300px|thumb|Qatlinq pulemyotu
Qatlinq pulemyotu (, çox zaman sadəcə Qatlinq) - çoxlüləli, yüksəksürətli atıcı silah. İlkin pulemyotlardan biri. Qısa zaman müddətində çoxsaylı atəşləri nəticəsində güclü güllə seli əmələ gətirməsi ilə məşhurdur. Qatlinq prinsipi ilə işləyən müasir pulemyotlar dəqiqədə 6,000-6,600-ə qədər atəş aça bilirlər.
İlkin nümunəsi əl ilə hərəkətə gətirilən olsa da, müasir dövrdə pulemyotun mexanizmləri elektrik mühərriki ilə hərəkətə gəlir. Əsasən ABŞ istehsalı olan hərbi təyyarələrdə, vertolyotlarda və digər döyüş vasitələrində istifadə edilir.
Çəkisinin ağırlığı və güclü təpməsi ondan yalnız döyüş texnikasında istifadə etməyə imkan verir.
İstinadlar
Xarici keçidlər M61 A1 Qatlinq pulemyotunun işləmə prinsipi Qatlinq pulemyotu (video) Qatlinqdən gecə zamanı atəş (video)
Kateqoriya:Odlu silahlar Kateqoriya:Pulemyotlar Kateqoriya:Çoxlüləli silahlar Kateqoriya:ABŞ pulemyotları