Dəfnə Coy Foster (; ) — Türk və amerikan əsilli aparıcı, aktrisa və DJ. Aktrisa 2003–2006-cı illər ərzində yayımlanan "Sihirli Annem" teleserialında oynadığı "Eda" obrazı ilə ölkəsində məşhurluq qazanmışdır. Bundan başqa Dayə, Ruhsar və Ağ Yalanlar kimi seriallarda da epizodik rollarda çəkilmişdir.
Həyatı Dəfnə 2 sentyabr 1975-ci ildə Türkiyə'nin İncirlik əyalətində anadan olub. Atası afroamerikalı Stiv NATO-da zabit olaraq fəaliyyət göstərir, anası Xədicə isə türkdür. Dəfnə orta təhsilini Alsancakda aldıqdan sonra fərdi təhsilini İzmirdə davam etdirdi. 2008-ci ildə İlkər Yasin Solmaz ilə evlənib və 2009-cu il 13 iyunda Can Qılınc adında bir oğlu olub. 2 fevral 2011-ci ildə Caddebostanda yazıçı Əhməd Altanın oğlu Kərəm Xalid Altanın evində ölü tapılıb. İlk versiya olaraq ölüm səbəbi astma xəstəliyi göstərilib. Astma xəstəsi olan Dəfnənin ölmədən az əvvəl spirtli içki qəbul etdiyi deyilir. Foster Zincirlikuyu məzarlığında dəfn edildi.
Karyera 1996-cı ildə Türkiyə-nin Kral Tv telekanalında VJ olaraq işə başladıqdan sonra fərqli kanallarda musiqi verilişlərinə də aparıcılıq etdi. Daha sonra seriallarda rol almağa başlayan Dəfnə uzun müddət davam edən Sehrli Anam serialında Eda rolunu canlandırıb. Əlavə olaraq tv8 telekanalında yayımlanan "Bir İş Üçün Lazımdır" adlı verilişə Cəmil Büyükdoğralı ilə aparıcılığını etmişdir. Bundan əlavə TRT-də yayımlanan "Cehiz Şou", Kanal 7-də yayımlanan "Zula" adlı verilişlərdə aparıcılıq edib. Son olaraq Acun Ilıcalı-nın "Yoxdur Belə Dans" yarışmasında iştirak edib.
Layihələr
Film və Teleserial İl Filmin adı Rol Qeydlər 1997 Ruhsar Qonaq ifaçı 2000 Ağ Yalanlar Köməkçi rol 2000 Dayə Köməkçi rol 2003 Sehrli Anam Eda Teleserial 2006 Selena Pandora Teleserial 2007 Xəyal və Reallıq Köməkçi rol
TV Şoular Cehiz Şou Qəfildən Bir İş Üçün Lazımdır NTV Yaşıl Ekran Peşakar Ovu Zula
İstinadlar
Xarici Keçidlər
Kateqoriya:İstanbulda vəfat edənlər Kateqoriya:Adana ilində doğulanlar Kateqoriya:Nəfəs çatışmazlığından ölənlər Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Zəncirliquyu qəbiristanlığında dəfn olunanlar Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:Türkiyə əsilli amerikalılar Kateqoriya:Afroamerikalılar Kateqoriya:Türkiyənin televiziya aparıcıları