Xorvirab Monastırı – Vedibasar mahalının aran hissəsində, Araz çayı sahilində, qədim Artaşad şəhərinin xarabalıqları yerində, qaya üstündə yerləşən qədim monastır.
Məbədin tarixiylə bağlı maraqlı bir əhvalat məlumdur. Belə ki, Maarifçi Qriqori Ermənistanda xristianlığı yaymaq istəyərkən Erməni çarı II Trdat (286 – 343) tərəfindən Ermənistandan uzağa sürgün olunmuş, və bu monastırın ərazisində on üç il quyuda saxlanmışdır.
Sasani hökmdarı II Şapurun (309 – 379) hakimiyyəti dövründə Artaşad şəhəri tamamilə yerlə - yeksan edilmişdir.M. Kalankatlı – Albaniya tarixi, Bakı, 1993, səh 21 – 22 Müqəddəs Qriqorinin quyuya salındığı həmin yerdə VI yüzildə məbəd inşa edilmiş Берже – Кавказ в археологическом отношении, Тифлис, 1875, ст 159 və bu yer ətraf camaatın ziyarətgahına çevrilmişdir.
Sonrakı yüzillərdə, zamanla məbədə yeni tikililər əlavə edilmişdir.Н. Г. Буниатов, Ю. С. Яралов – Архитектура Армении, Москва, 1950, ст 126 – 127 Məbədin yerləşdiyi Artaşad şəhəri e.ə. II yüzilin ortalarında Erməni hökmdarı Artaş tərəfindən salınmışdır.
İstinadlar
Mənbə И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоеденения к Российской империи, С-п., 1852, стр.271-273, 555-556, 685; А.Берже. Кавказ в археологическом отношении, Тифлис, 1875, стр.159; Сборник сведений о Кавказе (Списки населенных мест Кавказского края по сведениям 1873 года), Эриванская губерния, 5 т., Тифлис, 1879, № 185; M.Kalankatuklu. Albaniya tarixi. В., 1993, səh.21-22; C.A. Мамедов. Азербайджан по источникам XV - первой половины XVIII вв., Б., 1993, стр.42; Ə.Ələkbərli. Qərbi Azərbaycan, I с, Vedibasar mahalı, В., 2000, səh. 458-460.
Kateqoriya:Vedibasar abidələri Kateqoriya:VII əsrə aid monastırlar Kateqoriya:Erməni monastırları