Çin tarixi — Çin Xalq Respublikasının ən qədim dövrlərdən bu günədək olan tarixi.
Qədim Çin tarixinin əfsanə dövrü Arxeoloji məlumatlar göstərir ki, Çin bəşəriyyətin əcdadlarının ilk beşiklərindəndir. 1923-cü ildə Pekin yaxınlığında tapılan "pekin insanı"nın (Sinanthropus pekinensis) qalıqlarının tarixi 400–300 min il əvvələ gedib çıxır. "Müasir insan"ın (Homo sapiens) ilkin forması Çində təxminən 40 min il əvvəl yaranıb.
E.ə. 5 və 3-cü minilliklər arasındakı dövrdə Çində, onun şimal-qərb vilayətlərində (Xenan əyaləti), naxışlı keramika hazırlanması sənəti ilə xarakterizə olunan Yanşao mədəniyyəti meydana gəlir. Yanşaolular cilalanmış daş alətlər hazırlamağı, torpağı becərməyi və donuz saxlamağı bacarırdılar. Onlar qamış və torpaqla örtülmüş yarımdəyələrdə yaşayırdılar.
E.ə. 3-cü minilliikdə şimal-şərq vilayətlərində (Şandun əyaləti) Lunşan son neolit mədəniyyəti meydana gəlir. Şan-İn sülaləsində olduğu kimi Lanşon mədəniyyətində də gümüş ox ilə heyvanların sümüklərini yandırmaqla fala baxmaq təcrübədən keçirilirdi.
Lunşan mədəniyyətinin ardınca mərkəzdə və Xenaninin qərbində və Şansinin cənu
Sülalələrin dünyagörüş təyinatını ifadə edən adlar da mövcud idi. Öz növbəsində sülalə dövrləri hökmdarların "hakimiyyət dövrünə" bölünür. Əvvəllər bu dövrlər ancaq hakimiyyətdə olan hökmdarın adı və ya titul adı ilə adlandırılırdı, e.ə. 163-cü ildən isə hökmdarlıq dövrünün əsasən nikbin və xoş hakimiyyəti dövründə ardıcıl olaraq bir neçə müxtəlif devizə malik ola bilərdi.
Sya sülaləsi
Çin tarixşünaslıq ənənəsində ilk sülalə Sya adlanır (E.ə. 2205 — E.ə. 1766-cı illər). Lakin əsaslı arxeoloji məlumatların olmaması hələ ki, onu tarixi reallıq kimi qəbul etməyə imkan vermir. XX əsrin 20-ci illərinin sonuna qədər Şan sülaləsinə də əfsanə kimi baxılırdı. Lakin Xenan əyalətində indiki Anyan şəhəri yaxınlığında tapıntılar bu sülalənin mövcudluğunu sübut etdi. Tapılan şəhərin xarabalıqları Pan-qen hökmdarının hakimiyyəti zamanı (E.ə. 1401 — E.ə. 1374-cü illər) Xuanxedən cənuba uzanan və tez-tez daşqınlara məruz qalan rayonlardan köçəndən sonra əsası qoyulan şanların paytaxtı ilə uyğun gəlirdi.
Şan sülaləsi
O dövrlər paytaxtın yeni ərazisi İn adlanırdı. Bu səbəbdən də Xan sülaləsi Çin tarixşünaslığında həm də İn adlandırılmağa başlamışdı. Paytaxtın Anyana köçürülməsi İn mədəniyyətində bir sıra inqilabi dəyişikliklərlə müşayiət olundu. Bu, ilk növbədə, yazının və kifayət qədər mükəmməl təqvimin yaranması, gümüş tökmənin inkişafı, şum təmizləmə əkinçiliyinə keçid və at qoşqulu arabadan istifadənin başlanmasıdır.
Xan-İn sülaləsi dövründə heroqlif yazısı meydana gəldi, ipəkçiliyin və ipək toxuculuğun inkişafı isə yüksək səviyyəyə çatdı. Bu dövr haqqında məlumatlar tısbağa qınından və gələcəkdən xəbər vermək üçün nəzərdə tutulmuş heyvan sümüklərindən olan lövhələrdəki yazılarda qalmışdır. Şan dövründə istehsal olunmuş bir neçə üstü yazılı gümüş qab aşkara çıxarılmışdır. O, hər kəsin məhdud hüquq və vəzifələrinin olduğu hərbiləşdirilmiş, totalitar cəmiyyət idi. Məsələn, əgər sən kəndlisənsə, müəyyən ölçüdə olan, həsir damlı evdə yaşamaq və yalnız qarğıdalı ilə qidalanmaq, düyüdən isə ancaq bayram günləri istifadə etmək hüququn vardı. Cəmiyyət təbəqələrə bölünürdü. Bu iyerarxiyada ən yüksək mövqeyi hərbçilər, sonra əkinçilər, sənətkarlar tutur, ən aşağı səviyyədə isə ticarətçilər və aktyorlar dururdular. Bu səbəbdən çinlilər uzun əsrlər boyu biznes və ticarətlə məşğul olan insanlara hörmətlə yanaşmırdılar. Ən nəcib iş hərbçi peşəsi, sülh dövründə isə əkinçilik sayılırdı. Hətta imperator da öz tarlasının becərir və məhsul toplayırdı.
Xan-İn sülaləsinin torpaqları müasir Çinin ərazisinin çox da böyük olmayan hissəsini əhatə edirdi. Şərqdən o, Sarı dənizə qədər, qərbdə – Vey çayının mənşəyinə, şimaldan demək olar ki, sonralar Böyük Çin səddinin tikildiyi yerlərə, cənubda Yantszı çayına qədər çatırdı.
E.ə. XII əsrin sonlarında şanlardan qərbdə yaşayan çjou tayfaları Mue yaxınlığıda (Xenan əyaləti) döyüşdə Şan dövləti qoşunlarını sarsıdıcı məğlubiyyətə uğratdı və öz hökmranlığını qurdu.
Çjou sülaləsi
Çjou sülaləsinin hakimiyyət dövrü demək olar ki, doqquz əsri əhatə edir (E.ə. 1100 — E.ə. 221-ci illər) və Qərbi Çjou (Erkən) (E.ə. 1122 — E.ə. 771-ci illər) və Şərqi Çjou (Sonrakı) (E.ə. 770 — E.ə. 256/221-ci illər) dövrlərinə bölünür. İmperiyaların adları paytaxtların yerləşməsinə uyğundur. Qərbi Çjou iki dövrə bölünür – "Bölünmüş dövlətlər" və "Vuruşan dövlətlər" (Çjanqo) – müvafiq olaraq e.ə. 722–481 və 481–221-ci illər. Çjou hökmdarlarının ilk paytaxtı Tszunçjou Veyxe çayının kənarında yerləşirdi (indiki Sian şəhəri yaxınlığında). Sonralar Xuanxenin orta axınında iknci paytaxt – Loi salındı (indiki Loyan şəhəri yaxınlığında).
Bu dövrdə meydana gələn ən mühüm konsepsiyalardan biri orta dövləti – Cun Quo konsepsiyası hesab edilir. Çjou dövründə Dalxuanedə səkkiz knyazlıq: Ti, Pu, Jin, Tszin, Sun, Lu, Yus, U mövcud idi. Bu knyazlıqlardan hər biri özlərini mərkəz hökmdarlığı adlandırırdı. Bu səbəbdən çinlilərdə beş istiqamət var: şimal, cənub, qərb, şərq və mərkəz. Mərkəz – əsl sivilizasiyanı təcəssüm edən hesab nöqtəsidir, geridə qalanlar isə – barbarlardır. Çjou sülaləsinin ilk yaranmış sivilizasiyası "Qərbi Çjou" adını daşıyırdı. "Qərbi Çjou" sülaləsi nisbətən inkişaf etmiş cəmiyyət idi. Kənd təsərrüfatı çiçəklənmiş, əkinçi əmək alətləri təkmilləşdirilmiş, bir çox kənd təsərrüfatı bitkiləri becərilməyə başlanmışdır. Çoxlu sayda incəsənət və mədəniyyət abidələri, həmçinin fəlsəfə, siyasət və tarix əsərləri meydana gəlmişdir. E.ə. 841-ci ilədək hadisələrin mütəmadi xronikası aparılmamışdır, hansı ki, Qərbi Çjou səltənət evi hadisələrin illik qeydiyyatını aparır və saxlayırdı.
Yarımköçəri jun tayfaları ilə (çjoululara qohum) tez-tez baş verən və e.ə. VIII əsrdə daha da kəskinləşən hərbi münaqişələr ucbatından hökmdar Pin-van e.ə. 770-ci ildə dövlətin paytaxtını şərqə köçürür, bu dövr isə – "Şərqi Çjou" adını alır. "Şərqi Çjou" sülaləsinin hakimiyyəti dövrü quldarlıq quruluşunun dağılması ilə əlamətdardır. Bu dövrün sonu (E.ə. 476-cı ildən 221-ci ilədək) "Vuruşan hökmdarlıqlar" adlandırılır, bunların da sayı, yuxarıda qeyd olunduğu kimi səkkiz olsa da, vəliəhdlərin səriştəsizliyi ucbatından çoxlu sayda kiçik hökmdarlıqlar yarandı.
Bu dövr həmçinin qarışıqlıq dövrü kimi də xatırlanır. Konfutsi məhz bu zamanda yaşamışdır. Onun təlimi öz siyasi fəlsəfəsi və etik istiqamətinə görə cəmiyyətdəki bu böyük və uzunmüddətli hərc-mərcliyə təbii reaksiya kimi nəzərdən keçirilir. O, Çin cəmiyyətinin hələ uzun əsrlər boyu mənəvi simasını müəyyənləşdirən əxlaqi-etik normalar tətbiq etmişdir.
Bununla belə, bu dövr bəşər tarixinə həmçinin dəmirin əridilməsi texnologiyasının, baltadan, kotandan və digər əmək alətlərindən istifadənin kəşf olunması dövrü kimi də düşmüşdür. Torpağın işlənməsində buynuzlu heyvanlardan istifadə vərdişi yarandı. Quldarlıq formasiyasının yerinə feodal quruluşu gəldi.
E.ə. IV–III əsrlərdə müxtəlif hökmdalıqlar arasında hakimiyyət uğrunda mübarizə şiddətlənir. Nəticədə e.ə. 230-cu uldə Sin hökmdarlığı əvvəlcə Xan hökmdarlığını ciddi məğlubiyyətə uğradır və onun ərazilərini zəbt edir, e.ə. 228 — e.ə. 221-ci illərdə isə digər hökmdarlıqları da (Çjou, Vey, Çu və s.) ələ keçirir.
Sin Şi Xuandi Vuruşan hökmdarlıqların separatizminə son qoyaraq Çin tarixində ilk dəfə çoxmillətli mərkəzləşdirilmiş dövləti – Sin imperiyasını yaradır.
Erkən imperiya dövrü
Sin imperiyasından başlayaraq X əsrin ortalarına qədər davam edən dövr Çin tarixində Erkən İmperiya dövrü adlanır. Sin imperiyası cəmi 14 il mövcud olmuşdur. Lakin bu dövrdə çoxlu sayda islahatlar həyata keçirilmişdir: ölkənin inzibati-ərazi dairələrinə bölünməsi; mərkəzləşdirilmiş idarəetmə orqanlarının yaradılması; pul, ölçü və çəki vahidlərinin unifikasiyası; yazının nizama salınması və s. Böyük Çin səddinin tikilişi də bu dövrdə başlayır. Divarın ayrı-ayrı hissələri artıq səkkiz hökmdarın dövründən mövcud idi, lakin əsasən şimal və qərbdən köçəri tayfaların hücumları təhlükəsi ilə əlaqədar onların birləşdirilməsi və gücləndirilməsi tələb olunurdu. Bu tikintiyə imperator Sin Şixuandi çox böyük sayda insan – səkkiz hökmdarın süqutu nəticəsində ələ keçirilmiş əsirləri və həmçinin torpaqsız kəndliləri cəlb etmişdi. Bununla əlaqədar konfutsiçilər imperatoru despotizmdə günahlandıraraq öz narazılıqlarını bildirməyə başladılar, o isə öz növbəsində e.ə. 213-cü ildə Konfutsinin bütün kitablarını yandırmağı, 416 konfutsiçini isə boğaza qədər torpağa basdırmaqla əzabverici ölümə məhkum etdi.
O, öz şəxsi fəlsəfəsinə (legizm) ehtiyac olduğundan fa-tszyanı yaratdı. Fa – Çin dilində qanun, tszya – isə ailə, qrup deməkdir, yəni qanunlar külliyatı. Bu fəlsəfənin tərəfdarları konfutsiçiliyi özlərinin qatı düşməni hesab edirdilər, belə ki, Konfutsi ön plana əxlaqi keyfiyyətləri çəkirdi və qaydalara riayət etməyi təkcə sıravi vətəndaşlardan deyil, imperatordan da tələb edirdi. Fa-tszyanın ardıcılları birbaşa bəyan edirdilər ki, əxlaqla siyasət bir araya sığmır. Hökmdar nəyi lazım bilirsə, o da edilməlidir, çünki o, qanunların yaradıcısıdır.
Sin imperiyası Çin tarixində ilk xalq üsyanı nəticəsində süquta uğradı. Sin Şixuandinin ölümündən sonra yenə də qarışıqlıq dövrləri başladı. E.ə. 206-cı ildə keçmiş kəndxuda Lyu Banın başçılığı altında qiyamçı dəstələr Sin ordusunu asanlıqla darmadağın etdi və paytaxtı aldı. Bu Çudan olan Lyu Bana özünü Xan hökmdarı elan etməyə imkan verdi, belə ki, Sinin paytaxtı keçmiş Xan hökmdarlığı ərazisində yerləşirdi. Daha dörd il də çoxsaylı üsyankar rəhbərlər taxt-tac uğrunda mübarizə apardılar. E.ə. 202-ci ildə Lyu Ban özünün əsas və sonuncu rəqibini – zadəgan ailəsindən olan general Syan Yuyanı məğlub etdi. Qao-tszu, "Ali ulu əcdad" titulunu qəbul edib Xan sülaləsinin əsasını qoydu, bu da Qədim Roma, Xristianlıq və Məsihlə bir dövrə təsadüf edirdi. Lyu Ban Çanan şəhərini imperiyanın paytaxtı elan etdi.
Sin sülaləsi Sin sülaləsi Döyüşən çarlıqlar dövründə (e.ə. 4–3-cü əsrlərdə) qələbə çaldı və hakimiyyəti ələ aldı (e.ə. 221 – e.ə. 206). Çin sözü də məhz Sin sülaləsinin adı ilə bağlıdır. E.ə. 221-ci ildə Sin dövlətinin hökmdarı imperator titulunu qəbul edərək özünü Sin Şi Xuandi (Çinin birinci hökmdarı) adlandırdı. Onun dövründə Çin ilk dəfə Vahid dövlətdə birləşdirildi, böyük Çin səddi inşa olunmağa başlandı, Çin 36 vilayətə bölündü, vahid çəki, ölçü, pul və yazı sistemi yaradıldı və vahid qanunlar qəbul olundu.
Xan sülaləsi
Xan sülaləsinin dörd əsrdən çox hakimiyyəti iki dövrə bölünür: Erkən Xan (Qərbi) və Sonrakı Xan (Şərqi), bunlar da müvafiq olaraq e.ə. 206-cı ildən eramızın 8-ci ilinədək və 8-ci ildən 220-ci ilədək olan dövrü əhatə edir.
Bu dövrlər arasındakı eramızın 9–25-ci illərini əhatə edən az müddət ərzində Sin sülaləsi hakimiyyətdə olmuşdur.
Erkən Xan Sin imperiyası idarəetmə sisteminin bəzi xarakterik xüsusiyyətlərini qoruyub saxlamışdır. Öz yeddi silahdaşına Lyu Ban van titulu bağışlamışdı, 130-na isə vərəsəlik torpaqları paylamışdı. İmperator Udiy isə (E.ə. 140 — E.ə. 87) mərkəzi hakimiyyətin gücləndirilməsinə yönəldilmiş dəyişikliklər həyata keçirir, bunun da gedişində Sin dövründə mövcud olan müfəttişlik təsisatları bərpa edilir.