"Hərbi xidmətlərə görə" medalı — Azərbaycan Respublikasının hərbi medalı. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 6 dekabr 1993-cü ildə təsdiq edilmişdir.

Əsasnaməsi "Hərbi xidmətlərə görə" medalı Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir.

"Hərbi xidmətlərə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal Azərbaycan Respublikasının hərbi qulluqçularına aşağıdakılara görə verilir: Öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə; Dövlət sərhədlərinin qorunmasında xidmətlərinə görə.

"Hərbi xidmətlərə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Tərəqqi" medalından sonra taxılır.

Təsviri "Hərbi xidmətlərə görə" medalının təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır.

İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin əsasnamədə medalın təsviri aşağıdakı kimi verilmişdir:

"Hərbi xidmətlərə görə" medalı gümüşdəndir, qabarıq formalı uzunsov səkkizguşə şəklindədir. Medalın qırağı və üz tərəfi sağanaqla əhatələnmişdir. Üz tərəfin sağanaqları arasında hörmə həndəsi ornament təsvir edilmişdir. Medalın ortasında bir böyük və iki kiçik hörmə kvadrat, habelə çarpazlanmış təbərzin, qılınc, toppuz təsviri vardır. Medalın aşağı hissəsində "Hərbi xidmətlərə görə" sözləri yazılmışdır. Medalın arxa tərəfində yuxarı hissədə aypara ilə səkkizguşəli ulduz təsvir edilmiş, aşağı hissədə təltif tarixini yazmaq üçün nəzərdə tutulan gərilmiş altıbucaq yerləşdirilmişdir. Bütün yazılar və təsvirlər qabarıqdır. Medalın hündürlüyü 45 mm, eni 36 mm-dir. Medal ilgək və halqa ilə dördbucaqlı qəlibə birləşir. Qəlib yaşıl xara lentlə birləşən ornamentli iki hissədən ibarətdir. Lentin sol yuxarı və sağ aşağı küncləri sarı-yaşıl rənglidir, 1 mm enində qızılı zolaqlarla ayrılmışdır. :Lentin ümumi eni 19 mm-dir. Qəlibin ölçüsü 46 mm x 22 mm-dir.

Medalın ikinci təsviri Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli 429-IQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Həmin təsvirdə qeyd deyilir:

"Hərbi xidmətlərə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi ornamentli və mərkəzdən paylanan şüaları olan diametri 35 mm qalxanabənzər girdə lövhədən ibarətdir. Qalxanın ortasında səkkizguşəli ulduz və ulduzun arxasında iki çarpaz qılınc təsvir olunmuşdur. Arxa tərəfi hamar səthlidir, ortasında "Hərbi xidmətlərə görə" sözləri yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə qəhvəyi çalarlı düzbucaqlı xara lentə halda və ilgək vasitəsilə birləşdirilir. Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur

Medalın üçüncü və hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 728-IVQD nömrəli Qanunu ilə təsdiq olunmuşdur. Medalın təsviri aşağıdakı kimi verilmişdir:

"Hərbi xidmətlərə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi ornamentli və mərkəzdən paylanan şüaları olan diametri 36 mm qalxanabənzər dairəvi gümüşü lövhədən ibarətdir. Qalxanın ortasında səkkizguşəli ulduz və ulduzun arxasında iki çarpaz qılınc təsvir olunmuşdur. Arxa tərəfi hamar səthlidir, ortasında "Hərbi xidmətlərə görə" sözləri yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Açıq qəhvəyi rəngli xara lentin sağ və sol kənarlarında 1 mm enində açıq boz rəngli zolaq vardır. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü gümüşü rəngli təbəqə bərkidilmişdir. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

1993 1993–2009 2009-cu ildən 80px 75px 85px Lent center|90px center|90px Qeyd

Təltif edilənlər

İstinadlar

Kateqoriya:Azərbaycan medalları Kateqoriya:"Hərbi xidmətlərə görə" medalı ilə təltif edilənlər Kateqoriya:10 noyabrda yarananlar Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar