Sahib Nurəddin oğlu Ələkbərov () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası i̇qtisadiyyat nazirinin müavini (2020-ci ildən), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri.

Həyatı Sahib Nurəddin oğlu Ələkbərov 1952-ci il yanvar ayının 10-da Samux rayonunda anadan olmuşdur.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası), 1984-cü ildə isə Moskva İctimai Elmlər Akademiyasını bitirmişdir.

Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləmişdir. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olmuşdur.

2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər nazirinin müavini təyin edilmişdir.

2020-ci ilin aprel ayından İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışır.

11 fevral 2020-ci ildə vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar olaraq 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 10 yanvar 2022-ci ildə isə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.S. N. Ələkbərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ailəlidir, üç övladı var. Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovun atasıdır.

İstinadlar

Mənbə Nazirin müavini Sahib Nurəddin oğlu Ələkbərov

Kateqoriya:Səbail Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVIII qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyünə namizədlər