Hans İoaxim Morgentau () — almanəsilli ABŞ siyasətçisi, diplomatı və tarixçisi.

Həyatı Hans Morgentau təhsilini Berlin, Frankfurt və Münhen Universitetlərində almış və bir müddət Almaniyanın hüquq sistemində çalışmışdır. 1932-ci ildə hüquqdan bir illik mühazirələr oxumaq üçün Cenevrəyə gedən Morgentau Almaniyada Hitlerin hakimiyyətə gəlməsi səbəbindən vətəninə geri qayıda bilməmiş, Cenevrədə qalmağa məcbur olmuşdur. 1935–1936-cı illərdə Madriddə dərs deyən Morgentau 1937-ci ildə Birləşmiş Ştatlara köçmüş və 1943-cü ildə naturalizasiya olmuşdur. Morgentau ABŞ-də Bruklin kollecində, Missuri və Çikaqo Universitetlərində və digər ali təhsil müəssisələrində dərs demişdir.

1948-ci ildə Morgentau indi beynəlxalq münasibətlər nəzəriyyəsində klassika hesab edilən Beynəlxalq Siyasət kitabını çap etdirmişdir. Bu kitab BM nəzəriyyəsində siyasi realizmin əsasını qoymuşdur.

Əsərləri Morgentaunun digər məşhur əsərləri aşağıdakılardır: Elmi insan güc siyasətinə qarşı (1946) Dövlətlər arasında siyasət (kitab) Milli marağın müdafiəsinə (1951) Siyasətin dilemmaları (1958) Amerikan siyasətinin məqsədi (1960) İyirminci yüzillikdə siyasət (1962) Həqiqət və Güc (1970)

İstinadlar

Kateqoriya:ABŞ siyasətçiləri Kateqoriya:ABŞ tarixçiləri Kateqoriya:Alman siyasətçilər Kateqoriya:Alman tarixçilər Kateqoriya:Aviaqəzalarda sağ qalmışlar Kateqoriya:Almaniya politoloqları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:ABŞ filosofları Kateqoriya:ABŞ politoloqları Kateqoriya:Almaniyadan ABŞ-yə mühacirət edənlər