Dani Rodrik () — Türk iqtisadçı. Hazırda Harvard Universitetinin Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində beynəlxalq siyasi iqtisadiyyat üzrə professor kimi fəaliyyət göstərir.

Həyatı Dani Rodrik 1957-ci ildə İstanbulda yəhudi əsilli ailədə doğuldu. 1976-cı ildə İstanbulda Robert Kollecindən məzun oldu. Dövlət idarəçiliyi üzrə bakalavr və magistr təhsilini ABŞ-nin Harvard Universitetində aldı. Ardınca Prinston Universitetində iqtisadiyyat üzrə doktorantura təhsili aldı.

1990-cı ildə professor olan Rodrik, 1982-ci ildən Harvard Universitetinin Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində beynəlxalq siyasi iqtisadiyyat sahəsi üzrə pedaqoji fəaliyyətlə məşğuldur.

Dani Rodrik ehtiyatda olan türk general Çətin Doğanın qızı, Harvard Universitetinin müəllimi Pınar Doğanla evlidir.

Elmi fəaliyyəti Dani Rodrikin tədqiqat sahəsi qloballaşma, beynəlxalq iqtisadiyyat, siyasi iqtisadiyyat, iqtisadi inkişaf, iqtisadi artım, gəlir və tədiyyə balansı bərabərsizliyi kimi mövzuları əhatə edir. Nəşrləri də əsasən bu mövzulardadır.

Seçilmiş kitabları Rodrik, Dani (2007). "One Economics, Many Recipes". Princeton University Press. ISBN 0-691-12951-7. Rodrik, Dani (2011). The Globalization Paradox. Norton & Company, Inc. ISBN 978-0-393-07161-0. Rodrik, Dani (2003) ed. "In Search of Prosperity: Analytic Narratives on Economic Growth". Princeton University Press. ISBN 0-691-09268-0. Rodrik, Dani (1997). "Has Globalization Gone Too Far?". Institute for International Economics. ISBN 0-88132-241-5.

İstinadlar

Kateqoriya:Türkiyə professorları Kateqoriya:Türkiyə yəhudiləri Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:Türkiyə əsilli amerikalılar Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:Türkiyə iqtisadçıları Kateqoriya:Bloqqerlər Kateqoriya:İnkişaf iqtisadiyyatı Kateqoriya:İqtisad üzrə fəlsəfə doktorları Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Səfərad yəhudiləri Kateqoriya:İstanbul şəxsləri Kateqoriya:XX əsr iqtisadçıları Kateqoriya:XX əsr Türkiyə şəxsləri Kateqoriya:XXI əsr Türkiyə şəxsləri