Ərzincan bəyliyi — Anadoluda olan türk dövləti.

1243-cü ildə Kösedağ döyüşündən sonra Elxani monqolları Anadoluda faktiki hökmdar oldular, lakin XIV əsrdə Elxanilər dağıldıqdan sonra Elxanilərin keçmiş sərkərdələri və məmurları, eləcə də Elxani boyunduruğu altında olan tayfalar müstəqillik elan etdilər. Ərzincan bəyliyi də onlardan biri idi.

Tarixi Ərzincan və çevrəsi 1379-cu ilə qədər Ərətna dövləti sınırları içərisində qalmış və sırasıyla Əxi Ayna bəy və Pir Hüseynin idarəsində idi. Pir Hüseyinin ölümündən sonra (1379) isə Ərzincan və çevrəsinə Mütahhərtən hakim oldu.

Mütahhərtənin mənşəyi və Ərzincana hakim olması Mütahhərtənin tatarlara mənsub olduğu söylənməkdə isə də, onun Uyğur türklərindən olan Ərətna ilə əqraba olması daha mühtəməldir. Mütahhərtənin Ağqoyunlu Əhməd bəyin kürəkəni olduğu bilinir. Qaynaqlarda adı Tahartən, Tahirtən və Mütahhərtən şəklində keçən bu Ərzincan əmiri Pir Hüseynin ölümündən sonra Ərzincan bəyliyi taxtına keçdi. Müstəqilliyini elan edərək öz adına sikkə basdıran və xütbə oxudan Mütahhərtənə qarşı ilk reaksiya Ərətna bəyliyindən gəldi. Ərətna bəyliyinin irəli gələnləri Əlaəddin Əli bəyə müraciət edərək, Ərzincanın Ərətna ailəsi ilə olan ilgisini irəli sürərək bu şəhərin qurtarılmasını istəmişdilər. Buna görə Əlaəddin Əli bəy Mütahhərtənə adamlar göndərərək Ərzincanı barış yoluyla ələ keçirmək istədi. Ancaq görüşmələrdən bir sonuc, bir nəticə alınamayınca iki tərəf arasında savaş başladı. İlk qarşılaşmada Mütahhərtənin qüvvələri yenilgiyə uğrayaraq çəkildi. Ərətna bəyliyinin tabeliyini qəbul etməmə qərarı almış olan Əmir Mütahhərtən yardım istəmək üzrə Zülqədəroğlu İbrahim bəy ilə Ağqoyunlu türkmənlərinin rəisi Qutlu bəyə xəbər göndərdi. Bu dövlətlərdən gələn yardımçı qüvvətlərin də dəstəyi ilə Mütahhərtən-Ərətna arasında aparılan savaşı ərzincanlılar qazandı. Daha sonra Ərzincan önündə aparılan çarpışmalarda da elə bir sonuc almayan Əlaəddin Əli bəy mərkəzi Sivasa çəkilmək zorunda qaldı.

Mütahhərtənin Qazı Bürhanəddin ilə mücadiləsi Ərətna hökmdari Əlaəddin Əli bəyin 1380-ci ildə ölümündən sonra dövlətin idarəsini əlinə alan naib Qazi Bürhanəddin Əhmədin, ölkəsinə yönəlik fəaliyətlər aparacağını bilən Mütahhərtən ona qarşı yəni müttəfiqlər axtarmağa başladı. Mütahhərtən, Qazı Bürhanəddin tərəfindən Koyulhisar çevrəsinə göndərilən Zünnun və Şərqi Qarahisar hakimliyinə təyin edilən Məlik Əhməd ilə dərhal dostluq qurmağa başladı. Bacısını Zünnun ilə evləndirən Ərzincan əmiri, onunla birlikdə Ərətna torpaqlarına təarrüzə keçdi. Ancaq Sivas torpaqları içərisində yağma və təxrib hərəkətlərində olan Zünnun, Qazı Bürhanəddin tərəfindən məğlubiyyətə uğratıldı. Gərək Zünnunun bu məğlubiyyətindən dolayı və gərəksə Amasya Əmiri Şadgəldinin öyrətməsi ilə Qazı Bürhanəddinə daha çox qəzəblənən Mütahhərtən Sivasa təarrüzə keçməyə qərar verdi. Ordusu ilə Ərzincandan çıxaraq Sivas vilayəti hududuna gəldi. Naibə qarşı təhdidkar bir tövr taxınaraq göndərdiyi elçilər vasitəsiylə, dövlətin idarəsini Əlaəddin Əli bəyin oğlu Məhəmmədə buraxmasını istədi. Ancaq naib Qazı Bürhanəddin, səltənəti tərk etmək istəmirdi. Bu səbəblə Mütahhərtəndən gələn elçi Əmir Tuğrulu həbs etdi. Elçinin tutuqlanmasından sonra Mütahhərtən onun sərbəst buraxılmasi şərti ilə Sivasdan ayrıldı. Mütahhərtən ilə Qazı Bürhanəddin arasındaki mücadilələr bundan sonrakı illərdə da davam etdi. Qazı Bürhanəddin Əhməd, Mütahhərtənin dostu olan Amasya Əmiri Sadgəldi üzərinə yürüyərək onu öldürdü (1381) və kəsik başını Ərzincana göndərdi. Bu zəfərdən sonra o, naib olmasına baxmayaraq, müstəqilliyini elan edərək hökmdarlıq məqamına oturdu. Mütahhərtən onun taxta çıxışına qarşı çıxaraq paytaxt Sivasda Qazı Bürhanəddin əleyhinə düzənlənən sui-qəsdlərdə fəal rol oynadı. Ancaq bu təşəbbüslər sonucsuz qaldı. Mütahhərtən daha sonra Sivasdakı müxalifətin lideri Ərətna əmirlərindən Seyyidi Hüsam ilə Qazı Bürhanəddinə qarşı bir ittifaq meydana gətirdi. Bu ittifaqa Amasya Əmiri Əhməd bəy ilə daha çox bəylər də qatıldı. Bu əmirlər Sivasa həp birdən saldırıda bulunmaq üzrə hazırlıqlara başladılar. 1382-ci ildə aparılan savaşlardan da bir nəticə alınmadı. Müttəfiqlər öz aralarında çıxan anlaşmazlıq səbəbiylə dağıldılar. Bunun üzərinə Mütahhərtən keçmiş dostu Ağqoyunlu türkmənlərindən yardım istədi. Beləcə Ağqoyunlular da Sivasa hücuma keçdilər. Mütahhərtən-Ağqoyunlu ortaq yürüşü qarşısında duruş göstərməyən Qazı Bürhanəddinin əmiri Yusuf Çələbi öldü. Mütahhərtən Qazı Bürhanəddinin Kayseri civarinda olduğu bir sırada təkrar Sivas yaxınlarına qədər gələrək Ərətna torpaqlarına hücuma keçdi. Fars qalasını ələ keçirdikdən sonra Sivası ciddi bir basqı altına aldı. Bu durumu xəbər alan Qazı Bürhanəddin Kayseridə çox qalmayaraq sürətlə mərkəzə yetişməyə çalışdı. Əbdülvahhab yörəsində iki tərəf arasında aparılan savaşda Mütahhərtən yenildi və ölkəsinə döndü. Qazı Bürhanəddin, özünə qarşı qurulan ittifaqların lideri olan Mütahhərtəni yola gətirməyə qərar verərək Ərzincan bəyliyi torpaqlarına girdi. Ərzincana (Aksəhir) qədər irəliləyib şəhəri qarət edərək od vurdu. Savaş sırasında Sivas əsgərlərinin yağmaya dalması səbəbiylə bir sonuc alınmadı. Qazı Bürhanəddin bölgədəki hərəkətə son verərək geri döndü (1385). Bu hadisədən sonra Mütahhərtən mühtəmələn dostu Ağqoyunluların onu yalnız buraxması sonucunda Qazı Bürhanəddin Əhməd bəy ilə yaxşı keçinməyə başladı. Onunla bir dostluq andlaşması imzaladı. Bu illərdə Ərzincan əmirliyi sınırları içərisində Bayburt, Kəmah, İspir, Ərzurum və Tərcan şəhərlərinin olduğu və Trabzon rumlarının da özlərinə xərac verdiyi anlaşılır.

Mütahhərtənin Əmir Teymur ilə mücadiləsi Ərzincan əmiri Mütahhərtən 1387-ci ildə yeni bir təhlikə ilə qarşı qarşıya qaldı. Bu sirada Qərbi Irani işgal altına almiş olan Əmir Teymur Qarabağda ordugahini quraraq Şərqi Anadoluya bir səfər hazirligina baslamişdi. Nihayət Əmir Teymurun Ərzurum sınırlarına gəldiyi xəbəri Ərzincana çatınca Əmir Mütahhərtən, ailəsi və agırlıgını dostu və vassalı olan Şərqi Qarahisar hakimi Məlik Əhməd bəyin yanına göndərdi. Əmir Teymur, Ərzincana bir elçi göndərərək Mütahhərtənin ona itaət etməsini istədi. Mütahhərtən dərhal itaət edəcəgini bildirdi. Əmir Teymur, Əxlatı zəbt edərək Van gölü tərəflərinə getdi və daha sonra da Qaraqoyunlu ölkəsindən ayrilaraq Irana döndü. Beləcə Ərzincan üzərindəki basqı sona çatmış oldu. Mütahhərtən, Əmir Teymur təhlikəsinin ortadan qalxmasindan sonra, Ərzincan bölgəsinə sıgınmıs olan Qaraqoyunlu türkmənləri ilə birlikdə Qazı Bürhanəddin torpaqlarina təkrar təərrüzə başladi. Qazı Bürhanəddin bu sirada şimaldakı türkmən əmirlərinin anlaşmazliqlarını həll etmək üzrə Canik bölgəsində idi. Mütahhərtən, Sivas hökmdarının yoxlugundan yararlanaraq Sivas şəhərinin yaxinlarina qədər gəldi. Ancaq Qazı Bürhanəddinin geri dönməsi üzərinə onun qarşısina çixmadan ölkəsinə döndü. Ərzincan Əmiri Mütahhərtən, Qazı Bürhanəddin əleyhindəki fəaliyətlərini sürdürdü. O, 1388-ci il tarixində Amasya əmiri Əhməd bəy, Kayseri qalasi sahibi Cüneyd bəy, Haci Əmiroglu Süleyman kimi bəylərlə Qazı Bürhanəddinə qarşı bir ittifaq daha qurdu. Ayrica Məmlüklərə də xəbər göndərərək Qazı Bürhanəddinin Əmir Teymurun dostu oldugunu bildirdi. Ancaq bu ittifaqdan da bir nəticə alınmadı.

Mütahhərtənin Ağqoyunlulara qarşı Qaraqoyunlularla birləşməsi Ağqoyunlu tayfa ittifaqının başçısı Qutlu bəyin ölümündən (1389) sonra bu türkmən toplulugunun başina keçən Əhməd bəy ilə Mütahhərtənin arası, Ərzincan əmirinin onlara qarşı yagma harəkətlərinə başlamasına görə pozuldu. Əhməd bəy əmrindəki qələbəlik türkmən qrupu Mütahhərtən üzərinə yürüyərək onu agir bir yenilgiyə ugratdi. Bir müddət sonra Mütahhərtən bu türkmənlər üzərinə getdiysə də, bir nəticə olamadı. Ağqoyunlular Mütahhərtəni təkrar agir bir yenilgiyə ugratdilar. Mütahhərtən Qaraqoyunlu hökmdari Qara Məhəmməddən yardim istəmək zorunda qaldi. Çoxdan bəri Ağqoyunlularin düsməni olan Qara Məhəmməd, ortaq düsmənə qarşı birlikdə savasmağı qəbul etdi. Bu səfər Ağqoyunlular agir bir yenilgiyə ugradilar və Qazı Bürhanəddinə baş əymək zorunda qaldilar. Mütahhərtən ilə Qaraqoyunlu hökmdari Qara Məhəmməd arasindaki ittifaq bu olaydan sonra da davam etdi. Müttəfiq güclər Qazı Bürhanəddinə aid torpaqlara hücum etdilər. Ancaq Qazı Bürhanəddin müttəfiqlərə qarşı hərəkətə keçincə bariş istənilmiş və Mütahhərtən ilə Sivas-Kayseri hökmdari arasinda yeni bir bariş andlaşması imzalanmısdır (Mart 1389). Mütahhərtən, Qara Məhəmməddən sonra Qaraqoyunlularin başina keçən Qara Yusiflə də dostlugunu davam etdirmiş və onunla birlikdə Ağqoyunlularla mücadilə etmişdir. Ancaq Endrisdə meydana gələn savasda Qara Yusif əsir düsmüş, Mütahhərtən isə qaçaraq gücllə Ərzincana çatmisdir. Mütahhərtən bu yenilginin intiqamini almaq üçün qısa bir müddət sonra, bu dəfə yalnız başına Ağqoyunlular üzərinə yürüdü. Ağqoyunlu hökmdari Əhməd bəy, kürəkəni olan Mütahhərtənlə barişmaq istədisə də, qardası Qara Yülük Osman bəy bunu qəbul etmədi. Aparılan savaşda Mütahhərtən Ağqoyunlular qarşısında ikinci dəfə məğlub oldu. Ərzincan əmiri Mütahhərtən, 1393-cü ilə qədər Anadoluda nüfuz və hakimiyyət qurmak üçün çalışdı. Ancaq 1393–1394-cü ilin qışında Əmir Teymurun böyük bir ordu ilə ikinci dəfə Anadoluya hərəkət etdiyi xəbərini aldi. Mütahhərtənin beş min nəfərlik bir əsgəri qüvvəyə sahib oldugunu və Qazı Bürhanəddinin başlıca düşmənlərindən biri olduğunu öyrənən Əmir Teymur, Anadoluya gəldiyi zaman ona xəbər göndərərək itaətini istədi. Mütahhərtən də Əmir Teymurun hüzuruna gedərək ona itaətini ərz etdi. Hətta onunla birlikdə Avnik qalasına edilən hücuma qatildi. 43 günlük bir mühasirədən sonra Avniki zəbt edən Əmir Teymur, Ərzincan əmiri Mütahhərtənə çesitli nəsihəhətlər verərək ona əmarət, mənşur və xələt verdi.

Mütahhərtənin Qazı Bürhanəddinə qarşı Qaramanoğullari ilə ittifaqı