Qaradağlı (1945-ci ildən Tsaxkaşen, 1967-ci ildən Mrqavet) — Ermənistan Respublikası Araqatsotn vilayətində kənd.

Tarixi Qaradağlı kəndi keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ermənistan Respublikası Araqatsotn vilayətində yerləşir. Əştərək şəhərindən 16 km şimal-qərbdə, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeyd edilmişdir.Пагирев Д. Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К. П. Казловского, 1913, s.116 Kənddə tarixən azərbaycanlılar yaşamışdır, ermənilər kəndə 1828–1830-cu illərdə İrandan köçürülmüşdürШопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852, s.547–549Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.14.

Toponim böyük türk tayfası qızılbaşlardan olan qaradağlı tayfasının adı əsasında əmələ gələn etnotoponimdir.Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении VI XIX ., Л., Издство Ленинградского Университета, 1949, s.92 Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20 avqust 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxkaşen, 20 oktyabr 1967-ci il fərmanı ilə yenə də dəyişdirilərək, Mrqavet qoyulmuşdur.

Əhalisi Kənddə 1831-ci ildə 128 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 286 nəfər, 1897-ci ildə 364 nəfər, 1919-cu ildə 360 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.48–49, 128–129. 1919-cu ilin axırlarında azərbaycanlılar soyqırıma məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 152 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 105 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948–1953-cü illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunaraq Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Gərnibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri