"Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır" () — rejissor Leonid Qaydayın filmi.

Məzmun SSRİ və ABŞ kimi iki böyük dövlətin prezidentləri çox vacib danışıqlar üçün bir-birilə görüşməlidirlər. Lakin bu görüş ABŞ-yə əsaslanan rus mafiyasının nümayəndəsinin telefon xəttini kəsməsi nəticəsində baş tutmur. Mafioz Rabinoviç hətta telefon xətti vasitəsilə iki prezidentin gizli danışıqlarını eşidir. Bu cür başlanan komediyada sonradan SSRİ və ABŞ-nin agentləri olan Fyodr Sokolov və Meri Starın sayəsində işin üstü açılır. Onlar gah Lenin, gah Stalin, gah Brejnev, gah Xruşşov, gah da adi Mişa dayıya çevrilən "artist" ləqəbli rus mafiyasının başçısını aşkara çıxarırlar.

Film haqqında Filmin təqdimatı İsraildə olmuşdur. Bu film kinorejissor Leonid Qaydayın kinoda sonuncu işidir. Filmdə Leonid Qayday kiçik epizodda kazino müştərisi rolunu ifa edir. ABŞ-də çəkilmiş bu səhnədə Donald Trampın çəkilməsi təklif olunmuşdu. Həmçinin filmin titrlərində "Tac Mahal" kazinosunun nümayəndəsi kimi Trampa təşəkkür edilir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifləri: Arkadi İnin, Leonid Qayday, Yuri Voloviç Quruluşçu rejissor: Leonid Qayday Operator: Vadim Alisov Rəssam: Feliks Yasyukeviç, Nikolay Markin Bəstəkar: Viktor Babuşkin, Aleksandr Zasepin

Rollarda

Dmitri Xaratyan – Fyodr Sokolov Kelli Makqril – Meri Star Andrey Myaqkov – "Artist" Mixail Kokşenov – Kravçuk Yuri Volınsev – Styopa Emmanuil Vitorqan – Cek Mamuka Kikaleyşvili – Lavrenti Suladze Yevgeni Vesnik – Monya Nataliya Kraçkovskaya – Monyanın arvadı Leonid Kuravlyov – SSRİ prezidenti Mixail Qorbaçov Vladimir Sedov – ABŞ prezidenti Corc Buş Spartak Mişulin – Şeyxin nökəri Nikolay Parfenov – polkovnik Petrenko Stanislav Strelkov – Stepanın adyutantı Aleksandr Rıjkov – Cekin cangüdəni Nikolay Bandurin – polkovnik Dınin Mixail Vaşukov – polkovnik Korablyov Yuri Vorobyov – polkovnik Semyonov Sergey Rubeko – agent Samson Nzeribe Qustav Kvami Unsa Ruslan Əhmətov – quldur Nazrulayev Vladimir Ferapontov – Kodrianu M. Utepbergenov Aleksandr Loye – Monyanın nəvəsi Syoma Vyaçeslav Razbeqayev – yekədiş manyak V. Rıbin Muza Krepkoqorskaya – məbəddəki qoca Vera İvleva – satıcı Pavel Vinnik – Samson Semyonıç Arkadi İnin – kazinodakı mafioz Pavel Komarov – leytenant Sıqanyonok Yelena Buşuyeva – Sofoçka Georgi Dronov – qəzetçi V. Kark Vladimir Maysuradze Sergey Qalkin Aleksey Qolsov – İvanov Vasili Odinokov M. Aleksandrova M. Qryaznova Yuri Pisarenko İrina Domninskaya

İstinadlar

Kateqoriya:Rusiya filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Melodram filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Leonid Qaydayın filmləri Kateqoriya:1992-ci ilin filmləri Kateqoriya:Rusiyanın komediya filmləri Kateqoriya:Moskva haqqında filmlər Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:Perestroyka mədəniyyətdə və incəsənətdə Kateqoriya:ABŞ-nin cinayət komediya filmləri Kateqoriya:İngilis dilində cinayət komediya filmləri Kateqoriya:Mərkəzi Kəşfiyyat İdarəsi haqqında filmlər Kateqoriya:Soyuq müharibə haqqında əsərlər