşçülər təsvir edilmişdir. Bu freskalarla müqasiyədə etrusk türbə freskaları aşağı səviyyəlidir və daha sonrakı dövrlərdə çəkilmişdir.
Livi ilk Roma qladiator döyüşünün, Karfagenə qarşı olan I Pun müharibəsi, e.ə. 264-cü ildə keçirildiyini qeyd edib. Mal-qara bazarında Brut Peranın şərəfinə üç qladiator döyüşü keçirilib. Livinin hesablamaları erkən Roma qladiator döyüşlərinin matəm və qurbanlıq funksiyalarını əhatə edir və sonra qladiator tamaşasındakı teatr mədəniyyətini belə qeyd edir: möhtəşəm görünüşlü, yüksək səviyyədə silahlanmış və zirehlənmiş xain barbarlar Roma dəmiri və əzəməti ilə idarə edilirlər. Onun sadə romalıları səxavətli bir şəkildə əzəmətli hərbi qənimətləri İlahlara həsr edirlər. Onların müttəfiqləri olan Kampaniyanlar isə şam yeməyində əylənmək üçün qladiatorları tamaşaya qoyurlar. Bəzi qruplar və tayfalar da oyunçuların siyahısına qoşulurdu. Əksər qladiatorlar Romanın düşmənləri kimi silahlanır və zirehlənirdilər. Qladiator üçün ən uğurlu seçim əla şəkildə vuruşmaq və ya ölmək idi.
İnkişafı E.ə. 216-cı ildə Mark Emili Lepidin şərəfinə iyirmi iki cüt qladiatorla Roma Forumu adlanan yerdə üç günlük döyüş təşkil edilmişdir.. Welch is citing Livy, 23.30.15. The Aemilii Lepidii were one of the most important families in Rome at the time, and probably owned a gladiator school (ludus). On il sonra afrikalı Ssispion atası və əmisi üçün döyüş təşkil etdi.. Növbəti qeydə alınmış oyun e.ə. 183-cü ildə Publi Lisini Krasın yas mərasimində təşkil edilmişdir. Üç gün davam etmiş oyunda 120 qladiator iştirak etmişdir və xalqa pulsuz ət paylanmışdır.Livy, 39.46.2. E.ə. 105-ci ildə konsullar barbar döyüşlərinin dövlət tərəfindən dəstəklənməsini təşkil etdilər. Bundan sonra bu geniş yayıldı. Ludi (dövlət oyunları) yüksək elita tərəfindən maliyələşirdi və Yuputer kimi allahlara həsr edilirdi..
Pik nöqtəsi thumb|left|Rəqibini məğlub etmiş qladiator (1872-ci ildə Jan Leon tərəfindən çəklimiş şəkil) Sonuncu Respublikanın son illərinə qədər, qladiator oyunları özünə tam dəstək tapa bildi. Qladiatorlar məşqçilər və sahibləri üçün bir biznes sahəsi idi.; . Səs toplamaq üçün siyasətçilər bu növ oyunlardan da istifadə edirdilər.; . Approximately 12% of Rome's adult male population could actually vote.
Qladiator sahibliyi və qladiator məktəbləri Roma siyasətinin təməl daşına çevrilməyə başlamışdı. E.Ə. 65-ci ildə Yuli Sezar iyirmi il qabaq ölmüş atasının şərəfinə qladiator oyunu təşkil etdi. Çox miqdarda borcu olmasına baxmayaraq, o, gümüşlə zirehlənmiş 320 cüt qladiatordan istifadə etmişdir.. For more details see Plutarch's Julius Caesar, 5.4. Sezar daha çox qladiatordan istifadə etmək istəsə də, senat Spartak üsyanını xatırladaraq maksimum 320 cütə icazə verdi. Romada 320 cütdən artıq qladiatora saxlamağa icazə verilmirdi.. See also Pliny's Historia Naturalis, 33.16.53. Sezar yalnız miqyasda və xərcdə deyil, yas mərasimlərinə xas adətlərdədə həddini aşmışdı..
Vəhşi heyvanlarla keçirilən qladiator tamaşaları yalnız Respublikada deyil, ondan kənarlarda da geniş yayılmağa başlamışdı.. Antiochus IV Epiphanes of Greece was keen to upstage his Roman allies, but to save costs, all his gladiators were local volunteers. Sezarın qətlindən və Roma Vətəndaş Müharibəsində sonra sosial və ya dini şərtlərini formalaşdırmaq üçün oyunların üzərinə imperiya nəzarəti qoyuldu. Roma elitasını müflisləşməkdən qurtarmaq üçün oyunun xərclərini tənzimləyən qanun qəbul edildi. Oyunlarda dəyəri 25 000 dinaridən çox olmayan maksimum 120 qladiatordan istifadə edilə bilərdi. Daha dəyərli oyunlar İmperiya tərəfindən keçirilə bilərdi ki, bu da 180 000 dinarini keçməməli idi.Prices in denarii cited in "Venationes," Encyclopaedia Romana .US $ equivalents are very approximate, linked to US$ value in 2000 CE. Roman prices of wheat, wine and meat imply the as (211 BCE-301 CE) and nummus (301 CE – 475 CE) as equivalent to the US dollar in purchasing power, and by conversion, the denarius at around $10 in 200 BCE, $20 at the height of the munera, and $25 in 300 CE (Source ). Eramızın 108-ci ilində Mark Ulpi Trayan Dakiya üzərindəki qələbəni qeyd etmək üçün 10 000 qladiator və 11 000 vəhşi heyvanla 123 günlük gladiator oyunları təşkil etdi.. Brown is citing Dio Cassius, 68.15. Bundan sonra oyunlara xərclənən pullar yenə nəzarətdən çıxdı. Eramızın 177-ci ilində Mark Avreli oyunların qarşısını almaq üçün yeni qanun qəbul etdi, ancaq onun oğlu Kommod bu qanunu ləğv etdirdi..
Qladiatorlar thumb|left|Bir-biri ilə döyüşən iki müxtəlif növlü qladiatorlar İmperiyada qladiator ticarəti geniş yayılmışdı. Romanın hərbi müvəffəqiyyətləri Dövlət mədənlərində işlədilmək, amfiteatrlarda tamaşaya qoyulmaq və ya sadəcə satmaq üçün gətirilən əsgər dustaqların sayını gündən-günə artırırdı. Məsələn yəhudi qiyamından sonra, qladiator məktəblərində yəhudilərin sayı xeyli artdı. Daha sonra isə onlar təlimsiz birbaşa döyüş arenalarına göndərildi. Əsir düşmüş əsgərlərə qladiator döyüşləri sanki bir hədiyyə idi.
Qladiator məktəblərinə könüllü olaraq qoşulan və ya törətdiyi cinayətin cəzası olaraq gətirilənlərdə vardı. Romalılar üçün "qladiator" müəlliminə sadiq təlim görmüş döyüşçü mənasını verirdi.
Kasıblar və evsizlər üçün qladiator məktəbləri döyüşmək müqabilində daimi yemək və sığınacaq təklif edirdi. Qladiatorlar onlara verilmiş hədiyyələri özlərinə götürə bilirdilər. Tiberi bəzi qladiatorlara yüksək məbləğdə təqaüd verirdi. Mark Antoni qladiatorları özünün xüsusi cangüdənləri təyin etmişdi.
Qadın qladiatorlar
Eramızın 60-cı ilindən etibarən qadın qladiatorlar yaranmağa başlandı. 66-cı ildə isə Neronun Efiopiyalı döyüşçü qadın qladiatorları vardı.; , citing Cassius Dio, 62.3.1. Görünür romalılar öz əyləncələrini daha da artırmaq üçün qadın döyüşçülərdən istifadə edirdilər. 89-cu ildə Domisianın dövründə qadın qladiatorlarla cırtdan qladiatorlar arasında döyüş keçirilib., citing Dio Cassius 67.8.4, Suetonius's Domitianus 4.2, and Statius's Silvae 1.8.51-1.8.56. Eramızın ikinci ilində Amazon və Axilla adlı iki qadın qladiatorun döyüşüşündə qalib müəyyən edilə bilməyib.; . Qadın qladiatorlar kişi həmkarları ilə eyni tərzdə təlim və rəftar görürdülər. Ancaq 200-ci ildə qadınlardan qladiator döyüşlərində istifadə etmək qadağan edildi., citing Dio Cassius 75.16., citing Dio Cassius 75.16.1.
Qladiator imperatorlar Kaliqula, Tit, Adrian, Lusi ver, Karakalla, Geta və Didius Yulianus arenada döyüşlərdə iştirak etmişlər, lakin onlar üçün risk çox az idi.. Tarixçilər tərəfindən ruhi pozğunluqda ittiham edilən Klavdinin limanda tələyə salınmış bir balina ilə döyüşdüyü də rəvayət edilir. Salnaməçilər bu tipli döyüşləri bir qayda olaraq dəstəkləyirdilər..
Kommod bu oyunların fanatik iştirakçısı idi. Bu məsələdə düşmən olduğu Senat ona qarşı idi, amma əhalinin böyük əksəriyyəti çox güman ki, onu dəstəkləyirdi. O, Herakl kimi geyinirdi. O, bir gündə 100 şiri öldürdüyün demişdi, bu şirləri platformadan perimetr boyunca düzmüşdülər ki, o sərrast ox atma qabiliyyəti nümayiş etdirsin. Digər bir halda isə, o, xüsusi hazırlanmış cida ilə dəvəquşunun başını kəsmişdi və bu başı qana boyanmış qılıncla bərabər senator oturacaqlarına tərəf tullamışdı..
Oyunların xülasəsi thumb|Şirlə döyüşən iki qladiatorun mozaikası İlk vaxtlarda döyüşlər ölmüş bir şəxsin qəbri üzərində və ya yaxınlığında keçirilirdi. Zaman keçdikcə oyunların formatı və keçirilmə məqsədi dəyişdi. Respublika dövründə adi bir vətəndaşda qladiator "lanista"dan (qladiator məktəbinin sahibi) satın ala və ya icarəyə götürə bilərdi.
Oyun keçirilməzdən əvvəl rəssamlar tərəfindən hazırlanmış bəzəkli elanlar şəhərin müxtəlif yerlərinə asılırdı. Elanlarda oyunun vaxtı, keçirildiyi yer, təşkil edənin adı, qladiatorların sayı və s. yazılır. Digər nəzərə çarpan xüsusiyyətləri musiqilər, gün işığından və yağmurdan qorunmaq üçün bəzəkli çadırlardan istifadə edilməsidir. Yemək, içki və şirniyyatlarda təqdim olunurdu. Tamaşaçılar üçün üzərində qladiatorların adları, növləri və hesabları yazılan lövhələrdəndə istifadə edilirdi. Oyunu daha da maraqlı etmək üçün solaxay qladiatorlar adətən sağ əlli qladiatorlarla döyüşdürülür. Döyüşdən bir gün öncə qladiatorlar üçün xüsusi banketlər keçirilir. Bu bir növ "son yemək" adlanır. Döyüşməzdən öncə qladiatorlar isinmək üçün təhlükəsiz silahlarla vuruşurlar.
Ölüm oyunun nəticəsi hesab edilirdi. Əksər qladiatorlar il ərzində üç və ya dörd döyüşdə iştirak edirdilər. Bəziləri elə ilk döyüşdə həlak olurdular, bəziləri isə 150-ə yaxın döyüşdə iştirak edə bilirdi.. Təkbətək döyüş 15, ən çox halda 20 dəqiqə çəkirdi. Qalibə qələbə rəmzi olan palma budağı və müxtəlif mükafatlar verilirdi. Xüsusi fərqlənən döyüşçüyə dəfnə, pul, bəzi hallarda isə azadlıq verilirdi. Azadlıq almış qladiator bəzən elə qladiator qalmağı seçirdi. Ən məşhur qladiatorlardan olan Flamma yaşadığı 30 il ərzində 34 dəfə vuruşub, 21 dəfə qalib gəlib, 9 dəfə bərabərə bitirib, 4 dəfə isə məğlub olub.. Kyle is citing Robert.
Məktəblər və təlim İlk qladiator məktəbi (təkdə ludus, cəmdə ludi) Kapuada yerləşirdi.. Daha sonralar isə digər şəhərlərdə də açılmağa başladı. Perqamda, İsgəndəriyyədə, Palestrinada böyük məktəblər yerləşirdi. Ən böyük dörd məktəb Romada yerləşirdi. Burada 2,000 qladiator var idi.Donald G. Kyle. Qədim Romada ölüm tamaşalıarı. London. 1998. ISBN 0-415-09678-2. http://books.google.com/books?id=x4vekGBc_McC.
Qladiatorlar növündən asılı olmayaraq eyni andı içirdilər. Məktəblərdə ölümcül silahla təlimlərin keçirilməsi qadağan idi. Güman ki, küt və ya taxta silahlarla təlim keçirilirdi. Məktəblərdə müxtəlif növ döyüş texnikaları öyrədilirdi. Təlimlərə ölümdən qorxmamaq və ağrılara dözmək təlimləridə daxil idi.
Cinayətkarların könüllülərdən fərqli olaraq üzlərində və ya qollarında döymələr olurdu. Eramızın 325-ci ilində Konstantin üzə döymə döyməyi qadağan etdi. Döymələr sadəcə ələ döyülürdü.. Facial stigmata represented extreme social degradation.