Dərviş Məhəmməd xan () — Şəki hökmdarı (1524-1551). Atası Həsən sultanın Gürcü çarı ilə döyüşdə həlak olmasından sonra Şəki əhalisi onu "hökumət taxtına əyləşdir"mişdi.Namiq Musalı. "Cahangüşayi xaqan-i sahibqiran" əsərində Şəki tarixinə aid məlumatlar, "Şəkinin səsi" qəzeti, səh.: 3, №3(436), 15 iyun 2009-cu il; . Həmçinin bax:>>

Dərviş Məhəmməd xan 1538-ci ildə Buğurt qalasını mühasirəyə almış qızılbaşlara gecə basqınları etsə də, az sonra onlarla münasibətləri yaxşılaşdıra bilmiş və hətta I Şah Təhmasibin bacısı ilə evlənmışdi.

1549-cu ildən etibarən isə Dərviş Məhəmməd xan ilə Səfəvilər dövləti arasında münasibətlər yenidən pisləşməyə başladı. Belə ki həmin ildə Şah Təhmasib Şəkiyə cəza dəstəsi göndərərmiş və bu ölkəni qarət etdirmişdi. 2 il sonra, 1551-ci ildə isə Şah Təhmasib özü böyük bir ordu ilə Şəki hökmdarlığının ərazisinə daxil oldu. Şəki ordusu ilə ilk toqquşmada qızılbaşlar qalib gəldilər və Şəkinin ən məşhur sərkərdələrindən birini əsir götürdülər. Daha sonra isə onlar Şəki hökmdarlığının üç əsas istehkamını eyni vaxtda mühasirəyə aldılar. Həmin istehkamlardan Dərviş Məhəmməd xanın sığındığı "Gələsən-Görəsən" qalası istisna olmaqla, digər ikisinin müdafiəçiləri 20 günlük inadlı müqavimətdən sonra təslim olmağa məcbur edildi. Bundan sonra Dərvişməhəmməd xan bir gecə 400 nəfərlə "Gələsən-Görəsən"dən çıxdı. Bu zaman onlar ilə qalanı əhatəyə almış qızılbaş dəstələri arasında baş vermiş şiddətli döyüşdə həmin 400 nəfərdən 250-si və Dərviş Məhəmməd xanın özü həlak oldu.

Həyatı

Hakimiyyətə gəlməsi right|thumb|350px|Qafqazın 1532-ci il üçün siyasi xəritəsində Şəki hakimliyi — Dərvişməhəmməd xanın hakimiyyətdə olduğu dövr. Şah İsmayıl ölümündən (23 may 1524) bir neçə gün əvvəl Ərdəbildə ikən

"Gürcüstanın Kaxet hakimi Ləvənd xanın Şəkiyə gəlməsi və Şəki valisi Həsən bəyin öldürülməsi haqqında"Namiq Musalı. "Cahangüşayi xaqan-i sahibqiran" əsərində Şəki tarixinə aid məlumatlar, "Şəkinin səsi" qəzeti, səh.: 3, №3(436), 15 iyun 2009-cu il; . Həmçinin bax:>> ..

məlumat almışdı və ona həm də bildirilmişdi ki,

"Şəki camaatı ondan (Həsən bəydən) sonra Dərvişməhəmməd bəyi hökumət taxtına əyləşdirdi...".

Şirvanşah Şahruxa köməyə getməsi Şah Təhmasibin 1538-ci ilin baharında başlatdığı Şirvana yürüşü zamanı qızılbaşlar Şirvanşah Şahruxun sığındığı Buğurt qalasını mühasirə edərkən,

"o əsnada Şəki hakimi Dərvişməhəmməd xan dağlıq yerlərin ləşgərini toplayıb Şahruxun köməyinə gəldi ki, qalanın yanında (qızılbaş) əmirlərin ordugahına şəbxun yetirsin. Bu məqsədlə ordunun yaxınlığına gəlib; nağara döyəcləndi və surlar çalındı. Məhəmməd bəy Şirbəxt oğlu Talış və bəzi qorçilər o "yolunu azmışın" dəfinə rəvan oldular və onları (şəkililəri) məğlub edib, onun (Dərvişməhəmməd xanın) əksər adamlarının həyat paltarından lüt-üryan etdilər. Elə ki şirvanlılar Dərvişməhəmməd xanın imdadından məyus oldular"Həsən Rumlu. Əhsənüt-Təvarix, səh.: 286-289, Bəroda, 1931., təslim olmaq qərarına gəldilər.

3 sentyabrda Şirvanşahların sonuncu müqavimət ocağı – Gülüstan qalası da müqaviməti dayandırdı və bununla da Şirvanın Səfəvilər tərəfindən işğalı başa çatdı, Şirvanşah Şahrux isə Təbrizə aparıldı və 1539-cu ildə orada gizlincə edam edildi.

Şah Təhmasibin bacısı ilə evlənməsi Şirvanşahlar dövlətinin süqutundan dərhal sonra Səfəvilərin Şəkiyə hücum etməsi labüd idi. Lakin nədənsə bu hadisə baş vermədi. Əvəzində isə tarixi mənbələr Dərvişməhəmməd xanın 1539-cu ildə Səfəvilər xanədanı ilə qohumlaşmasından xəbər verir; Dərvişməhəmməd xan Şah Təhmasibin dul bacısı ilə, yəni mərhum Şirvanşah II Xəlilullahın arvadı olmuş Pərixan xanımla evlənirXacə Zeynalabdin Əli Əbdi bəy Şirazi. Təkmilətül-əxbar, səh.: 14, Bakı, 1996.. Çox güman ki, məhz bu evlənmə sayəsində qızılbaşların Şəkiyə gözlənilən hücumlarının qarşısı alınmış olur.

Şah Təhmasibin yanına getməsi Şirvanşahlar dövlətinin süqutundan sonra Şah Təhmasib Şirvanın idarə edilməsi işini öz qardaşı Əlqas mirzəyə tapşırmışdı. Hadisələrin gedişatını izləyərkən bu qənaətə gəlirik ki, Dərvişməhəmməd xan Əlqas mirzənin Şirvan valiliyinin ilk illərindən, ta son gününədək, yəni 1547-ci ilə qədər onunla olduqca yaxşı münasibətlərə malik imiş. O cümlədən, 1541-ci ildə Şah Təhmasib Ucan və Səhənd yaylaqlarında olarkən, Dərvişməhəmməd xan məhz Əlqas mirzə ilə birlikdə şahın yanına getmişdi və şah tərəfindən

"nəvaziş qazanaraq, öz vilayətlərinə qayıtmaq icazəsi aldılar"Həsən Rumlu. Əhsənüt-Təvarix, səh.: 300, Baroda, 1931..

Pərixan xanımın vəfat etməsi Dərvişməhəmməd xanın arvadı Pərixan xanım 1543-cü ildə dünyasını dəyişdi. Tarixi mənbələrdə Pərixan xanımın Salyandakı Xosrovabad qəsəbəsində "Şahzadə bəyim nəhri"nin, düyü, taxıl, pambıq əkilən sahələrinin və s. daşınmaz əmlakının olması göstərilir və həm də qeyd edilir ki, bunlar onun ölümündən sonra Ərdəbildəki Şeyx Səfi məqbərəsinə vəqf verilmişdir. Şah Təhmasib isə sevimli bacısının adını yaşatmaq üçün 1548-ci ildə doğulmuş qızının adını "Pərixan" qoymuşdurXacə Zeynalabdin Əli Əbdi bəy Şirazi. Təkmilətül-əxbar, səh.: 14; 85, Bakı, 1996..

Şahnəzərin Dağıstanda öldürülməsi Əlqas mirzənin 1547-ci ildə təşkil etdiyi Dağıstan yürüşündə isə Dərvişməhəmməd xanın qardaşı Şahnəzər iştirak etmişdir. Lakin o,

"çərkəzlərlə vuruşda nizə ilə vurulub atdan salındı və həlak oldu"Oqtay Əfəndiyev, Azərbaycan Səfəvilər dövləti, səh.: 73, Bakı, 1981; Budaq Monshi Qazvini. Javaher al-axbar, səh.: ? Tehran, 2000.

Şəkinin talan edilməsi Yuxarıda qeyd edilən döyüşdən az müddət sonra Əlqas mirzə öz qardaşı Şah Təhmasibin qoşunlarının təqibinə də məruz qalmış və Şirvandan qovulmuşdu; çünki, o, mərkəzi hakimiyyətə qarşı çıxmış, öz adına sikkə vurdurub xütbə oxutmaqla müstəqil hökmdar olmağa cəhd etmişdi.

Əlqas mirzənin adamları hələ bir müddət Dərbənd və Gülüstan qalalarına sığınaraq müqavimət göstərməkdə ikən, o, özü Kəfədən dəniz yolu ilə İstanbula getdi və Sultan Süleyman tərəfindən hörmətlə qarşılanaraq 1548-ci ildə Osmanlı İmperiyasının Səfəvilər dövlətinə qarşı növbəti yürüşündə iştirak etdi. Göstərilən ilin may ayının sonunda Sultan Süleyman və Əlqas mirzə əsgəri sayı 100 mindən az olmayan ordu ilə Təbrizə girdilər, amma 3-4 gündən sonra şəhəri tərk edib geri çəkildilər. Osmanlıların Azərbaycanda qərar tuta bilməməsinin əsas səbəbi isə bu idi ki, onların hədsiz-hesabsız ordusunun orada qalmasını əngəlləmək üçün Şah Təhmasibin göstərişi ilə əvvəlcədən, planlı şəkildə tədbirlər görülmüşdür. Məsələn, Osmanlı sərhədindən Təbrizə qədər su, ərzaq mənbələri və otlaqlar məhv edilmişdi.

Aydındır ki, Osmanlıların geri çəkilməsindən sonra həmin əngəlliklər bu dəfə yerli əhali, o cümlədən Səfəvilər dövləti üçün ərzaq və yem qıtlığı demək idi.

Şah Təhmasibin 1549-cu ilin yanvarında Mazandaran hakimimə göndərdiyi Fəthnamədən məlum olur ki, qızılbaşlar sözgedən problemi Şəki hakimliyini talamaq yolu ilə həll etməyə çalışıblar. Həmin mənbədə Şah Təhmasib bəyan edir ki,

"Azərbaycan və Şirvanat ləşgəri ilə Qarabağa rəvan olduq ki Bərdə ölkəsində qışlaq edib ərzaq və ləşgərə zəruri olan şeyləri bu il Şəki və Gürcüstan ölkəsi və o hüduddan əldə edək və sözgedənin (Dərvişməhəmməd xanın) hörmətli oğlu Cahan müta hökm üzrə tez layiqli peşkəşlərlə yüksək dərgaha gəlib Zəfər təsirli ordugaha qatıldı və Cəlaləddin Sunduk bəy qorçibaşını əmirlərin qorçilərindən və ləşgərlərindən on min kəsi rəvanəye-Şəki edib özünə Bərdə ölkəsində dayanmağı buyurduq. (Digər bir mənbədə isə Şəkiyə göndərilmiş qurçilərin sayı 2500 kimi göstərilir və həm də qeyd edilir ki, "Dərvişməhəmməd xan qazilərin xofundan Kiş qalasına pənah apardı".Həsən Rumlu. Əhsənüt-Təvarix, səh.: 334, Baroda, 1931.) və adı çəkilən (Sunduk bəy) Şanlı nüsrət əsgərlərlə qeyd edilən ölkəyə (Şəkiyə) üz tutub 200 min qoyun və 50 min qaramal və beş min at və 3 min xərvar buğda və düyü və sairə qədər qeyd edilən ölkədən götürüb və qarət edib Yüksək orduya gətirdilər və qeyd edilən qənimət əmirlərə və ləşgərlərə paylandı. On gündən sonra ki sözgedən (qənimət) orduya gətirilmişdi, xəbər gətirildi ki Əlqas mirzə Həmədana yetişib..."Şah Təhmasib Səfəvi; Əsnad və mükatibati tarixiy, səh.: 184-185, Tehran, h.ş. 1350 (Şah Təhmasibin Məlik Kəyumərsə göndərdiyi Fəthnamə, Əbdülqasım Evoğlu Heydərin "Məcmuətül-mürasilat"ından)..

Bundan sonra isə Şah Təhmasib təkrarən "təşrif buyurmuş" qardaşını dəf etmək üçün qışlamanı yarımçıq qoyub, öz ordusunu Qarabağdan çıxartdı. Tezliklə, Əlqas mirzə yaxalandı, Qəhqəhə qalasına salınıb ömürlük dustaq edildi və sonra elə oradaca dünyasını dəyişdi.

Şah Təhmasibin fərmanında thumb|161x161px|I Şah Təhmasib (miniatür) 1548-ci ildə, Şirvanşahlar xanədanından olan Bürhan Osmanlıların köməyi ilə Şirvanda əcdadlarının taxt-tacına yiyələnə bilmiş və iki ilə qədər səltənət sürdükdən sonra qızılbaşlarla toqquşma ərəfəsində öz əcəli ilə dünyasını dəyişmişdi. Şirvan Səfəvilər tərəfindən təkrarən tutulmuş və Abdulla xan Ustaclı bura bəylərbəyi təyin edilmişdi. Güman olunur ki, eyni zamanda Şəki hakimi "Dərvişməhəmməd xan da Səfəvilərə tabe olduğunu bildirmişdir"T.Musəvi. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər, səh.: 19, Bakı, 1977..

1550-ci ilin sentyabr ayında Şah Təhmasib Şirvan ölkəsinin dini işlər üzrə sədrinin səlahiyyətlərinin Şəkiyə də şamil olunması barədə fərman verdi. Fərmanda Dərvişməhəmməd xanın adı kifayət qədər hörmətlə çəkilərək qeyd olunur ki,

"Oranın hakimi, idarəçilik pənahı, hökumət büsatlı, kəramətli, hakimlərin dayağı, hakimiyyət və səadətin günəşi Dərvişməhəmməd xan yazılmış qaydada qərar verildiyini bilərək o nəqiblik pənahını qüdrətləndirməyə və etibarlandırmağa çalışsın"T.Musəvi. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər, səh.: 65, Bakı, 1977..

Səfəvilərə müqavimət göstərməsi və ölümü 310px|left|thumb|"Gələsən-Görəsən" qalasının cənub qapısının sağ və solundakı iki bürcü, 2012-ci il. 1551-ci ilin yazında Şah Təhmasib Şəkiyə yürüşə başladı və böyük bir ordu ilə gəlib Ərəşə düşdü. Burada Kaxetiya hakimi Levan da oz dəstəsi ilə qızılbaşlara qoşuldu. İlk toqquşma çox güman ki Şəki ölkəsinin sərhədində baş verdi və Bədr xan ilə Şahqulu sultan Ustaclının başçılıq etdiyi qızılbaş dəstələri "Dərvişməhəmməd xanın qarovullarını" məğlub edərək "Əmir Yusif", yaxud "Əmir Cövşən" adlıMənbədə "Əmir Yusif" kimi yazılıb, lakın bir qədər sonra həm də qeyd olunub ki, "Dərvişməhəmməd xan Cövşən ağanın qardaşı Mahmud bəyi Kiş qalasının mühafizətinə qoydu"; sual ortaya çıxır, hansı Cövşən ağanın? Axı mətndə Cövşən ağanın adı daha əvvəl heç çəkilməyib?! Lakin diqqət yetirdikdə ki ərəb əlifbası ilə (çap yox, əlyazma xəttində!) "Cövşən" və "Yusif" adlarının yazılışı bir birinə çox bənzəyir, o zaman nəticə çıxara bilərik ki mətndə texniki səhvə yol verilib və mənbədə "Cövşən" və "Yusif" adı ilə təqdim olunan 2 ayrı-ayrı şəxs əslində eyni adamdır. Şəki sərkərdəsini əsir götürdülər və onu Şah Təhmasibin yanına göndərdilər.Burada yazılanlar, əsasən, Həsən Rumlunun "Əhsnüt-Təvarix"indəki "...Şah din pənahın Şəki tərəfə üz tutması və Dərvişməhəmməd xanın öldürülməsi" adlı bəhsin xülasəsidir; bax: Həsən Rumlu. Əhsənüt-Təvarix, səh.: 348-351, Baroda, 1931.

Dərvişməhəmməd xan Kiş qalasının mühafizəsini əsir düşmüş Şəki sərkərdəsinin qardaşı Mahmud bəyə tapşırıb özü "Gələsən-Görəsən" qalasına sığındı. Şəki əhalisinin bir qismi isə bir dağın başında – "Sığnaq" deyilən yerdə, qərar tutdu.

Sunduk bəy Qorçibaşı, Bədr xan və Şahqulu sultanın başçılıq etdiyi qızılbaş dəstələri Kiş qalasına, Şahqulu Xəlifə möhürdarla bəzi qızılbaş əmirlərin başçılıq etdiyi dəstələr Sığnağa və Abdulla xan ilə Kaxet hakimi Levan xanın tabeliyində olan dəstələr isə "Gələsən-Görəsən qalasına hücum etdilər.

Şəkililər inadla müqavimət göstərirdilər. Məsələn, Şahqulu xəlifə Zülqədər öz dəstəsi ilə Sığnağın yerləşdiyi dağa qalxmaq istəyərkən, əks tərəfdən açılan tüfəng atəşləri ilə geri otuzdurdu.