Madayların şəxs adları – Madaylar arasında yayılmış şəxs adları.
Zəmin Manna və Midiya dövlətləri yaranmazdan əvvəl onların ərazilərində xırda çarlıqlar mövcud idi. Eramızdan əvvəl IX əsrdən başlayaraq Assur çarlarının bu ölkələrə qarşı qarətçi hərbi səfərləri barədəki salnamələrində çoxlu şəxs adları qeyd olunmuşdur. Midiyalıların İrandilli olması konsepsiyasına uyğun olaraq bir sıra Qərbi Avropa və rus tarixçiləri bu adların əksəriyyətini İran dilləri vasitəsilə izah etməyə çalışmışlar, lakin sonradan aparılan araşdırmalar Midiya adlarının əsasən türkmənşəli olduğunu göstərmişdir. Maraqlıdır ki, Manna və Midiya adlarının bir hissəsi Şumer dili əsasında izah olunur. Bu heç də həmin xalqların sonrakı şumerlər olduğu demək olmasa da bəzi şumer allahlarının adlarının mannalı və midiyalı şəxs adlarında iştirak etməsi də faktdır.Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994
Şəxs adları Amakar (e. ə. 820-ci il) — Ehtimal ki, şumer dilində ama – ana və kar – qiymətli, yaxud gar –yerləşdirmək, yerinə qoymaq sözlərindən ibarətdir. Ad Ana (ilahə ana) qiymətlidir, yaxud Ana (ilahə ana) yerinə qoydu mənasında teofor addır. Enqur (e. ə. 821-ci il) — E. A. Qrantovskiyə görə, bu şəxs adı fars dilində əngur – üzüm sözündəndirГрантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 203. Müəllif bilmir ki, Ur-Enqur hakim adı (e. ə. 2112–2095) hələ şumerlərdə vardı, o vaxt orada farslar yox idi. Şumer dilində En – Göy allahı və qur – izin verdi sözlərindən ibarət olmaqla teofor adlardandır. Artasirar (e. ə. 820-ci il) — İ. M. Dyakonov bu adda qədim farsca məcazi mənada arta – möminlik, zahidlik, insaf, mürvət) sözünü görmüş, lakin adın sirar komponentini izah edə bilməmişdir. Adın arta komponenti hürritcə ardi pay, qismət, hədiyyə deməkdir. Artasari (e. ə. 820-ci il) — Midiyada Şurdir ölkəsinin hakiminin adı. E. A. Qrantovskiyə görə, İranmənşəli arta və farsca sər – baş sözlərindən ibarətdirГрантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 185. Ehtimal ki, hürritcə ardi – pay, hədiyyə sözündən və şumerlərdə Sar allahının adından ibarət teofor adlardandır. Ad Sar allahının hədiyyəsi, payı (ata-anaya) mənasındadır. Pirişat (e. ə. 820-ci il) — E. A. Qrantovski onun farsca pari – əvvəllər və şad – sevinc sözlərindən ibarət olduğunu yazmışdırГрантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 195. Ehtimal ki, naməlum Piri və akkadca şat – sevinc (aydındır ki, e. ə. III minillikdə semit mənşəli akkad dilində şat – sevinc sözü fars mənşəli ola bilməzdi) sözlərindən ibarət teofor addır. Akkadlarla Baburişat Babu (allahı) sevinir şəxs adı ilə müqayisə olunur. Ad qədim türkcə də izah oluna bilər və qədim türkcə şat-cürətli, cəsarətli, ürəkli, qoçaqДревнетюркский словарь, М., 1969, səh 521 sözü ilə də əlaqədar ola bilər. Onda quruluşca Türk xaqanlığında Kürşad, xəzərlərdə Moxoşad və Bulişad (VII əsr) xan adları ilə müqayisə olunur. Titamaşka (e. ə. 820-ci il) — E. A. Qrantovski ehtimalla İranmənşəli ad sayır. Şumer dili əsasında izah olunsa, onda ehtimal ki, naməlum di, şumercə da – allahın qərarı ilə, meş – igid, adam və ku – pay, bəxşiş, qismət sözlərindən ibarət olmaqla təxminən Allahın qərarı ilə (ata-anaya) igid payı (verildi) mənasındadır. Türkcə titim – qüvvətli, qoçaq, igidСевортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, III, 218, yaxud tetim – davamlı, dözümlü, möhkəm dayanan, müqavimət göstərənДревнетюркский словарь, М., 1969, səh 556 və mənası bilinməyən aşka sözlərindəndir. Orta Asiyada Kuşan dövləti (I–IV əsrlər) Vasişka, Kanişka və Xubişka çar adları, Albaniyada yaşayan massagetlərin (maskutların) hakimi Sanatrukun sərkərdəsi Anariska, XVI əsrdə Sibirdə Tom tatarlarının başçısı AşkeneyАбаев В. И. Скифо-сарматские наречия. "Основы иранского языкознания. Древнеиранские языки". М., 1979, səh 363 adları ilə müqayisə olunur. Adın ikinci komponenti olan aşka sözü ehtimal ki, türkcə asıq, aşiq – faydalı, xeyirli sözündən və Altay dilləri üçün səciyyəvi ay sönluğundan ibarətdir. Qədim türklərdə bu sözdən yaranmış şəxs adları vardır. 552-ci ildə Türk xaqanlığının banisi Bumın xaqan öldükdən sonra yerinə oğlu Kara İsık Xan keçmişdi. Qədim Uyğur xanlarından birinin adı Aşik-Teymur idiМеликсетбеков Л. М. Обзор источников по истории Азербайджана. Вып. II, Баку, 1939, səh 130. Çingiz xanın atası Esuqay bahadırın adındakı Esuq komponenti də bu adların sırasına aid edilə bilər. Zariş (e. ə. 820-ci il) — İranmənşəli ad sayılır və farsca zər – sarı, qızıl sözü ilə əlaqələndirilirГрантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 214. Ehtimal ki, şumercə Sar allahının adı ilə bağlı teofor addır. Türk-monqolca Sar – Ay və eş – kimi, ona bərabər sözlərindən ola bilər. e. ə. V əsrdə Orta Asiyada saklarda çariça Zarina (sar – Ay və ənə – ana sözlərindən) şəxs adı ilə müqayisə olunur. Zanzar (e. ə. 820-ci il) — İranmənşəli ad sayılır və farsca zana – tayfa və qədim hindcə zar – hərəkət etdirmək, başçılıq etmək sözləri ilə əlaqələndirilirГрантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 213. Türkcə sanqi (monqolca sanca) – sayılan, hamı tərəfindən tanınan, məşhur və ər – kişi, igid, döyüşçü sözlərindəndir. XVIII əsrə aid Xivə xanlığının arxivindəki sənədlərdə 6 nəfər şəxsin adı Sanqi kimi qeyd olunmuşdurДокументы архива хивинских ханов по истории и этнографии каракалпаков. М., 1967. Orta Asiyada Səlcuq sultanlarından Səncər Məlik şah (1086–1157), XIII əsrin əvvəllərində Buxarada xalq hərəkatının başçısı Səncər Məlik və XVIII əsrdə Altayda Kuzen mahalında mülkədar SanzerПотапов Л. П. Очерк истории алтайцев. Новосибирск, 1948, səh 314 və s. şəxs adları müqayisə olunur. Şumercə sanq – başçı, kahin (qədim türkcə sanqi – sayılan, hamı tərəfindən tanınan sözünün eynidir) və Sar (allahın adı) sözlərindən də ola bilər. Şuma (e. ə. 820-ci il) — Akkadca şu – məxsusdur sözündən və şumerlərdə Uma ilahəsinin adındandır. Ad ―Uma (allahına) məxsusdur mənasındadır. Tabay (e. ə. 820-ci il) — Ehtimal ki, semit mənşəlidir və taba – rəhmli, mərhəmətli sözündəndir. Akkad mənşəli İli – taba Mənim allahım rəhmlidir adı ilə müqayisə olunur. Amamaş (e. ə. 820-ci il) — Ehtimal ki, şumercə ama – ana (ilahə ana) və meş – igid, qəhrəman sözlərindən ibarət olmaqla teofor addır. Ad Amanın (allahın) igidi mənasındadır. Tarsixu (e. ə. 820-ci il) — Hürrit dilində tar – qüdrətli və şumercə zi – rəhmli, mərhəmətli və ku – pay, qismət, hədiyyə sözlərindən ibarətdir. Teofor addır. Bu ad mərhəmətli qüdrətlinin (yəni allahın) payıdır (ata-anaya) mənasındadır. Zaban (e. ə. 820-ci il) — Şumercə za – ürək və ban – yaradan (allah) sözlərindən ibarət teofor addır. Ad ürəyi yaradan allahdır mənasındadır. Ursi (e. ə. 820-ci il) — Bu ad kasların Urzi-qurumaş çar adının Urzi komponenti ilə eynidir. Şumercə ur – kişi, adam, (qədim türklərdə ur – onul) və zi – gözəl, xoş, rəhmli, mərhəmətli sözlərindən ibarətdir. Şumerlərdə Ur-Huma – Huma allahının adamı, Ur-sak – Kişi-baş (qul) və b. şəxs adları ilə müqayisə olunur. Ya da şumercə ur – sayan, hörmətini saxlayan və zi – həqiqi, mömin, ədalətli sözlərdən ibarət olmaqla (Allaha) həqiqi pərəstiş edən mənasındadır. Bu adı hürritcə ur – (u) hzi – ədalətli, sözü ilə də əlaqələndirmək olar. Hanasiruka (e. ə. 820-ci il) — E. A. Qrantovskiyə görə, hind dilindəki sana – qədim, köhnə və farsca zirək sözlərindən ibarətdirГрантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970., səh 205. Q. Qeybullayev isə qeyd edir ki, ad şumercə An allahının adından (başdakı h semit mənşəli artırmadır), azir – gözləyən, mühafizə edən və uku – övlad, oğul sözlərindən ibarət təmiz türk mənşəlidir. Hanasiruka An (allahının) mühafizə etdiyi (qoruduğu) varis, (oğul) mənasındadır. Pamateya (e. ə. 744-cü il) — e. ə. 674-cü ilə aid asur mənbələrində Midiyada Remateya şəxs adı çəkilir. İranmənşəli ad sayılmış və qədim farsca rava-tavu sözlərindən sevincli, kimi mənalandırılırДьяконов И. М. История Мидии. М. — Л., 1956, səh 262Грантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 234. Türkcə ırım – qabaqcadan xəbər verənРадлов В. В. Опыт словаря тюркских наречий, т. I–IV , III, I, səh 19–20 və ata (atay) sözlərindəndir. Qamata (qədim farsca Qaumata) şəxs adı ilə müqayisə olunur. Adadanu (e. ə. 820-ci il) — E. A. Qrantovskiyə görə, qədim hindcə danu – rəşadətli, şanlı, Avesta dilində ada – əvəz, qarşılıqlı sözlərindəndirГрантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970. Şumercə ada ata, da – (Allahın) qərarı ilə və ni – verdi, mükafatlandırdı sözlərindəndir. Ad – Allahın səyi ilə ata verdi kimi aydınlaşdırıla bilər.Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkül tarixindən, Bakı, 1994 Kiara (e. ə. 820-ci il) — Teofor (allah adları ilə bağlı ad) ad olmaqla şumer dilində Ki – Yer Allahı və ara qulДьяконов И. М. Языки древней Передней Азии. М., 1967, səh 50 sözlərindəndir. Bütünlükdə ad Yer allahının qulu deməkdir. Qeyd edilməlidir ki, bu şəxs adındakı Ki – Yer Allahı sözü e. ə. 713-cü ilə aid mənbədə qeyd olunan midiyalı Kibaba şəxs adında da vardır. Həmin ad şumercə Ki – Yer Allahı, ba – vermək, bağışlamaq sözlərindən, həmin dildə adların sonlarında iştirak edən ba – fonetik komponentindənДьяконов И. М. Языки древней Передней Азии. М., 1967 , səh 42 ibarət olub, yer Allahının verdiyi (bağışladığı) mənasındadır. Munsuarta (e. ə. 820-ci il) — Bir sıra tədqiqatçılar bu adı arta komponentinə görə onu iranmənşəli saymış və beləliklə, Mannada və Midiyada hələ e. ə. IX əsrdə qədim farsların yaşadığını yazmışlar, lakin onlar bu adın Munsu hissəsini izah edə bilməmişlər. Əslində isə ad şumercə mu – mənim, mənim adım, zu – müdrik (allah) və Artasari adında olduğu kimi hürritcə ardi – pay, hədiyyə sözlərindən ibarətdir. Bu teofor ad təxminən müdrik (Allahın) payıyam mənasını verir. Manna və Midiyaya hurrit mənşəli sözlərin iştirak etməsi təəccüblü sayıla bilməz, ona görə ki, hürritlər Manna ərazisində də yaşayırdılar. Baqdatti (e. ə. 716-cı il) — İranmənşəli ad sayılır. Məhz bu ada görə İ. M. DyakonovДьяконов И. М. История Мидии. М. — Л., 1956 , E. A. QrantovskiГрантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970, səh 68 e. ə. VII əsrdə Urmiya gölü ətrafında artıq farsların yaşadığı nəticəsinə gəlmişlər. Y. B. Yusifov Baqdatti adının türk-monqol mənşəli boqdo – müqəddəs sözündən və -ti (-li) şəkilçisindən ibarət olduğunu yazmışdırЮсифое Ю. Б. Историческая антропонимия Азербайджана. Ономастика Узбекистана. Ташкент, 1989, səh 146. Q. Qeybullayev isə qeyd edir ki, ehtimal ki, şumercə bak – parıldamağa başlamaq və Utu – Günəş allahı sözlərindəndir. Ad ―Günəş (allahı) parıldadı mənasındadır. Karakku (e. ə. 714-cü il) — İranmənşəli ad sayılır və qədim fars dilində kara – xalq, camaat sözü ilə əlaqələndirilir. Sonra da ermənilərdə Karapet şəxs adı ilə müqayisə edilirГрантовский Э. А. Ранняя история иранских племен Передней Азии. М., 1970 , səh 267, halbuki qədim fars dilindəki kara sözü türk mənşəlidir və ermənilərə də farslardan keçmədir. Ehtimal ki, lulubilərdə və kaslarda Kuri allah adından və şumercə uqu – övlad sözlərindəndir. Ada (e. ə. 716-cı il) — Türkcə ədə sözündəndir. Qara dənizin şimal çöllərində yaşayan skiflərdə Ada şəxs adı ilə eynidir. Payukku (e. ə. 714-cü il) — Assur dilində k səsi qoşalaşdırılmışdır. Ehtimal ki, şumercə ba – bağışlandı və uku – övlad, oğul, varis sözlərindəndir. Humbe (e. ə. 714-cü il) — Şumer mifologiyasında Humdada personajının adı ilə səsləşir. Dusanni (e. ə. 714-cü il) — İran mənşəli ad sayılırДьяконов И. М. История Мидии. М. — Л., 1956, səh 277. Şumercə du – rəhmli (allah), sa – ürək və ni – verdi, bağışladı sözlərindəndir. Ad rəhmli (allah) ürək verdi (ürək verməklə mükafatlandırdı) mənasındadır.