Əbülhəsən Anaplı — Azərbaycan teatrının komiklərindən biri, aktyor.
Həyatı "Anaplı" təxəllüsü ilə tanınan Əbülhəsən Məmmədov, 1894-cü ildə Qubada doğulub. Uşaqlığı Bakıda keçib, səhnəyə ilk dəfə 1911-ci ildə çıxıb. "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında, Hüseynqulu Sarabskinin "Müsəlman opera artistləri", Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının "Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi"ndə faciə, dram, əsasən komediya tamaşalarında cazibəli səhnə surətləri yaradıb. Soyadı bəzi afişa və proqramlarda "Anaplinski" kimi də göstərilib.
Yaradıcılığı Əbülhəsən Anaplı Azərbaycanın ilk parodiya aktyorlarından biridir. O, sənət dostu Rza Darablı ilə birgə böyük maraqla qarşılanan konsertlər vermiş, burada faciə aktyorlarından Hüseyn Ərəblinskinin, Abbas Mirzə Şərifzadənin, komiklərdən Mirzağa Əliyevin, Hacıağa Abbasovun, opera ustası Hüseynqulu Sarabskinin, qadın rollarının mahir ifaçısı Əhməd Ağdamskinin və başqalarının oyun tərzlərinə maraqlı parodiyalar etmişdir. Yaradıcılığı qaravəlli oyun prinsipləri, çevik improvizə bacarığı ilə seçilib. Gözəl və məlahətli səsi, zərif plastikası aktyorluq imkanlarına genişlik verib.
Çıxış etdiyi tamaşalar və oynadığı rollar left|thumb|256x256px|Əbülhəsən Anaplı (3-cü cərgədə soldan 3-cü) Hacıbəyov qardaşlarının teatr truppasında. Bakı, 1918–1919-cu illər Qafqazın, İranın bir çox şəhərində qastrol səfərlərində olmuşdur. Komik aktyor olan Anaplı Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) Azərbaycan dramaturgiyasının ən yaxşı nümunələrində — Mirzə Fətəli Axundzadənin "Hacı Qara" tamaşasında Kərəməli, Zülfüqar Hacıbəylinin "Evliykən subay" tamaşasında Qaraçı, Üzeyir Hacıbəylinin "Arşın mal alan" və "Məşədi İbad" tamaşalarında Vəli, Hambal, Nəcəf bəy Vəzirovun "Keçmişdə qaçaqlar" tamaşasında Pirverdi, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" tamaşasında Niyaz və Əmrah, "Dağılan tifaq" tamaşasında Gənc, Əbdül, İmamverdi, "Ac həriflər" tamaşasında Həsən, Nəriman Nərimanovun "Nadir şah" tamaşasında Cavad, Cəfər Cabbarlının "Ədirnə fəthi" tamaşasında Molla Hacı, Rza Zakinin "Sultan Əbdülhəmidin xəli" tamaşasında Abdulla bəy, Mirzəbala Məmmədzadənin "Bakı uğrunda müharibə" və ya "Nuru paşanın igidliyi" tamaşasında Samson, İsa bəy Aşurbəylinin "Azərbay və Can" tamaşasında İvan, Fridrix Şillerin "Qaçaqlar" tamaşasında Papas, Vilyam Şekspirin "Kral Lir" tamaşasında Təlxək, İvan Turgenevin "Pulsuzluq" tamaşasında Kərbəlayı Vəli, İsmayıl Rüstəmbəyovun "Dövləti-bisəmər" tamaşasında isə Abdulla rollarını ifa etmişdir.
Cəfər Cabbarlının onun haqqında yazdıqları
Ölümü 1921-ci ildə Əbülhəsən Anaplı sənət yoldaşı Mirpaşa Sadıqovla birlikdə kiçik təbliğat dəstəsinin tərkibində Qarabağın Keşiş kəndində (indiki Xocalı rayonunun Təzəbinə kəndi) çıxış edib. Lakin fevralın 13-dən 14-nə keçən gecə hər iki aktyor erməni daşnakları tərəfindən amansızcasına qətlə yetirilib. Onların nəşi Bakıya gətirilərək dəfn olunub.
Xatirəsi Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Əbülhəsən Anaplının adını daşıyan küçə mövcuddur.
Həmçinin bax Rza Darablı Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi
İstinadlar
Kateqoriya:Qubada doğulanlar Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Teatr aktyorları Kateqoriya:Azərbaycan aktyorları