Karlos Auqusto Alves Santana (; d.20 iyul 1947) — Meksika əsilli məşhur ABŞ rok-gitaraçısı.

1960-70-ci illərdə artıq klassikaya çevrilmiş "Black Magic Woman" və "Oye Como Va" kimi mahnıların ifası ilə məşhurluq qazanmışdır. 1999-cu ildə "Smooth" və "Maria Maria" mahnılarının yer aldığı "Supernatural" albomu ilə yenidən pop-çartların zirvəsinə qalxdı. Bu albom "İlin ən yaxşı albomu" nominasiyasında Qremmi mükafatı ilə təltif edilmişdir. 10 Qremmi mükafatına və 3 Latın Qremmi mükafatına layiq görülmüşdür. O dünyada məşhurlar sırasında olub. Dünyanın 100 ən böyük gitar ustadlarından biridir.

İstinadlar

Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:ABŞ gitaraçıları Kateqoriya:Meksikada doğulanlar Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Polydor Records artistləri Kateqoriya:Həyatı boyu müvəffəqiyətlərinə görə Qremmi mükafatı laureatları Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Columbia Records artistləri Kateqoriya:RCA Records artistləri Kateqoriya:ABŞ mesenatları Kateqoriya:ABŞ bəstəkarları Kateqoriya:Meksikadan ABŞ-yə mühacirət edənlər