Mirzə Mahmud xan Məhəmmədrəhim xan oğlu Dəvəli-Qacar () — İranın daxili işlər naziri, Milli Məclisin sədri, diplomat
Həyatı Məhəmmədrəhim xanın ikinci oğlu Mahmud xan 1861-ci ildə Tehran şəhərində dünyaya pənah gətirmişdi. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Sonra məktəbdə oxumuşdu. Təhsilini universitetdə davam etdirmişdi. Fransızca, almanca və ingiliscə bilirdi. Mirzə ünvanı, Ehtişamüssəltənə ləqəbi daşıyırdı.
Mirzə Mahmud xan 1884-cü ildə qullarağasıbaşı vəzifəsi daşıyırdı. Mirzə Mahmud xan 1888–1893-cü illərdə Zəncanın, 1898–1901-ci illərdə Kürdüstanın valisi olmuşdu. 1894-cü ildə Rusiyaya, Sankt-Pеtеrburq şəhərinə elçi getmişdi. 1895–1897-ci illərdə İraqda, Bağdad şəhərində baş konsul olmuşdu. 1897–1898-ci illərdə MFA-nın yanında katib vəzifəsində çalışmışdı. Mirzə Mahmud xan İranın böyük səfirlərindən biridir. 1901–1906-cı illərdə Almaniyada, Berlin şəhərində səlahiyyətli nümayəndə, 1906–1907-ci illərdə Almaniyada səfir, 1910–1919-cu illərdə Türkiyədə səfir olmuşdu. Mirzə Mahmud xan yüksək vəzifələrdə çalışmışdı. 1907–1908-ci illərdə Milli Məclisin sədri, 1926–1927-ci illərdə İranın daxili işlər vəziri vəzifələrində işləmişdi. Mirzə Mahmud xan Əmirtuman rütbəsi almışdı. Mirzə Mahmud xan Isveçli xanımla dünya evinə girmişdi.
İstinadlar
Mənbə
Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh. Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh.
Həmçinin bax Əhməd xan Dəvəli-Qacar Qacarlar
Kateqoriya:Dəvəlilər Kateqoriya:İran diplomatları Kateqoriya:İranın daxili işlər nazirləri Kateqoriya:İranın Almaniyadakı səfirləri Kateqoriya:İranın Türkiyədəki səfirləri Kateqoriya:İran parlamentinin üzvləri Kateqoriya:Zəncan hakimləri Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Qacar şahzadələri Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri Kateqoriya:XX əsr İran siyasətçiləri