Sultan Əbu Səid Bahadur xan () — Elxanilər dövlətinin 9-cu hökmdarı (1316–1335). Onun idarə etdiyi Elxanilər dövlətinə bügünkü İran, Azərbaycan, Gürcüstan, Ermənistan, eləcə də İraqın, Türkiyənin, Əfqanıstanın və Pakistanın bəzi hissələri daxil idi.
Onun hakimiyyəti dövründə Hülakülərin ənənəvi düşmənləri olan Misir Məmlükləri və Dehli sultanlığı ilə münasibətlər normallaşdırılmışdır. lakin bu normallaşmanı Qızıl Orda və Çağataylarla etmək mümkün olmamışdır. Daxili siyasətdə tez-tez üsyanlar olmuş, elxan zamanının çoxunu bu üsyanları yatırmaqla keçirmişdir. Onun hakimiyyəti dövrü Əmir Çoban və ailəsinin imperiya daxilində gücünün artması ilə əlamətdardır.
Erkən həyatı Əbu Səid 2 iyun 1305-ci ildə Təbriz yaxınlığındakı Ucan məntəqəsində dünyaya gəlmişdir. Atası hökmdar Olcaytu, anası isə Hacı Xatun olmuşdur. Özündən böyük qardaşlarının ölümündən, xüsusən qardaşı Suleymanşahın vaxtsız ölümündən sonra Əbu Səid atasının vəliəhd şahzadəsi halına gəlmişdir. O, 1315-ci ildə Xorasan və Mazandaranın valisi təyin edilmiş və Uyğur əsilzadəsi olan Əmir Sevinc ona atabəy olmuşdur.
Atabəyi ilə fəaliyyəti Əbu Səidin böyük qardaşı Süleymanşahın da ölümündən sonra atasının vəliəhdi olması bir daha təstiqləndi. 1314-cü ilin aprel-may ayında o, Sevinc ibn Şişinin atabəyliyi altında Xorasan və Mazandarana canişin təyin edildi. 16 dekabr 1316-cı ildə Məhəmməd Olcaytunun ölümündən sonra Sevinc Əbu Səidi gətürərək paytaxt Sultaniyəyə gətirdi. Onlar paytaxta 1317-ci ilin yazında oraya çatdılar.
Hakimiyyəti Atası Məhəmməd Olcaytunun ölümündən sonra o, atabəyi Əmir Sevinc tərəfindən dövlətin paytaxtı Sultaniyyəyə gətirilsə də, onun taxta çıxması 1317-ci ilin avqustuna qədər gecikmişdir. Bu gecikmənin səbəbi atabəy Sevinclə Əmir Çoban arasında olan konflikt idi. Əbu Səid Rəşidəddin Həmədani ilə Tacəddin Əli Şahı özünə vəzir təyin etdi, lakin bu iki şəxs bir-biri ilə konfdlikt yaşamaqda idilər və nəticədə 1317-ci ildə Rəşidəddin vəzifəsindən uzaqlaşdırıldı. Əbu Səidin taxta çıxma tarixi dəqiq bilinməlidir. Həmdullah Müstovhi onun taxta çıxma tarixi kimi aprel-may ayını, Şabankay 16 avqustu, Mahmud Amoli 5 iyulu göstərir. Digər versiyaya görə, onun taxta çıxma tarixinin gecikməsi Sevinc tərəfindən qəsdən edilmişdir və Əmir Çobanın yüksək vəzifədən salınması üçün planlanmışdır. 1318-ci ilin yanvarında Əmir Sevinc də vəfat etdi və azyaşlı Əbu Səid Əmir Çobanın qarşısında yalnız qaldı. Əmir Çoban Rəşidəddini vəzifəsinə geri çağırsa da, o, bu dəfə Tacəddin Əli Şah tərəfindən əvvəlki Elxan Olcaytunu zəhərləməkidə ittiham edildi. Nəticədə Rəşidəddin və oğlu İbrahim İzzəddin 13 iyul 1318-ci ildə Əbhər yaxınlığında edam edildilər. Bu hadisədən sonra Əmir Çoban Elxani dövlətinin de-fakto hakimi oldu. Növbəti illər Əbu Səidin hakimiyyəti üçün səs-küylü keçdi.
Rəşidəddinin edam edilməsindən sonra dövlətin əsas vəzirliyini ələ keçirən Tacəddin Əli Şahın dövründə dövlətin maliyyə vəziyyəti pisləşdi. Hələ Qazan xanın hakimiyyəti dövründə dövlətin maliyyə vəziyyətini qaydasına salmaq, köçəri əsilzadələrin səlahiyyətlərini məhdudlaşdıraraq mərkəzi aparatı gücləndirmək üçün həyat akeçirilən islahatlar puç oldu. Bütün bunlar az imiş kimi, 1318–1320-ci illərdə imperiyanın əksər ərazisində quraqlıq, çəyirtkə hücumları və xəstəliklər tüğyan etməyə başladı. Nəticədə vəziyyətləri yaxşı olmayan kəndlilərin iqtisadi vəziyyətləri daha da pisləşdi.
Qızıl Orda işğalı və əmirlərin üsyanı 1319-cu ildə Qızıl Orda xanı Özbək Azərbaycanı işğal etdi. Eyni zamanda Çağatay şahzadəsi olan və bundan bir qədər əvvəl Əbu Səidə sadiqlik sözü verən Yasaurda üsyana başladı. Əbu Səidin Xorasandan ayrıldıqdan sonra orada üsyanın başlamasının Əmir Sevinclə əlaqədar olması barədə şayiələr gəzməkdə idi. Bir müddət sonra Yasaur və Bəytüt Əbu Səidə bağlılığını elan etsə də, qısa müddət sonra fikirlərini dəyişdirdilər, açıq üsyana başlayaraq Mazandaranı ələ keçirdilər. Nəticədə Mazandaranın hakimi olan Əmir Yasavul köməkçilərindən biri olan Bəytüt tərəfindən öldürüldü. Əbu Səid sərkərdələrindən biri olan Əmir Hüseyn Cəlairi (Elxanilərin son dövründə mühüm rol oynamış Böyük Həsənin atasıdır) Yasaurla döyüşmək üçün göndərməyə məcbur oldu və özü Özbəyə qarşı yürüşə başladı. Özbək Əmir Çobanın da yardıma gəlməsindən sonra məğlub edildi, Yasaur isə 1320-ci ildə özünün Çağatay qohumu olan Kebek tərəfindən öldürüldü. Bu yürüşlər zamanı xeyli sayda əmirlər Əbu Səidin çağırışına cavab verməmişdilər və buna görə də, onların cəzalandırılmasına başlanıldı. Əbu Səidin çağırışına cavab verməyən Qurumuş ayaqlarına dəyənəklə vurmaqla cəzalandırıldı. Bundan bir qədər öncə, yəni 1319-cu ilin sonlarında keçmiş Diyarbəkir əmiri olan və Kereit tayfasından gələn İrincin, keçmiş Gürcüstan hakimi olan Qurumuş bir neçə dövlət məmurunu öldürərək üsyana başladılar. Bu iki əmirin ikisi də Əmir Çoban tərəfindən tənbehlənmişdilər. Qurumuş və İrincin ikisi də Kereit tayfasına mənsub idilər, İrincini Olcaytunun dul arvadı Qutluqşah Xatunun atası və Əhməd Təkudarın kürəkəni idi. Qurumuşun atası Alinaq Noyon da Təkudarın kürəkəni idi. Bu iki şəxsin rəhbərlik etdiyi 40 min nəfərlik üsyançı ordusu Gürcüstan yaxınlığında Əmir Çobanı hazırlıqsız yaxalamağı bacardı. Əmir Çoban, iki oğlu və 2 min nəfərlik şəxsin daxil olduğu köç üsyançılar qarşısında qaçmağa məcbur oldu. Təbrizə gələn Çoban bu hadisə barədə Əbu Səidə məlumat verdi. Qəzəblənən elxan üsyançılarla qarşılaşmaq üçün yürüşə başladı.
Sultaniyəyə yerləşmiş Qurumuşun rəhbərliyindəki üsyançılarla əsas döyüş Miyanə yaxınlığındakı Zəncanrud çayı yaxınlığında 20 iyun 1319-cu ildə baş verdi. Döyüşdə qələbə qazanan Əbu Səid şəxsi şücaətlər göstərdi. Bu qələbədən sonra gənc hökmdar olan Əbu Səidə Bahadur və əl-Sultan əl-Adil ləqəbləri verildi. Üsyaçılar tərəfindən ələ keçirilən 36 əmir və 7 xatun arasından Əmir Toxmaq, Qurumuş, Şahzadə Könçək (Təkudarın qızı), onun əri İrincin və onun oğlanları Şeyx Əli, Vəfadar edam edildilər. Qurumuşun oğlu Əbdürrəhman Özbəyin yanına qaçmağı bacardı. Sonda Əmir Çobanla Əbu Səidin bacısı Satıbəy evləndirildi. Beləliklə Əmir Çobanın ailəsinin gücü daha da artdı. 6 sentyabr 1319-cu ildə baş tutmuş bu evlilikdən sonra Çobanın oğlanları Teymurtaşa, Şeyx Mahmuda, Həsənə və Dəməşq Xacəyə Anadolunun, Gürcüstanın, Xorasanın və Azərbaycanın canişinliyi verildi. Həmçinin 1324-cü ildə Tacəddin Əli Şahın ölümündən sonra vəzir vəzifəsi də Çobanilərin vəziri olmuş Rüknəddin Sainə tapşırıldı, lakin onun sadəcə vəzir adı var idi, real işlərdən uzaqlaşdırılmışdı.
Çobani üsyanı Çobanilərin üsyanı Teymurtaş 1322-ci ildə üsyana başladı və özünün Mehdi olduğunu iddia etdi. Onun məsələsi ilə məşğul olmaq üçün atası Əmir Çoban getdi və üsyanı sonlandırmağa razı salmağa nail oldu. Əmir Çoban məhkəməyə gətirilmiş oğlu Teymurtaşın iddialarına qarşı çıxsa da, elxanı onun əfv edilməsinə razı sala bildi. Qarşılığında Əbu Səid onu yenidən vəzifəsinə təyin etdi. Əbu Səid Çobanın qızı olan Bağdad Xatunu sevməyə başlamışdı. Lakin Bağdad Xatun dövrün böyük əmirlərindən biri olan Böyük Həsən Cəlairinin arvadı olduğu üçün Çoban onu bu fikrindən yayındırmağa çalışırdı. Lakin Əbu Səidi bu fikrindən yayındırmaq mümkün olmadı və o, 1325-ci ildə sonu uğursuz da olsa Çobandan qızını istədi. Çoban qızını və oğlunu Qarabağa göndərdi və özü də Özbək və Tarmaşirinə qarşı yürüşə başladı. Bu zaman Özbək və Tarmaşirin Azərbaycan və Xorasanı ələ keçirmişdi. Çobanın yoxluğundan istifadə edən Əbu Səid onun oğlanlarından biri olan Dəməşq Xacəni Olcaytunun kənizlərindən biri ilə münasibətdə olmaqla ittiham edərək edam etdirdi. Bundan xəbər tutan Çoban oğlunun qisasını almaq üçün Xorasandan onun üzərinə yeriməyə başladı. Lakin Əbu Səidin dayısı Məhəmməd bəyin də daxil olduğu sərkərdəər 30 min döyüşçü ilə birlikdə onu tərk edərək Əbu Səidı qatıldılar. Başqa seçimi qalmayan Çoban Herata geri çəkildi. Lakin o, 1327-ci ildə Əbu Səidin əmri əsasında Kart sülaləsindən hakim olan Qiyasəddin tərəfindən boğularaq öldürüldü. Əmir Çobanın oğullarından Əmir Teymurtaş Sulduz Məmlüklərə sığındı. Ancaq, Bahadur xanın sifarişi ilə o da Məmlük sultanı Sultan əl-Nasir Məhəmməd tərəfindən öldürüldü. Onun qızı Bağdad Xatun ərindən boşanmağa məcbur edildi və Əbu Səidlə evləndirildi. Kompensasiya olaraq, Böyük Həsən Əmir Çobanın yerinə vəzifəyə təyin edildi və Elxani ordusunun rəhbəri oldu.
Sonrakı illəri İndi bütün hakimiyyəti öz əllərinə alan Əbu Səid Rəşidəddinin oğlu Qiyasəddini vəziri olmağa dəvət edir. Tağaçarın qardaşının oğlu və Kit Buğa Noyonun nəvəsi olan, Əmir Çobanın ortadan qaldırılmasında mühüm rol oynayan Narin Tağay Xorasan canişinliyinə, Əbu Səidin dayısı Əli Padşah Bağdad canişinliyinə təyin edilir. Qiyasəddinin mərkəzi dövləti gücləndirmə planları digər əmir planları ilə üst-üstə düşmürdü. Narin Tağai 1329-cu ildə Qiyasəddini öldürmək üçün vəzifəsini tərk etdi. Ona əmirlər Əli Padşah və Misr Xoca kömək edirdi. 1329-cu ilin 29 iyulunda və ya sentyabrında Narin Tağay edam edildi və digər ciddi bir təhlükə ortadan qaldırıldı. Sonralar Böyük Həsən də 1332-ci ildə Bağdad xatunla xəyanətdə günahlandırıldı. İddia edilirdi ki, Bağdad xatun Böyük Həsənlə gizli şəkildə görüşməkdə, hətta Əbu Səidi öldürmək üçün plan hazırlamaqdadırlar, lakin sonradan bunun əsassız olduğu ortaya çıxdı. Lakin bu belə onların nüfuzunu zədələməyə bəs etdi və Böyük Həsən Anadolu canişini vəzifəsinə təyin edildi. Əbu Səid Bağdad Xatundan boşandı və onun qohumu olan Dilşad Xatunla 1333-cü ildə evləndi. Dilşad Xatun Əmir Çobanın nəvəsi və Əbu Səid tərəfindən öldürülmüş Dəməşq Xacənin qızı idi. Bildirilir ki, ömrünün sonlarına yaxıno, arvadlarından heç birini sevmirmiş, bircə Dilşad xatunla yaxşı münasibətə sahib imiş və bu Bağdadın xüsusi qısqanclığına səbəb olunmuş.
1334-cü ildə Əb Səid Şərəfəddin Mahmudşah İncudan narazılıq olduğu üçün onun yerinə Əmir Müsəffəri təyin etdi. İncuidlər sülaləsindən olan Mahmudşah Çobanın ölümündən etibarən Fars əyalətini idarə etməkdə idi. Əbu Səidinçaırı ətrafında baş vermiş insidentdn sonra o, üsyankar çıxışlara görə həbs edildi.
Xarici münasibətləri Əbu Səidin xarici siyasəti öz sələflərinin siyasətindən kəskin şəkildə fərqlənməkdə idi. Məhəmməd Olcaytunun dövründə belə Dehli sultanlığı ilə gərgin olan münasibətlər onun dövründə yaxşılaşdı. Əbu Səid ən azından 1328-ci ildən hakimiyyətinin sonuna qədər Dehli sultanlığının hökmdarı Məhəmməd ibn Tuğluq ilə yazışmalar aparmış, qarşılıqlı bahalı hədiyyələr göndərmişdir. Lakin Məhəmməd ibn Tuğlağın Əbu Səidi hər ikisinin ortaq düşməni olan Çağataylara qarşı ortaq yürüşə razı salma istəyi uğursuz oldu, halbuki bu dövrdə Əbu Səidin də onlarla olan münasibətləri sürətlə pisləşməkdə idi. Çağatayların 1320-ci ildə Xorasanda meydana çxımış üsyana yardım etməsini 1322 və 1328-ci ildə Xorasana basqınləri izlədi. 1326-cı ildə Əmir Çobanın oğlu olan Həsənin komandanlığındakı Hülakü ordusu Çağatayları Qəznə bölgəsinin Taşmaşirin bölgəsindən qovmağı bacarmışdı, lakin bu həlledici döyüş olmadı. Çünki İbn Bəttutə 7 ildən sonra bu bölgəyə gəldiyi zaman şəhəri Çağatayların nümayəndəsinin idarə etdiyini bildirmişdir.
Əbu Səidin hakimiyyəti dövrünün bir digər xarakterik xüsusiyyətlərindən biri də Misir Məmlükləri ilə münasibətlərinv normallaşdırılması idi. 1320-ci ildə məmlüklərin Hülakülərin vassalı olan Kilikiya çarlığını ələ keçirməsinə baxmayaraq, Əbu Səid onlarla münasibətləri normallaşdırdı, 1323-cü ildə sülh müqaviləsi imzalayaraq 60 illik müharibəyə son qoydu. Bu müqaviləyə sadiq qalan məmlük sultanı Nəsrəddin Məhəmməd Qızıl Orda hökdmarı Özbək xanın Hülakülər üzərinə ortaq yürüşün təklifini nəinki rədd etdi, hətta bu barədə tez Əmir Çobana məlumat da verdi. Münasibətləri normallaşdıan bir digər hadisə isə Teymurtaşın Misirə qaçmasından sonra oldu. Əbu Səidin istəyi iləo, öldürüldü. Şübhəsizki hər iki hökmdar müasir Suriya torpaqlarındakı sülh şəraitindən böyük pullar qazanmaqda idilər, çünki əsas ticarət yolları oradan keçməkdə idi.