Vüqar Şahmar oğlu Novruzov () — hüquq elmləri doktoru, Moldova Azərbaycanlıları Konqresinin sədri.

Həyatı 1962-ci ildə Laçın rayonunda anadan olub. 1980-ci ildən Moldova Respublikasında yaşayır. 1988-ci ildə Moldova Dövlət Universitetinin hüquq fakültəsini bitirib, hüquq elmləri doktorudur. 1992-ci ildən biznes fəaliyyəti ilə məşuldur, "Azmol Company" şirkətinin prezidentidir.

2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin sədridir.

"Dədə Qorqud" Fondu və "Azərbaycan Dünyası" Beynəlxalq jurnalı Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovu "Vətən övladı" ordeni ilə təltif edibПредседатель Конгресса азербайджанцев Молдовы Вугар Новрузов награжден орденом "Veten Ovladi" ("Сын Отечества") . Təltifetmə mərasimi 10 fevral 2011-ci ildə Moldovanın paytaxtı Kişinyov şəhərində "Moldexpo"nun "Casa vinului" sərgi salonunda keçirilibMOLDOVA AZƏRBAYCANLILARI KONQRESİNİN SƏDRİ VƏTƏN ÖVLADI ORDENİ İLƏ TƏLTİF OLUNUB — diaspora.gov.az saytı.

Moldova Prezidenti tərəfindən "Gloria Muncii" ordeni ilə təltif edilib. Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Vüqar Şahmar oğlu Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyul 2011-ci il sərəncamı ilə ""Tərəqqi" medalı" ilə təltif edilib. Vüqar Novruzov 10 noyabr 2016-cı ildə Moldova Respublikasının Prezidenti Nikolae Timoftinin sərəncamı ilə Moldovanın ali dövlət mükafatı — "Respublika" ordeni ilə təltif olunub.

1 mart 2018-ci ildə Yazıçılar Birliyinin sədri Anar Rzayev tərəfindən Vüqar Şahmar oğlu Novruzov Yazıçılar Birliyinin fəxri üzvü seçilmişdir .

Xarici keçidlər

MOLDOVA AZƏRBAYCANLILARI KONQRESİNİN SƏDRİ VƏTƏN ÖVLADI ORDENİ İLƏ TƏLTİF OLUNUB

İstinadlar

Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Moldova azərbaycanlıları Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Laçın rayonunda doğulanlar Kateqoriya:"Vətən Övladı" ordeni laureatları