Mahir Hacı oğlu Quliyev () — Biləsuvar Rayon İcra Hakimiyətinin sabiq başçısı, Astara Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Səbail bələdiyyəsinin sabiq sədr müavini.
Həyatı Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Ali təhsillidir. 1977–1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə 1975–1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlamışdır. 1979–1980-ci illərdə Bakı şəhərində Azərnəqliyyat tikinti trestinin nəqliyyat müəssəsində çalışıb.
Hərbi xidmətdən qayıtdıqdan sonra 1980–1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981–2005-ci illərdə isə ozamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışmışdır. 1981-ci ildən 2005-ci ilədək təsərrüfat hesablı "Sahil" restoranında müxtəlif vəzifələrdə çalışaraq direktor müavini vəzifəsinə qədər yüksəlmişdir.
1996-cı ildə Naxçıvan Universitetinin İqtisadiyyatın Hüquq tənzimlənməsi fakültəsinə daxil olmuşdur. 2000-ci ildə həmin institutu bitirib " İnzibati İdarəetmə ixtisası"na yiyələnmişdir.
Siyasi fəaliyyəti 2000-ci il parlament və 2003-cü il prezident seçkilərində Səbail rayonu 18 saylı seçki məntəqəsində komissiyanın sədri olmuşdur.
2004-cü ildə Səbail bələdiyyəsi üzrə namizədliyini verib, həmin ilin dekabrın 17-də seçkilərdə qalib gələrək, Səbail bələdiyyəsinə üzv seçilib. Sonradan Səbail bələdiyyəsi üzvlərinin təklifi ilə sədr müavini seçilib.
8 sentyabr 2006-cı ildən 26 aprel 2011-ci ilədək Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir.M. H. Quliyevin Astara Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 8 sentyabr 2006-cı il .
Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdirM. H. Quliyevin Biləsuvar rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 26 aprel 2011-ci il .
2020-ci il 29 apreldə Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstələrinin Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyatı nəticəsində saxlanılaraq Bakıya gətirilib. 2022-ci lin martında 11 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü ilin iyununda cəzası 8 il 3 aya endirilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
İstinadlar
Kateqoriya:Astara Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Biləsuvar Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Səbail bələdiyyəsinin üzvləri Kateqoriya:Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan) tərəfindən aparılan cinayət işləri